“Xəstə sayıyla əlaqədar təcili yardımda gecikmələr normaldır”

11

“Hazırda əlavə olaraq çarpayı sayının artması ilə bağlı ehtiyacımız var”.

yasamal.tv xəbər verir ki, bu sözləri TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev AzTV-nin efirində qonaq olan zaman deyib. Bildirib ki, xəstə sayı çox olduğundan bəzi çətinliklər hələ də öz həllini tapmayıb:

“Xəstə sayının artması ilə əlaqədar olaraq təcili yardım vasitələrində bəzi gecikmələrin olması normaldır, belə halların baş verməsi istisna deyildi.

Artıq bir neçə xəstəxana istifadəyə verilib. Ancaq bununla yanaşı, çarpayı sayının da artırılmasına ehtiyac var. Sadəcə bizdə yox, yumşaldılmaya gedən bütün ölkələrdə bu problemlər yaşanıb. Tibb işçiləri gecə-gündüz demədən çalışırlar ki, xəstələrin zamanında müayinəsini təşkil etsinlər”.(qafqazinfo)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin