Abşeronda 16 yaşlı gənc bıçaqlandı

10

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milljtribuna.az-ın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Ələsgərov Zaur Elcan oğlu mübahisə zəminində həmyaşıdı tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ qolunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Hadisənin təfərrüatı araşdırılır.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin