Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.
İki minik maşınının toqquşması nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.