Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Yolu keçən 1999-cu il təvəllüdlü Abdullasoy Həsən Yadigar oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona üz sümüklərinin çoxsaylı sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.