Ev Blog Səhifə 3370

Karantin rejimini ikinci dəfə pozan şəxsi hansı ağır cəza gözləyir?

“Karantin qaydalarını pozduğuna görə cərimələnən şəxs ikinci dəfə buna yol verərsə, barəsində daha ciddi tədbirlər görüləcək”.

yasamal.tv xəbər verir ki, yenicag.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev karantin qaydalarını pozduğu üçün cərimələnən vətəndaşları xəbərdar edib.

Şöbə rəisi onları gözləyən cəza tədbirlərini açıqlayıb:

“Əgər vətəndaş polis, yaxud da, yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılıb, barəsində inzibati protokol yazılaraq, 100 manat cərimələnibsə və ikinci dəfə eyni xətaya yol verib, qayda pozarsa, bu, daha ağır hal kimi qəbul edilə bilər. Belə olan halda, vətəndaşa 200 manat məbləğində cərimə yazıla, ya da barəsində tərtib olunan inzibati materiallar məhkəməyə göndərilə bilər. O zaman məhkəmə həmin şəxsin bir ay müddətə inzibati qaydada həbs edilməsi ilə bağl qərar verə bilər”.

K.Əsədov belə halın yaşanmaması üçün vətəndaşları karantin rejiminin qaydalarına əməl etməyə səsləyib:

“Belə şayiələr gəzir ki, güya karantin qaydalarını pozduğuna görə cərimələnən şəxslərə güzəşt ediləcək, yanlış fikirdir. Cərimələrinizi vaxtında ödəyin. Əks halda, qanunvericiliyə görə məcburi icraata göndəriləcək və o halda da, hər hansı əmlakı üzərinə həbs qoyula bilər. Şəxsin həmin mülkiyyətdən istifadəsi məhdudlaşdırılar. Buna görə də, vətəndaşların bir daha diqqətinə çatdırıram ki, karantin qaydalarına əməl edin”.

Heydər Əliyev Fondu 100 mindən çox yardım paylayacaq

Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası zamanı 100 mindən çox yardım paylanılacaq.

yasamal.tv xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir. “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.

Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir.

Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulur.

Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir.

Aksiya karantin rejimi müddətində davam edəcək.

Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.

Məhdudiyyətlər deputatların avtomobillərinə şamil edilməyəcək

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

yasamal.tv xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” dəyişiklik layihəsi III oxunuşda Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənədə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputatla bərabər, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə də şamil edilməyəcək.

Xatırladaq ki, I oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər yalnız deputata şamil edilməyəcəkdi. Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

AFFA rəsmisindən liqalarla bağlı açıqlama

“Aşağı yaş qrupları üzrə yarışların erkən başa çatdırılması və çempionun elan edilməsi hazırda müzakirə mövzusu deyil”.

Bunu “Report”a açıqlamasında AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev deyib.

O bildirib ki, ölkədə koronavirusa görə tətbiq olunan karantin müddətinin bitməsini gözləyirlər: “Bizdə liqa qarşılaşmalarının 70 faizindən çoxu oynanılıb. Karantin müddəti başa çatdıqdan sonra qalan bölümün də keçirilməsi ilə bağlı rəhbərliyin qərarını gözləyirik”.

Vəliyev yekun qərarın AFFA rəhbərliyi tərəfindən veriləcəyini sözlərinə əlavə edib: “Hazırda bunu müzakirə etmək və liqaların taleyindən danışmaq çox tezdir. Rəhbərliyin tapşırığına əsasən, planda olan odur ki, yarışları yekunlaşdıraq. Karantin müddəti daha çox uzansa, gələcəkdə nə isə danışmaq olar”.

Qeyd edək ki, dünyanın bir neçə ölkəsində aşağı yaş qrupları üzrə çempionlar elan edilib.

112 bələdiyyə sədri məsuliyyətə cəlb olunub

Keçən il bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətinin vaxtında təqdim edilməməsi və araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 131 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

yasamal.tv-ın məlumatına görə, bu, bu gün Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə)” əksini tapıb.

V. Zahirov deyib ki, protokollar üzrə 112 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 19 prosesə baxılmaqdadır.

2019-cu il ərzində Ədliyyə Nazirliyinə inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 80 min 261 (ötən illə müqayisədə 11 faiz çox) bələdiyyə aktı, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 1796 akt hüquqi ekspertizadan keçirilib.

Nəticədə 77 min 427 (96,6 faiz) akt qanunvericiliyə uyğun hesab edilib. Normativ hüquqi aktların tələbinə zidd olan 2 min 765 aktın dəyişdirilməsi və ləğv edilməsi üçün aidiyyəti bələdiyyələrə təkliflər verilib (ötən ilə müqayisədə 15 faiz çox), digərləri isə (69 akt) baxılmaqdadır.

Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1 285 akt ləğv edilib, 1274 akt dəyişdirilib, 187 təklif isə baxılmaqdadır. Azərbaycanda ötən il bələdiyyə aktlarına inzibati nəzarətin həyata keçirilməsi və müraciətlərə baxılması nəticəsində qanunsuz olduğu müəyyən edilmiş 305 hektar torpaq sahəsinin mülkiyyətə, 6664 hektar torpaq sahəsinin icarəyə, 50 hektar torpaq sahəsinin istifadəyə verilməsi haqqında bələdiyyə aktları Ədliyyə Nazirliyinin təltifləri və iddiaları əsasında bələdiyyələr tərəfindən ləğv edilib və məhkəmələr tərəfindən etibarsız sayılıb. Beləliklə, bütövlükdə qanunsuz verilmiş 7 019 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib. Bu, ötən illə müqayisədə 18,5% çoxdur.

Politoloq Rusiya hakimiyyəti və səhiyyə sistemini yıxıb-sürüdü

“COVID-19″ testləri cəfəngiyat və saxtakarlıqdır!”

Maksim Şevçenko

“Эхо Москвы”, 16.04.2020

Dostlar, sabah xəstəxananı tərk etməliyəm.

Ancaq daha iki həftə karantində olacağam.

Və bu tamamilə düzgündür.

İlk növbədə (təcili yardım maşınının məni gətirdiyi) 79-cu və bir neçə gün sonra köçürüldüyüm 83-cü xəstəxananın həkimlərinə, tibb bacılarına, tibb qardaşlarına, hər iki cinsdə olan sanitarlara, xəstə baxıcılarına çox təşəkkür edirəm.

Həyatımı xilas etdilər.

Ancaq sizə söyləyəcəyim əsas məsələ budur – testlər tam cəfəngiyatdır.

Və yalnız cəfənfiyat yox, həm də saxtakarlıqdır!

Testlərimin heç biri (beş!) COVID-19-u göstərmədi!

Mən onlarla belə halın olduğunu bilirəm – insanlar ölür, testlərin cavabı isə mənfidir.

Ancaq testlərdə koronavirusun mövcudluğu göstərildiyi, insanın isə özünü sağlam və gümrah hiss etdiyi nümunələrdən də xəbərdaram.

Buna görə iki sual ortaya çıxır:

– Bu saxta testlərdən və COVID-19 ilə bağlı məcburi statistikadan kim pul qazanır?

– Statistikalar və ona bağlı bu “testlər”in saxtalaşdırılması (azaldılması) kimin maraqlarına uyğundur?

(Rusiya kapitalizminin vəhşi, cinayətkar, həyasız və qənimətpərəst xarakterini bilərək) Rusiya Federasiyasında kiminsə maddi marağı olmadan sistemli bir şey edilmədiyinə şübhəm yoxdur.

Mütləq kiminsə həmtayfası, yerlisi, qardaşı, içki-kef yoldaşı, həmkarı və ya qohumu hər hansı bir test, maska, xüsusi qidalanma, peyvənd və digər şeylər üçün dövlətdən milyonluq, hətta milyardlıq icra müqaviləsi qoparacaq.

Sonra bu, ictimaiyyətə açıqlanacaq, hakimiyyətə və cəmiyyətə böyük bir nemət və nailiyyət kimi təqdim ediləcək; əslində, insanlar bu zibilə inandığından, taleyini və həyatını ona etibar etdiyindən təhlükəli olan saxtakarlığın yarıfabrikat məhsuluna çevriləcəklər.

Bunsuz burada heç bir hərəkət ola bilməz – Rusiya Federasiyasında ictimai və ya humanitar, yaxud dövlət maraqları olmadan yalnız idealist-humanistlər (məsələn, həkimlər və tibb işçiləri kimi) hərəkət edirlər.

“Böcəklər”, möhtəkirlər, podratçılar, fırıldaqçılar və oğrularla əhatə olunmuş, büdcədən pul dartıb çıxarma və konkret kimlərinsə cibinə qoymağa qabil məmur kastası isə hər şeydən “pul qazanmağ”a adətkərdədir.

Karantin? Kimsə elektron izləmə sistemi üçün müqavilə bağlayıb!

Karant dövründə cərimələr? Kimsə bu cərimələri toplamaq üçün müqavilə bağlayır.

Testlər? Bizdə hər şey var, hər şey hazırdır, (Putinin ilk nitqindən vaz keçməmiş) vəssalam, bu zibilin kütlələrə təqdim edilməsinə başlanılır.

Səhiyyə sisteminin optimallaşdırma ilə nəyə (soyğunçuluq və talana) çevrildiyinə gəlincə, bu barədə hələ çox danışacağıq.

Hələlik isə bir şey aydındır: ölkəni parçalayıb-yeyən bürokratik kriminal kapitalizmin yalançı sistemi davam edə bilməz və etməməlidir.

Biz sadəcə, ölkəmizi içində mövcud olduğumuz bu absurd cinayətkar kapitalistin İlğım diyarı olmadan özümüzə qaytarmağa borcluyuq.

Ya da gələcək yoxdur – yalnız kumanlar, peçeneqlər, bir də “ağılsız xəzərlər” var.

Tərcümə: Strateq.az

Korona necə yarandı? – Hindli astroloq ilə müsahibə

Doktor Adjay Bhambi Hindistandan olan veda astroloqudur.

Vətənində kimsə bir işə başlayanda, pul yatıranda, evlənəndə və ya ərə gedəndə, uşaq planlaşdıranda əvvəlcə məsləhət üçün onun yanına gedir. İstənilən hindistanlı doktor Adjayın səhv etmədiyini təsdiqləyər. Koronavirus haqqında isə o, virusun meydana çıxmasından əvvəl bəhs edib, planetlərin birləşməsinin bəşəriyyət üçün çox əlverişsiz olacağı barədə xəbərdarlıq edib.

yasamal.tv teleqraf.com-a istinadən onun “Moskovskiy komsomolets”ə verdiyi müsahibəsini ixtisarla təqdim edir.

– Doktor, COVID-19 haradan gəldi?

– Cyotiş vedik astrologiyası mövqeyinə görə epidemiya ilə əlaqədar kritik vəziyyət planetlərin çətin kombinasiyası və bütün bəşəriyyətin məsuliyyətsiz davranışı ilə əlaqədardır. 2019-cu ilin payızından bəri Yupiter özünü çox qeyri-sabit aparır. Bu planet isə rifah, uğur və xoşbəxtliklə əlaqəli olan ən güclü planetlərdən biridir. Üstəlik, onun vəziyyəti çox sürətlə dəyişir.

Yupiter maksimum əlverişlidir, onun düşmə əlaməti olaraq bu planet qlobal problemlərin, böhranların, xəstəliklərin və ümumi qarışıqlığın mənbəyinə çevrilir. Belə dalğalanma 2021-ci ilin aprelinə qədər davam edəcək. Yalnız bundan sonra tam sakitlik olacaq.

– Bu, istisnasız olaraq hər kəsə aiddir? Yoxsa pandemiyanı itkisiz tərk edən xoşbəxtlər də var?

– Vəziyyəti başqa bir super güclü planet – Saturn çətinləşdirir. O, insanları sözün hərfi mənasında “şumlayır”, özünü realizə etməyin yollarını axtarır və insanları ümumiyyətlə özlərinə bir sual verməyə məcbur edir: mən niyə bu dünyaya gəldim?

Əgər siz mənasız bir həyat yaşayırsınızsa, bu, Saturnun açıq-aydın xoşuna gəlməyəcək və o sizin üçün əsl cəllad olacaq. O sizi puldan və ya sağlamlıqdan məhrum qoya, karyeranızı məhv edə bilər.

İndi Saturnun keyfiyyətlərinin ən yüksək səviyyədə nümayiş olunduğu an gəlib. Beləliklə, bizi ən ağır və ciddi dərslər gözləyir. Bizim vəzifəmiz onları mənimsəməkdir, belə olduqda qalib gəlmək şansı var. Əgər sizin həyatınız tamamilə aşağı düşübsə, təcili olaraq özünüzü saçınızdan, qolunuzdan, ayaq və bədənin digər hissələrindən tutun və çəkin. “Rüşvət vermək” heç işləməyəcək! Xüsusilə iki güclü planet – Yupiter və Saturn Yerdə audit aparmaq üçün gəliblərsə.

– Rusiya üçün proqnozlarınız nədən ibarətdir?

– Qonşu ölkələrlə sərhədlərin bağlanacağı təqdirdə vəziyyəti tez bir zamanda nəzarətə götürmək üçün Rusiyanın bütün şansları var. Artıq may ayında xəstəliyin tənəzzülü başlayacaq, iyunun sonunda isə vəziyyət stabilləşəcək. Ancaq bu, yalnız koronavirusa aiddir. İqtisadiyyat sentyabr ayından bərpa edilməyə başlayacaq. Onu reanimasiya etmək üçün daha bir il lazım olacaq.

Bəşəriyyət üçün qlobal böhranın aradan qaldırılması, o cümlədən iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılması üçün əlverişli şərtlər Yupiter Dolça işarəsinə girdikdə, yəni 2021-ci ilin aprelində başlayacaq. Ancaq bunlar yalnız şərtdir. Planetlər və ulduzlar deyil, insanlar hərəkət etməlidirlər.

Biz yeni astroloji eraya qədəm qoyuruq və bu era bizdən yeni düşüncə tərzini inkişaf etdirməyimizi – başqa bir insanın ağrı-acısını görməyi, daha mərhəmətli, diqqətli, xeyirxah olmağı öyrənməyi tələb edir. Düşünməliyik ki, nə üçün bu planetdəyik – məhv etmək və ya qurub-yaratmaq üçün?

Özümüzü maddi dəyərlərdən mənəvi dəyərlərə yönəltməliyik. Bu baş verməzsə, bəşəriyyət yeni epidemiyalara hazırlaşmaq məcburiyyətində qalacaq.

“Ailələrə kömək etdiyini paylaşmaq reklamdır” – Nigar tənqid etdi

Müğənni Nigar Camal sosial şəbəkədə ünvanına yazılan iradlara cavab verib.

Axşam.az xəbər verir ki, izləyicilər sənətçinin paylaşımında onun insanlara yardım etməməsini qınayıblar. Nigar isə kömək edərkən onu çəkib paylaşanları tənqid edib:

“Niyə? Axı video çəkib paylaşmaq düzgün deyil. Bu, həm də həmin ailələrə qarşı yanlışdır. Bəlkə, problemləri olduğunu kiminsə bilməsini istəmirlər. Hansısa kanalın yardım kampaniyası olsaydı paylaşardım. Amma ailələrə kömək edərkən bunu sosial şəbəkədə paylaşmaq reklam kimi çıxır”.

Qeyd edək ki, son günlər bir çox məşhur insanlara yardım edərkən, videolar çəkir və sosial şəbəkədə yayımlayır.

Neft Fondu qızıl ehtiyatlarını artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-mart aylarında 0,4 ton qızıl alıb.

ARDNF-in 2020-cu ilin 3 ayının yekunlarına dair hesabatına əsasən, martın 31-nə Fondun investisiya portfelində qızılın ümumi həcmi 101,6 ton olub.

Qeyd edək ki, 2019-ci ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,2 ton təşkil edib.

Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 12,8%-dir.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

ABŞ Ermənistana yardım ayırdı

Birləşmiş Ştatlar Ermənistana koronavirusa qarşı mübarizə məqsədilə daha 600 min ABŞ dolları yardım ayırıb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Facebook” səhifəsində bildirilib.

ABŞ hakimiyyəti bu yardımı USAID-in vasitəsilə edib.

Qeyd edək ki, bu yaxınlarda ABŞ koronavirusa qarşı mübarizə məqsədilə Ermənistana 1,1 milyon ABŞ dolları məbləğində maliyyə yardımı edəcəyini bildirib.

Xatırladaq ki, Ermənistanda 1 201 nəfər koronavirusa yoluxub, onlardan 19-u ölüb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?