Eks-nazir: “Müharibə hələ başa çatmayıb”

10

“Qarabağ müharibəsinin “birinci” və “ikinciyə” bölünməsi məncə də yanlışdır!”.

yasamal.tv-ın məlumatına görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələyə münasibət bildirərkən deyib. Eks-nazirin sözlərinə görə, 1994-2020-ci illərdə atəşkəs razılaşması mövcud olsa da, o dövrdə müharibə dayanmadı:

“Həmin dönəmdə Ermənistan Respublikası silahlı qüvvələrinin çoxsaylı təxribatları nəticəsində minlərlə şəhid verdik.

Bu gün də müharibə vəziyyəti başa çatmayıb, çünki Ermənistan Respublikası ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanımaqdan imtina edir.

Sülh müqaviləsi imzalanana qədər biz müharibəyə davam edirik!

Yenə də atəşkəs razılaşması qüvvədədir”.(modern.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin