Ev Blog Səhifə 3368

Karantini pozan daha 15 nəfər həbs edildi

Şəmkirdə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarlı gücləndirilmiş iş rejimində xidmət apararaq, sakinlər arasında profilaktiki tədbirlər həyata keçirir, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyyə etməklə bərabər rayon ərazisində patrul və stasionar postlar təşkil edərək gündəlik xidmətlərini davam etdirirlər.

Bundan başqa, rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq, polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirir.

Mütəmadi olaraq keçirilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 1 038 vətəndaş barəsində müvafiq qanunlara uyğun olaraq barələrində tədbir görülüb ki, onlardan 15 nəfər barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Qeyd edək ki, aprelin 17-də keçirilən reyd zamanı xüsusi karantin rejimindən başqa sərxoş halda avtomobil idarə etmə, konstruktiv dəyişiklik və digər qanun pozan sürücülər də aşkar edilib ki, onlar barəsində də qanunamüvafiq tədbir görülüb.

“Bihter məni yaşamadığım hisslərlə tanış etdi”

10 ildir təkrarları davam edən “Aşkı memnu” serialı yenidən “Kanal D”də yayımlanır və reytinqlərdə ilk sıralardadır.

Axşam.az xəbər verir ki, baş rolunda Beren Saatın oynadığı serial aktrisanın diqqətindədir. “Posta” qəzeti bildirir ki, B.Saat hər gün serialın təkrar bölümlərini izləyir.

Ekran işindəki Bihter obrazının ən çox təsirinə düşən isə sənətçinin həyat yoldaşı Kənan Doğuludur. Müğənni “Bereni hər gün izlədikcə heyran qalıram” deyə, bildirir.

Bihter obrazı Beren Saatın gözündə isə belədir:

“Bihterin dəyişkən əhvalı üçün darıxıram. Çox rəngli idi. Əhvalı tez-tez dəyişirdi. Məni əyləndirirdi. Həyatımın ən önəmli obrazıdır. Ondan çox şey öyrənmişəm. Bihterin əsəbiləşdiyi bir səhnəm var idi. Bütün günümə təsir etdi. Yuxumu, reaksiyamı dəyişdirdi. Bihter məni yaşamadığım hisslərlə tanış etdi, inanılmaz idi.

Çəkilişlərdə bir gün belə “Bu səhnəni çəkməyək”, “O paltarı geyinmirəm” demədim. Həyatımda Bihter qədər dekolteli libaslar geyinmirəm, makiyaj etmirəm, onun kimi davranmıram. Amma Bihteri oynamağı çox sevdim. Çünki o, ədəbiyyatın xüsusi bir qadın obrazıdır. Hər dəfə müxtəlif cür təqdim olunsa da, səs-küy yaradır”.

Qeyd edək ki, “Aşkı memnu” serialı 2008-2010-cu illərdə yayımlanıb. Final bölümü ilə televiziya tarixinin ən yüksək izlənmə rəqəmi yığan serialı kimi tarixə keçib. Bundan başqa, 2009-cu ildə ən çox şikayət edilən serial olub. Orijinal versiyası dünyanın 32 ölkəsinə satılıb. Həmçinin, Amerikada ispan dilində yayımlanan “Telemundo” kanalı da serialın ssenarisini alaraq “Pasion Prohibida” adı ilə yenidən çəkib.

Rumıniyanın məşhur televiziya kanalı “Antena 1” isə “Fructul Oprit” (Yasaq meyvə) serialının ssenarisini “Aşkı memnu”dan kopyalayıb.

Ən yaxşı qısametrajlı filmin sahibi 8 min dollar qazanacaq

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) “İSESKO Rəqəmsal Ev” təşəbbüsünün “Distant Mədəniyyət” layihəsi çərçivəsində İSESKO Qısametrajlı Film Mükafatını elan edir.

Axşam.az xəbər verir ki, ən yaxşı 3 qısametrajlı filmə 8 min, 6 min və 4 min dollar məbləğində mükafat veriləcək.

İSESKO bu mükafatın gəncləri bədii yaradıcılığa həvəsləndirmək, onların bədii və sənədli filmlər istehsal etmək istedadlarını üzə çıxarmaq və sülh mədəniyyətini yaymaq məqsədi daşıdığını bəyan edir. Bu Mükafat həmçinin film istehsalını təşviq etmək, İSESKO-nun Qısametrajlı Filmlər Fondunu qurmaq, “həyat iqtisadiyyatı” və gələcək iş formaları, yaradıcılıq, istehsalat və iş yerlərinə dair gələcək təxminləri formalaşdırmağa kömək etmək məqsədlərinə də xidmət edir.

Əlavə olaraq, müsabiqədə iştirak edən filmlər aşağıdakı kateqoriyalara bölünməlidir: dram, sənədli, irs və folklor, bəşəri dəyərlər, sağlamlıq və ətraf mühit, uşaq filmləri, koronavirus (COVID-19) dövründəki gündəlik həyat və komediya. Filmdə səsli danışıq olmadan təbii səslər və ya musiqi (təbiət və heyvan filmləri) ola bilər.

Müsabiqədə iştirak üçün, qısametrajlı film:

1. Xronometrajı 4 dəqiqədən çox olmamalıdır;

2. Əvvəllər hər hansı başqa bir müsabiqəyə təqdim edilməmiş olmalıdır;

3. Bəşəri, dini və ya milli dəyərlərə xələl gətirməməlidir;

4. İSESKO-nun üç rəsmi dilindən (ərəb, ingilis və fransız) birində subtitr yazısı olmalıdır;

5. Bu email ünvanına göndərilməlidir: [email protected].

İSESKO həmçinin bəyan edir ki, Üzv Dövlətlərin Milli Komissiyaları və səlahiyyətli tərəfdaşlar Mükafatın elan edilməsində iştirak edəcək və İSESKO qaliblərin seçimi üçün münsiflər heyəti təyin edəcək. Mükafatlar Mərakeş Krallığının Rabat şəhərində, İSESKO-nun baş qərargahında baş tutacaq xüsusi mərasimdə təqdim ediləcək.

İSESKO “Distant Mədəniyyət” təşəbbüsü çərçivəsində aşağıdakı yaradıcılıq sahələrinin hər biri üzrə üç tələbəyə mükafat ayırıb. Qısa hekayə yazmaq, rəsm çəkmək; və musiqi kompozisiyası və ya digər yaradıcı məhsul yaratmaq. Mükafatlar müvafiq olaraq 6.000 ABŞ dolları, 4.000 ABŞ dolları və 2.000 ABŞ dolları məbləğindədir.

Mükafat üzrə nominasiyalarla bağlı suallar AR Mədəniyyət Nazirliyi yanında fəaliyyət göstərən İSESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir.

E-mail: [email protected]

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 12 192 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il mart ayının 1-i vəziyyətinə 10 079 300 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Azərbaycan AVRO-2020-nin Bakıda keçirilməsinə razılıq verdi

AFFA AVRO-2020 ilə bağlı UEFA-ya təsdiq məktubu göndərib.

yasamal.tv xəbər verir ki, AFFA AVRO-2020-nin dörd müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını UEFA-ya bildirib.

Bununla bağlı əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda AVRO-2020-nin A qrupunun üç oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar AVRO-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Daha əvvəl Rumıniya (Buxarest), Danimarka (Kopenhagen), İrlandiya (Dublin), İngiltərə (London) və Almaniya (Münhen) futbol federasiyaları bu yarışı keçirmək niyyətlərinin dəyişmədiyini bildiriblər. (oxu.az)

“Ufak tefek cinayetler”in aktyoru boşanır

Türkiyəli aktyor Fərid Aktuğ həyat yoldaşı Bahar Özdoğandan boşanır.

Axşam.az “Hürriyet”ə istinadən xəbər verir ki, cütlük üç ay öncə razılaşma yolu ilə məhkəməyə müraciət edib. İki övladı olan Baharla Fərid 2011-ci ildə ailə qurub.

Qeyd edək ki, F.Aktuğ tamaşaçılara “Ufak tefek cinayetler” serialından tanışdır.

Bu ölkədə koronadan 40 min insan ölə bilər – İddia

“Böyük Britaniyada yeni tip koronavirusdan 40 min insan ölə bilər”.

yasamal.tv xəbər verir ki, bunu Böyük Britaniyada mütəxəssis həkim kimi tanınan Antoni Kastello deyib.

O iddia edib ki, hökumət izolyasiya tədbirləri ilə bağlı gec qərar qəbul edib:

“Baş nazir Boris Conson əvvəlcə digər Avropa liderləri kimi sərt tədbirlərin tətbiq edilməsi barədə qərar vermədi. Ancaq araşdırmalar zamanı ölkədə yarım milyon insanın öləcəyi xəbərdarlığı edildi. Bundan sonra sərhədlərin bağlanmasına göstəriş verdi”.

Mütəxəssis bildirib ki, hökumətin pandemiyanın yayılmasına gec reaksiya verməsi 40 min insanın ölümünə səbəb ola bilər.

Qeyd edək ki, koronavirusdan ümumilikdə bu ölkədə 13 min 759 nəfər ölüb, 104 min 148 nəfərdə isə virusun simptomları aşkarlanıb. (axar.az)

Prezidentdən mühüm bəyanat: “Karantin rejimi uzadılacaq”

Prezidentdən mühüm bəyanat: “Karantin rejimi uzadılacaq”Prezidentdən mühüm bəyanat: “Karantin rejimi uzadılacaq”

“Mən tam əminəm ki, karantin tədbirlərinin tam uzadılması nəticəsində biz müsbət dinamikanı gücləndirə bilərik”.

Yenicag.az xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı bildirib.

Ölkə başçısı İlham Əliyev vurğulayıb ki, karantin rejimi fonunda aztəminatlı ailələrin problemləri daha geniş şəkildə həll edilməlidir:

“Bugünə qədər karantin rejiminin aprelin 20-nə qədər davam edəcəyini nəzərdə tuturduq. Lakin indi karantin rejimi uzadılacaq və yardım üçün müraciət edənlərin sayı kifayət qədər artıb. Bu təkiflər, sifarişlər geniş təhlil edilir və maksimum şəffaflıq təmin edilməlidir. İlkin mərhələdə nəzərdə tutulurdu ki, 200 min insan dövlətdən 190 manat yardım alacaqdı. Ümumi vəziyyəti nəzərə alaraq və insanların sosial-müdafiəsini gücləndirmək üçün bu kateqoriyaya aid olan insanların sayını 600 minə çatdırmalıyıq. Yəni, dövlət iki ay ərzində 200 min əvəzinə 600 min insana 190 manat vəsait verməlidir. Bu kateqoriyaya aid insanlar aztəminatlı təbəqənin nümayəndələridir. Eyni zamanda koronavirusla bağlı işini itirənlər, həmçinin qeyri-formal məşğulluqla məşğul olan insanlardır. Onalrın problemlərini də dövlət öz üzərinə götürür”.

İşsizlərin rəsmi sayı açıqlandı

2020-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5191,5 min nəfər olub, onlardan 4936,4 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, cari il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1641,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,4 min nəfər, qeyri-dövlət sektorunda isə 730,1 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 34,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1606,9 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,3 faizi tikintidə, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,1 faizi mədənçıxarma sənayesində, 1,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Rəsmi məlumata görə, xidmət sahəsində işləyənlərin 20,5 faizi təhsil, 18 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Həmçinin bildirilib ki, 2020-ci il aprel ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 100,8 min nəfər olub, onların 36,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 309 manat olub.

Azərbaycanda qızıl və gümüş istehsalı artıb

 

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 948,3 kq qızıl istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 23% çoxdur. Bu il aprelin 1-nə ölkədə 146,7 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin üç ayı ərzində Azərbaycanda 1 193,6 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 273% çoxdur. Bu il aprelin 1-nə ölkədə 34,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?