“Bihter məni yaşamadığım hisslərlə tanış etdi”

16

10 ildir təkrarları davam edən “Aşkı memnu” serialı yenidən “Kanal D”də yayımlanır və reytinqlərdə ilk sıralardadır.

Axşam.az xəbər verir ki, baş rolunda Beren Saatın oynadığı serial aktrisanın diqqətindədir. “Posta” qəzeti bildirir ki, B.Saat hər gün serialın təkrar bölümlərini izləyir.

Ekran işindəki Bihter obrazının ən çox təsirinə düşən isə sənətçinin həyat yoldaşı Kənan Doğuludur. Müğənni “Bereni hər gün izlədikcə heyran qalıram” deyə, bildirir.

Bihter obrazı Beren Saatın gözündə isə belədir:

“Bihterin dəyişkən əhvalı üçün darıxıram. Çox rəngli idi. Əhvalı tez-tez dəyişirdi. Məni əyləndirirdi. Həyatımın ən önəmli obrazıdır. Ondan çox şey öyrənmişəm. Bihterin əsəbiləşdiyi bir səhnəm var idi. Bütün günümə təsir etdi. Yuxumu, reaksiyamı dəyişdirdi. Bihter məni yaşamadığım hisslərlə tanış etdi, inanılmaz idi.

Çəkilişlərdə bir gün belə “Bu səhnəni çəkməyək”, “O paltarı geyinmirəm” demədim. Həyatımda Bihter qədər dekolteli libaslar geyinmirəm, makiyaj etmirəm, onun kimi davranmıram. Amma Bihteri oynamağı çox sevdim. Çünki o, ədəbiyyatın xüsusi bir qadın obrazıdır. Hər dəfə müxtəlif cür təqdim olunsa da, səs-küy yaradır”.

Qeyd edək ki, “Aşkı memnu” serialı 2008-2010-cu illərdə yayımlanıb. Final bölümü ilə televiziya tarixinin ən yüksək izlənmə rəqəmi yığan serialı kimi tarixə keçib. Bundan başqa, 2009-cu ildə ən çox şikayət edilən serial olub. Orijinal versiyası dünyanın 32 ölkəsinə satılıb. Həmçinin, Amerikada ispan dilində yayımlanan “Telemundo” kanalı da serialın ssenarisini alaraq “Pasion Prohibida” adı ilə yenidən çəkib.

Rumıniyanın məşhur televiziya kanalı “Antena 1” isə “Fructul Oprit” (Yasaq meyvə) serialının ssenarisini “Aşkı memnu”dan kopyalayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin