Əməkdar artist Ədalət Şükürovla müğənni Nazim Pişiyari mahnı üstündə dava edib.
yasamal.tv xəbər verir ki, bu haqda Nazim “Onun sirri” verilişində deyib. O bildirib ki, aralarında ciddi mübahisə olub:
“Aramızı üçüncü şəxs vurdu. Həmin adamlar artıq yoxdular. Söhbət mahnı üstündə başladı. Bizim davamız məişət mövzusu deyildi. Böyük bir qalmaqal yaşanmışdı. Aramızı vurmağa nail oldular. Çox pis vurdular aramızı. Ədalətlə bir-birimi heç uzaqdan-uzağa görmək istəmirdik”.(axsam.az)