Füzulidə iki maşın toqquşdu: 1 ölü, 4 yaralı

8

Füzuli rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Araz Dilağarda kəndi ərazisində rayon sakinləri Ş.Quliyevin idarə etdiyi “Mercedes” və S.Əsədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Cəsur Əsədov avqustun 3-də orada ölüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin