Almaniyada son 24 saatda 159 min 217 nəfərdə COVID-19 yoluxma faktı aşkarlanıb.
yasamal.tv xəbər verir ki, bununla da, ümumi yoluxanların sayı 12 milyon 580 min 343-ə yüksəlib. Son 24 saatda COVID -19-dan ölənlərin sayı 243 nəfər olub. Bununla da, ümumi can itkisi 120 min 220 nəfərə yüksəlib.
Digər tərəfdən Almaniya Səhiyyə Naziri Karl Lauterbach, Bild qəzetinə verdiyi açıqlamada ölçülü yumşalmanın mümkünlüyündən bəhs edib.