“Legiya”nın baş məşqçisi Aleksandar Vukoviç Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı danışıb.
yasamal.tv xəbər verir ki, serbiyalı mütəxəssis 24 yaşlı forvardla görüşdən sonra onunla bağlı xoş təəssürat yarandığını söyləyib:
“Televizorda baxdıqdan sonra qarşımda bir az təkəbbürlü oğlan gözləyirdim. Mahir məni təəccübləndirdi, əks təəssürat yaratdı. Şübhəsiz ki, təkəbbürlü adlandırmaq mümkünsüz bir insandır. Onunla çox pozitiv söhbət oldu. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən də hazırda birmənalı, əminliklə cavab verə bilmirəm”.
Qeyd edək ki, azarkeşlərin hücumundan sonra Mahir Emrelinin “Legiya”dan ayrılmaq istədiyi bildirilir.