Azərbaycan gimnastları Türkiyədə 4 medal qazanıblar

10

Azərbaycan gimnastları İzmir şəhərində təşkil olunmuş batut üzrə Türkiyə çempionatında uğurlu çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, böyüklər arasında Selcan Mahsudova, 13-14 yaşlı gimnastlar arasında isə Maqsud Mahsudov qızıl medal qazanıb. Onunla eyni yaş qrupunda çıxış edən Mehdi Əliyev 7-ci olub.

M.Mahsudov, Mehdi Əliyev və Hüseyn Abbasov 13-14 yaşlılar arasında komanda hesabında 2-ci yeri tutublar. Daha bir medalı isə 10-12 yaşlı gimnastların mübarizəsində Ammar Baxşaliyev qazanıb. O da fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Qeyd edək ki, Azərbaycanı yarışda Selcan Mahsudova, Maqsud Mahsudov, Hüseyn Abbasov, Mehdi Əliyev, İbrahim Mustafazadə və Ammar Baxşaliyev təmsil edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin