Suriyanın Haseke vilayətində Rusiyaya məxsus hərbi patrul karvanında hərəkət edən zirehli avtomobil partladılıb.
yasamal.tv xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində bir rus hərbçisi aldığı xəsarətlərdən ölüb, üç hərbçi isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.