“Oskar”da ilk yaşanacaq

9

“Oskar” mükafatının təqdimetmə mərasimində ilk yaşanacaq.

yasamal.tv xəbər verir ki, bu dəfə filmlərdən biri tamaşaçıların səsverməsi nəticəsində qalib elan olunacaq.

Tviterdə keçirilən səsvermə artıq başlayıb. 2021-ci ildə işıq üzü görmüş istənilən filmə #OscarsFanFavorite həştəqi vasitəsilə səs vermək mümkündür.

Qeyd olunub ki, səsvermədə iştirak edən 5 nəfərə kinoteatrlara bir illik pulsuz biletlər, striminq servislərinə abunə və Kino Sənəti Akademiyası Muzeyindən suvenirlər, 3 nəfərə isə Los-Ancelesə səyahət ödənişi daxil olmaqla, “Oskar-2023” mükafatının təqdimetmə mərasiminə dəvətnamə hədiyyə olunacaq.

“Oskar” mükafatının builki təqdimetmə mərasimi martın 27-də baş tutacaq. Namizədlərin siyahısı ilə buradan tanış olmaq olar.

#OscarsFanFavorite həştəqlərinə əsasən demək olar ki, tamaşaçılardan ilk “Oskar” almağa əsas namizəd Con Uotsonun “Hörümçək adam: Geriyə yol yoxdur” filmidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin