Bədii gimnastika millimizin dünya çempionatı üçün heyəti məlum olub.
yasamal.tv xəbər verir ki, ölkəmiz mundialın fərdi yarışlarında Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova ilə təmsil olunacaq. Qrup hərəkətləri komandasında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina yer alacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 27-dən 31-dək Yaponiyanın Kitakyuşu şəhərində baş tutacaq.