Rusiya və Azərbaycan pandemiya dövründə ticari dövriyyənin əhəmiyyətli dərəcədə azalmasına imkan vermədi, bu il isə onu 3,5 faiz artıra bilib.
yasamal.tv-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı bildirib.
“Ticari-iqtisadi əməkdaşlığımız aktiv şəkildə inkişaf edir. 2020-ci ildə koronavirusun olduğu mürəkkəb şərtlərdə qarşılıqlı ticari dövriyyədə ciddi azalmaya imkan vermədik”, – deyə o, bildirib.
O, vurğulayıb ki, bu ilin yanvar-mart aylarında ticari dövriyyəni təxminən 3,5% artıra biliblər ki, bu da təxminən 680 milyon dollar (1 156 000 000 AZN) təşkil edir.