“Azerbaijani Ladies Club” Zoom vasitəsilə vebinar keçirib – Fotolar

10

“Azerbaijani Ladies Club” tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Zoom vasitəsilə vebinar keçirilib.

yasamal.tv xər verir ki, vebinarın fəxri qonaqları Azərbaycanın Milli Məclisinin deputatı Elşad Mirbəşir oğlu, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, yasamal.tv saytının baş redaktoru, əmlak eksperti Elnur Fərzəliyev,  Türkiyə Atatürk Universitetinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi, yazıçı Meral Bahar, “İqtisadçı Vətənpərvərlər” Təşkilatının sədri, muğam ifaçısı Yusif Cəfərbəyli, Azərbaycanda Türkiyə Səfirliyinin mətbuat müşaviri Hüseyin bey, “Azerbaijani Ladies Club”un üzvləri
və çox sayda təhsil işçiləri, jurnalistlər, yazıçılar iştirak ediblər.

Vebinarin təşkilatçısı “Azerbaijani Ladies Club”un rəhbəri Kamalia Ceylinova, vebinarın  moderatoru Azərbaycanda “Dünya Azərbaycanlı Qadınlarının Həmrəyliyi” İctimai Birliyinin sədri və iştirakçıların hər biri öz ürək sözlərini söyləyib, düşüncələrini paylaşıblar.  Türkiyə Səfirliyinin  mətbuat müşaviri Hüseyn bəy də Azərbaycanı  onun daxili siyasətini, Qarabağ torpaqlarının azadlığını dəstəklədiyini dilə gətirib.

Vebinarda 50 nəfərdən çox  iştirakçı olub. Vebinarda “İqtisadçı Vətənpərvərlər” Təşkilatının sədri, muğam ifaçısı Yusif Cəfərbəyli Şəhidimizin adına təsnifə çevrilmiş muğamla müqəddəs şəhidləri yad edib. Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva, QHT sədrləri Radə Abbas, Tahirə Məmmədova, müharibə veteranları Nəzakət Məmmədova, Qarabağın Tutusu Rüxsarə Cumayeva və başqaları Şanlı Əsgərlərimizə, Orduya olunan yardımlara görə “Azerbaijani Ladies Club”a da öz minnətdarlıqlarını bildiriblər.

Sonda “Dünya Azərbaycanlı Qadınlarının Həmrəyliyi” İctimai Birliyinin sədri Svetlana Osmanlı həzin şer parçası ilə Şəhidlərimizin ruhunu oxşayıb.

Bəlkə də borcundan çıxmadım, Vətən.
Ömür bahar deyil, bir də qayıtsın!
Ölsəm də qoynunda qoy ölüm, Vətən.
Çürüyüm bir qarış torpağın artsın!

“Azerbaijani Ladies Club” olaraq, bayram münasibətilə bütün həmvətənlərimizi və soydaşlarımızı səmimi qəlbdən təbrik edir, hər birinə xoşbəxtlik, firəvanlıq və işlərində uğurlar arzulayırıq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:

+99455-212-35-55 WHATSAPP

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin