“Çexiyanın qərbindən, Plzen şəhəri ilə Almaniyanın Münhen şəhəri arasında hərəkət edən sərnişin qatarlarının avqustun 4-də Domajlise şəhərinin Milavçe kəndi ərazisində toqquşması nəticəsində 2 nəfər ölüb, 38 nəfər yaralanıb”.
yasamal.tv xəbər verir ki, məlumatı Çexiya Baş nazirinin müavini, sənaye, ticarət və nəqliyyat naziri Karel Qavliçek tviter səhifəsində yazıb.
O bildirib ki, hadisə “Qərb ekspres” qatarının maşinistinin diqqətsizliyi səbəbindən baş verib.
Qəzada ölənlərin hər ikisi də maşinistdir.