Şeyx rekord təzminat ödəyəcək

11

Son zamanların ən qalmaqallı və bahalı boşanma proseslərindən biri baş tutub.

yasamal.tv xəbər verir ki, London Ali Məhkəməsi Dubay şeyxi Məhəmməd bin Rəşid Əl Məktumun altıncı həyat yoldaşı, şahzadə Haya Bint Əl Hüseynə və uşaqlarına ümumilikdə 700 milyon dollardan çox təzminat ödəməsi ilə bağlı qərar qəbul edib.

Bu təzminatın şahzadə Hayaya düşən payı (birdəfəlik) 251,5 milyon funt sterlinq təşkil edir. Daha 290 milyon funt sterlinq isə cütlüyün övladları – 14 yaşlı Cəlil və 9 yaşlı Zayedə təhsil və əlavə xərclərini təmin etmək üçün ödəniləcək. Beləliklə, ödənişlərin ümumi məbləği 552 milyon funt-sterlinqdən çox olacaq.

Məhkəmə həmçinin şeyxin şahzadə və uşaqlarının təhlükəsizliyini təmin etmək üçün zirehli maşınlar, şəxsi təyyarələr, helikopterlər və cangüdənlər heyəti üçün hesabları ödəməli olduğuna qərar verib. Məhkəmə bu məqsədlər üçün ildə 11 milyon sterlinq büdcə təyin edib.

Qərarda deyilir ki, şahzadə Haya bir neçə milyon funt-sterlinq dəyərində iki mülkün – Londonun Kensinqton sarayının yanındakı evin, eləcə də Surrey ştatının Eqem şəhərindəki əsas iqamətgahının xərclərini ödəmək üçün də təzminat tələb edir. Həmçinin məzuniyyət xərcləri, tibb bacısı və dayənin əmək haqqı və yaşayış xərcləri, müxtəlif ev heyvanlarının saxlanması xərcləri də bura daxildir.

Qeyd edək ki, şahzadə Haya 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərindən uşaqları ilə birlikdə qaçaraq Böyük Britaniyaya sığınıb. Məhkəmə Əl Maktumun Hayanın telefon danışıqlarını izlətdiyini bildirərək onu və uşaqlarını qoruma tələbi irəli sürmüşdü.(axsam.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin