Gürcüstanda hovuzlar və idman zalları açılır

11

Gürcüstan hökümətinin planına əsasən, pandemiya səbəbiylə ölkədə tətbiq olunan məhdudiyyətlərin götürülməsinin son mərhələsində idman salonları və hovuzlar açılacaq.

yasamal.tv xəbər verir ki, Gürcüstanda hovuz və idman zalları əmək müfəttişliyindən keçdikdən sonra yenidən işə başlayaca biləcəklər. Bu barədə Hökumətlərarası Koordinasiya Şurasının iclasından sonra hökumətin sözçüsü İrakli Çikovani açıqlama verib. O bildirib ki, bu gün Əmək Müfəttişliyi İdarəsi hovuz və idman salonlarının sahibləri üçün qaydaları elan edəcək. Yoxlamalardan keçən obyektlər dərhal işə başlaya biləcəklər.

Daha əvvəl Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının müdiri Tengiz Tsertsvadze koronavirusun yayılması baxımından izdihamlı yerlərin hovuz və idman salonlarından daha təhlükəli olduğunu bildirmişdi.

Qeyd edək ki, Gürcüstanda koronavirus pandemiyası səbəbiylə tətbiq olunan bəzi məhdudiyyətlər bu gündən etibarən ləğv olunur. Xüsusilə, qapalı məkanlarda treninqlər və konfransların keçirilməsi, peşə təhsil müəssisələrinin fəaliyyəti və açıq hava attraksionlarının  istifadəsinə icazə veriləcək.(qafqazinfo)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin