Kadırovdan Zelenskiyə: “Putinə zəng edib üzrxahlıq et”

9

Çeçenistan rəhbəri Ramzan Kadırov Vladimir Zelenskiyə çağırış edib.

yasamal.tv xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinə mümkün qədər tez zəng edərək üzr istəməyi tövsiyə edib.

“Fürsətdən istifadə edərək, hazırkı Prezident Zelenskiyə Ukraynanın eks-prezidenti olana qədər məsləhət vermək istəyirəm: o, tezliklə bizim Prezidentimiz, Ali Baş Komandan Vladimir Vladimiroviç Putinə zəng edib bağışlanmasını xahiş etsin”, deyə Kadırov silahlı qüvvələr qarşısında çıxışı zamanı deyib.

Qeyd edək ki, Kadırov bu gün səhər, Ukraynada yaranmış gərgin vəziyyətə görə Qroznıda Çeçenistan hüquq-mühafizə orqanlarından 10 mindən çox döyüşçü toplayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin