AFFA-dan Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı

13

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

yasamal.tv bu barədə assosiasiyanın rəsmi saytına istinadən xəbər verir.

“Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov vəfat edib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkəmizin futbol ictimaiyyəti adından ağır itki ilə bağlı dərin hüznlə başsağlığı verir, mərhumun doğmalarına səbir diləyir.

Allah rəhmət eləsin!” – başsağlığıda bildirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin