“Yanacağın qiymətinin qaldırılmasının iqtisadi əsasları ola bilər” – Xəyal Bəşirov

17

“Yanacağın qiymətinin qaldırılması zamanlama baxımından uğursuz olsa da, iqtisadi əsasları ola bilər”.

yasamal.tv xəbər verir ki, bunu ölkədə yanacağın qiymətinin qalxmasına təsir edən mümkün təsirləri dəyərləndirən siyasi şərhçi Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, yanacağın qiymətinin qaldırılmasının hətta ekoloji cəhətdən uğursuz əsaslandırılmasına da çalışıldı. Ancaq real olaraq heç nə deyilmədi. Ekoloji əsaslandırmağa çalışdıqları və bütün sahələrdə bahalaşmaya gətirəcək dizel yanacağının qaldırılmasının heç yeri deyildi:

“Hazırkı məqamda belə bir addımın atılmasının təklif edilməsi və onun uğursuz əsaslandırılmasına cəhdlər sübut edir ki, ölkədə hələ də kifayət qədər əhəmiyyətli postlarda yerində olmayan çox şəxslər var. Hansı ki, istənilən addımı atıb dövlət babanın arxasında gizlənməyə çalışırlar. Heç olmasa çıxıb əsaslandırın ki, pandemiya ili olub, iqtisadiyyat dayanıb, üstəgəl müharibə də oldu, biz postpandemiya ilə yanaşı, həm də postmüharibə dövrünə qədəm qoyuruq. Sadə məsələ deyil, qarşımızda ölkənin 1/5 hissəsinin bərpa olunması durur. Müharibə dövründə birləşən insanlarımızı real əsaslarla inandırmaq olardı. Yoxsa, biri çıxıb çirklənmədən danışır. Digəri çıxıb minimum əmək haqqı məbləğində dəfələrlə fərqin olduğu, iqtisadi əsaslar üzərində əsrlərlə dövlətçilik tarixi olan ölkələrdəki qiymətlərlə müqayisə edir”.

DİQQƏT!: Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

055-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin