İrəvandan Bakıya qarşı təxribat: Azərbaycanla sərhəddə Fransanın kəşfiyyat xidməti açılır

3

Rusiya 2023-cü ildən Sünikdə konsulluq açmağa çalışsa da, Ermənistan hakimiyyəti müxtəlif bəhanələrlə bunun qarşısını alır.

Əvəzində Fransanın aylar əvvəl dilə gətirdiyi istəyi yaxın günlərdə baş tutacaq. Bu barədə “Hraparak” nəşri yazıb.

İyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Sünikdə Fransa konsulluğunun açılış mərasimi olacaq.

“Gorus Fransızdilli Birliyi”nin prezidenti Karmen Apunts konsul təyin olunacaq.

Ekspertlər artıq “Fransanın Sünikdəki konsulluğunun kollektiv Qərbə xidmət edəcək ciddi hərbi, kəşfiyyat məqsədi daşıyacağı” fikrini səsləndiriblər.