Çində koronavirusla bağlı vəziyyət gərginləşməyə başlayıb.
yasamal.tv xəbər verir ki, yoluxma faktlarının artması ilə əlaqədar olaraq paytaxt Pekin və ətraf qəsəbələrdən sonra Lanfan şəhəri karantinə alınıb.
“COVID-19”un sürətlə yayıldığı şəhərdə sərt məhdudiyyətlər qüvvəyə minib. Hebey əyalətinə daxil olan şəhərdə 4, 9 milyon əhali yaşayır. Onlardan 20 min nəfər Karantin Mərkəzinə yerləşdirilib.
Yeddi gün davam edəcək karantində şəhərə giriş-çıxış tamamilə bağlanıb.(qafqazinfo)