Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən “Milan” (İtaliya) – “Lill” (Fransa) qonaq komandanın futbolçusu Yusuf Yazıçı üçün əlamətdar olub.
Millitirbuna.az xəbər verir ki, fransızların 3:0 hesabı ilə qalib gəldiyi görüşdə hər üç qola türkiyəli yarımmüdafiəçi imza atıb.
“San-Siro”da rəqib qapısından 3 top keçirən Yazıçı Avropa Liqasında bir mövsümdə iki səfər oyununda het-trik edən ilk futbolçu olaraq tarixə düşüb.
Türkiyə millisinin üzvü qrup mərhələsinin III turunda “Sparta” (Çexiya) ilə görüşdə də (4:1) het-trik etmişdi.
Qeyd edək ki, 2019-cu ildən “Lill”də çıxış edən hücumameyilli yarımmüdafiəçi bu mövsüm ümumuilikdə 11 oyuna 7 qol vurub.(fanat.az)