Azərbaycan Ordusunda keçirilən təlimlər başa çatıb

13

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər uğurla başa çatıb.

yasamal.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi mətlumat yayıb.

Mayın 20-də komandir və rəis heyətinin iştirakı ilə təlimin yekunu ilə bağlı müşavirə keçirilib.

Müşavirədə qoşunların, qərargahların təlimlərdə fəaliyyəti təhlil edilib və qarşıya qoyulan tapşırıqların icrası qiymətləndirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin