Ev Blog Səhifə 3365

ABŞ koronavirusun mənşəyini araşdırır

ABŞ Prezidenti Donald Tramp koronavirusun laboratoriyada ortaya çıxması versiyasını da araşdırıldığını açıqlayıb.

yasamal.tv xəbər verir ki, o, bunu brifinqdə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

“Qəribə şeylər baş verir, ancaq çox sayda araşdırmalar aparılır və biz bunu (koronavirusun mənşəyi – red.) öyrənəcəyik. İndi sadəcə onu deyə bilərəm ki, harada ortaya çıxmasına baxmayaraq, o, Çindən gəlib, hansı formada gəldiyi vacib deyil”, – D.Tramp deyib. (report.az)

“Evə gedirəm” portalı bu gündən işə düşəcək

Xarici ölkələrdən vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatdan keçməsi üçün yaradılan “Evə gedirəm” portalı bu gündən öz işinə başlayacaq.

yasamal.tv xəbər verir ki, www.evegedirem.info portalı aprelin 18-i saat 10:00-dan (Moskva vaxtı ilə) etibarən fəaliyyətə başlayacaq.

İlkin mərhələdə bu portal vasitəsilə məhz Azərbaycanın Rusiyada yaşayan vətəndaşları qeydiyyatdan keçmək imkanı əldə edəcəklər.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

Bahar Muradova bəzi valideynləri ittiham edib

“Uşağın ilk sosial mühiti məhz onun ailəsidir. Bu mühitdə fiziki və mənəvi cəhətdən sağlam böyüyüb inkişaf edən uşaq sabah cəmiyyətdə də özünə inamlı, uğurlu bir vətəndaş olacaq. Təəssüflər olsun ki, bəzən valideynlər bu məqamı unudurlar. Nəticədə valideynlik vəzifələrinin yerinə yetirilməməsi, valideynlik hüquqlarından sui-istifadə, etinasızlıq, laqeydlik kimi hallar baş verir”.

“Report” xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bəzi valideynlər yanlış olaraq, övladlarını çox istədiklərini əsas gətirsələr də bununla bir araya sığmayan üsullardan istifadə edir, tərbiyə məqsədi ilə övladlarına qarşı fiziki cəza, təhqir, nəzakətsiz davranış kimi hallara yol verirlər:

“Lakin hər bir valideyn anlamalıdır ki, uşaq böyüdüb tərbiyə etmək onlardan böyük təmkin, səbr, diqqət və sevgi tələb edir. Son günlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığından zərər çəkmiş qadın və uşaqlarla bağlı daxil olan müraciətlər, KİV-də və sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən araşdırılır və həmin şəxslərə lazımi dəstək göstərilir. Çox təəssüfedici məqamlardan biri də hər kəsin ilk növbədə öz yaxınlarına qayğı göstərməli olduğu bu çətin pandemiya dövründə belə uşaqların gözü qarşısında onların doğmasına, xəsarət yetirilməsi, öldürülməsi, uşaqların baxımsız vəziyyətdə tərk edilməsi, onlara qarşı alçaldıcı və təhqiredici davranışın törədilməsi və bu halları əks etdirən video görüntülərin sosial şəbəkələrdə paylaşılması hallarının baş verməsidir. Unutmaq olmaz ki, risk vəziyyətində olan, zorakılığa məruz qalan uşaqların görüntülərinin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə yerləşdirilməsi azyaşlıların hüquqlarının pozulması kimi dəyələndirilərək məsuliyyətə səbəb olduğu kimi,belə halların KİV-lərdə, internet resurslarında və telekommunikasiya şəbəkələrində yayılması, uzun müddət saxlanılması da KİV haqqında qanunvericiliyin müddəalarının bu resursların rəhbərliyi tərəfindən kobud şəkildə pozulması kimi qiymətləndirilməklə müvafiq məsuliyyət yaradır”.

B.Muradova bildirib ki, hazırda Dövlət Komitəsi tərəfindən uşaqların hüquqlarının müdafiəsi üzrə işlər aparılır: “Davamlı olaraq yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarla, qəyyumluq və himayə, eləcə də hüquq-mühafizə orqanları, zorakılığa məruz qalan qadın və uşaqlara sığınacaq verən qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət davam etdirilir və faktlar üzrə operativ iş aparılır”.

B.Muradova həmçinin valideynlərə müraciət edib:

“Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq bütün qeyd olunanları vurğulamaqla yanaşı hazırki sosial təcrid və məhdudiyyətlər dövründə uşaqların daha həssas durumda olduqlarını nəzərə alaraq, ilk növbədə valideynlərdən və ailələrin digər üzvlərindən xahişimiz budur ki, uşaqlara qarşı diqqətli olsunlar, münaqişələrdən çəkinsinlər. Uşaqların evdə səmərəli vaxt keçirmələrinə şərait yaratsınlar, anlayışlı olmaqla övladlarına stress və gərginliyi azaltmaqda kömək etsinlər. Uşaq hüquqlarının pozulması halları ilə rastlaşdıqda isə müvafiq dövlət orqanlarına vaxtında məlumatı çatdırsınlar. KİV və internet resurslarının rəhbərlərinin diqqətini isə İnformasiyanın alınması,emalı və yayılması prosesində uşaq hüquqlarının qorunmasına, beynəlxalq və milli qanunvericiliyin ,eləcə də peşə etikasının tələblərinə əməl edilməsinin vacibliyinə bir daha cəlb etmək istərdik”.

Zülfiyyə Xanbabayeva: “Qızım efirdən yox, məndən tərbiyə almalıdır”

“Qızım dünyaya gec gəldi. Amma zamanında gəldi. Dənizin 12 yaşı var. Hərdən mənə elə suallar verir ki, şoka düşürəm. Uşaqlar kənardan deyil, ailədən tərbiyə götürməlidirlər. Bəzən deyirlər ki, müğənnilər və ya efir insanı uşaqlar üçün örnək olmalıdır. Amma mən bu barədə yetkin bir fikirdə deyiləm. Övladım efirdən yox, məndən tərbiyə almalıdır”.

yasamal.tv xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva Əməkdar artist Bəhram Bağırzadənin “Instagram” hesabında açdığı canlı efirə “online” qoşularaq deyib.

Karantin günlərini ailəsi ilə birlikdə bağ evində keçirən sənətçi zamanının çoxunu qızı Dənizə həsr etdiyini söyləyib:

“Deyim ki, oturmuşam bütün günü evdə və ürəyim sıxılır, yox. Həyatım öz axarı ilə davam edir. Koronavirusdan öncə necə yaşayırdımsa, indi də elə yaşayıram. Beş ilə yaxındır ki, şəhərdən kənardayam. Karantin günlərində zamanımın çoxunu qızım Dənizə həsr edirəm. Onunla vaxt keçirirəm. Bu, karantindən öncə də belə idi, elə indi də. Həyatda istədiklərimin yarıdan çoxunu əldə etmişəm. Qalan hissəsini isə övladıma ayırmaq istəyirəm.

Allahımdan çox razıyam. Bu günlərdə belə özümə iş tapıram. Başımı mütləq şəkildə bir işlə qatıram”.

Z.Xanbabayeva, həmkarlarından fərqli olaraq, idman etmədiyini bildirib, bağçılıqla məşğul olduğunu etiraf edib:

“Bağda xoruzun səsindən sübh tezdən oyanırsan (gülür). Yalandan deyə bilmərəm ki, səhər tezdən oyanan kimi idman edirəm. Xeyr, idmanla məşğul olmuram. Evdə keçirdiyim vaxt mənim üçün idmandan daha artıqdır. Bir yerdə oturmağı sevmirəm. Yeri gələndə həyətdə nəsə əkib, becərirəm. Bir sözlə, mən evdə işsiz qalmıram. Təbii ki, bu günlərdə yaradıcılığıma da zaman ayırıram”. (oxu.az)

Mədəniyyət Nazirliyindən incəsənət nümayəndələrinə çağırış

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı (creative.az) ölkəmizə olan bütün incəsənət nümayəndələrini, yaradıcı şəxsləri UNESKO-nun ResiliArt hərəkatına qoşulmağa və aktiv iştiraka dəvət edir.

Mədəniyyət indi bizə hər zaman olduğundan daha çox lazımlıdır.

Mədəniyyət bizi dözümlü edir, bizə ümid verir. Eyni zamanda bizə yalnız olmadığımızı xatırladır. Bizim sənətkarları dəstəkləməyimiz və hər kəsin mədəniyyətə çıxışını təmin etməyimiz üçün razılaşdırılmış və qlobal addımlara ehtiyacımız var.

Yeni koronavirus nəticəsində meydana çıxan səhiyyə böhranının nəticəsində dünya iqtisadiyyatı geriləməyə başlayıb və 2020-ci ildə dünya iqtisadiyyatı 1 trilyon ABŞ dolları məbləğində itkiyə məruz qalıb (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD)). Dünyada milyonlarla insanın rahatlıq və əlaqələnmə mənbəyi kimi mədəniyyətə müraciət etdiyi bir dövrdə COVİD-19 virusunun təsiri mədəniyyət sahəsindən də yan keçməyib. UNESCO-nun irsinə daxil edilmiş məkanların 80%-dən çox hissəsi bağlanaraq yerli icmaların və mədəniyyət sahəsində fəaliyyət göstərən yerli mütəxəssislərin həyatına təsir göstərib. Muzey, teatr və kinoteatrlar daxil olmaqla bir çox mədəniyyət müəssisələri və qurumları hər gün milyonlarla məbləğ vəsait itirirlər və bəziləri öz əməkdaşlarını işdən azad etmək məcburiyyətində qalıblar. Pandemiyadan öncə belə bu sahələrdə yarım günlük əsaslarla, qeyri-rəsmi işləyən və digər formada ağır müqavilələrlə çalışan sənət adamlarının böyük hissəsi gündəlik ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər. Bugün biz mədəniyyət sahəsində fövqəladə bir vəziyyət yaşayırıq.

Məhz bu səbəbdən UNESKO yeni bir hərəkata – Resiliart (Dözümlü İncəsənət) hərəkatına başlayır.

ResiliArt hərəkatı mədəniyyət sahəsinin aparıcı profesionalları ilə eksklüziv qlobal müzakirə təşkil etməklə yaradıcı sahələrin böhran şəraitində indiki vəziyyətinə işıq salmaq, eləcə də sosial media vasitəsilə həm tanınmış, həm də yetişməkdə olan incəsənət adamlarının səsini və təcrübələrini yaymaq məqsədi daşıyır. Ümumilikdə bu hərəkat COVID-19 pandemiyasının bu sektora hərtərəfli təsiri barədə məlumatlılıq səviyyəsini artırmaq və incəsənət adamlarını bu böhran zamanı və böhrandan sonra da dəstəkləməyi hədəfləyir.

Açılış debatı 15 aprel 2020-ci il tarixində, Ümumdünya İncəsənət Günündə, Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətlərinin Konfederasiyası (CISAC) ilə birgə tərəfdaşlıqda ilə baş tutub. Debatı açılış nitqi ilə UNESKO-nun baş direktoru Audrey AZOULAY açmış və onun moderatoru olduğu ResiliArt müzakirələrində UNESKO baş direktorunun mədəniyyət üzrə müavini Ernesto OTTONE R., Jan Mişel JARRE (bəstəkar, ifaçı, CISAC prezidenti və UNESKO-nun xoşməramlı səfiri), Yasmina XADRA (Müəllif), Deeyah KHAN (Musiqiçi, sənədli film rejissoru və UNESKO-nun xoşməramlı səfiri), Anjelique KIDJO (müğənni, CISAC vitse-prezidenti və UNİCEF-in beynəlxalq səfiri), Nina OBULJEN-KORŽINEK (Xorvatiyanın mədəniyyət naziri və skripkaçı) və Luis PUENZO (Film rejissoru, ssenarist, prodüser və INCAA-nın prezidenti) iştirak ediblər.

Mədəniyyət sənayesi mütəxəssisləri hərəkata qoşulmağa və ResiliArt debatlarını öz bölgələrində təşkil etməyə dəvət edilir. Bütün mədəniyyət dəyər zəncirinə vurulmuş bu zərbənin yaradıcı iqtisadiyyat üzərində uzunmüddətli təsirləri olacaq. ResiliArt hərəkatının məqsədi də pandemiya bitdikdən sonra uzun müddət müzakirələrin, məlumat mübadiləsinin və ictimai vəkillik səylərinin davamlılığını təmin etməkdir.

Bizə qoşulun!

ResiliArt hərəkatı ilə əlaqədar hər hansı suallar üçün, zəhmət olmasa, UNESKO ilə əlaqə saxlayın: [email protected]

CISAC ilə əlaqə: [email protected] və ya www.cisac.org

Bir stəkan darçınlı suyun möcüzəvi təsirləri

Arıqlamaq üçün bir çox yolları sınayıb, yenə də istəyinizə çata bilməyənlər üçün darçınlı su ən idel üsuldur.

Hər gün bəlli miqdarda darçınlı su içmək sürətli şəkildə arıqlamağa kömək edir.

Militribuna.az medicina.az-a istinadən həm darçınlı suyun faydalarını, həm də arıqlamağa faydasını təqdim edir:

Əgər müntəzəm olaraq pəhrizlə birgə bir həftə darçınlı su içilərsə 5 kiloqrama yaxın arıqlada bilir.

-Həm də metobolizmanı sürətləndirir, yağları yandırır.

-Bundan əlavə xərçəngin qarşısını alan yüksək antioksidantdır. Bədəndəki sərbəst radikalların inkişafını əngəlləyir. Bu da xərçəngə qarşı müdafiə yaratmış olur.

-İmmun sistemini gücləndirən darçın suyu, hər gün içilərsə super effekt verir.
-İltihab əleyhinə təsirə malikdir. Xüsusilə boğazda əmələ gələn iltihaba kömək edir.

-Qan şəkərini nizamladığı üçün, insanın şirniyyat istəyi xeyli zəyifləyir.

-Bundan başqa yaddaşı gücləndirməyə yardımçı olur.

Hazırlanması:

Hazırlanma qaydası olduqca sadədəir. Bir stəkan suyU qaynadın. Daha sonra içinə bir çay qaşığı darçın əlavə edin. Su ilıqlaşdığı zaman yeməkdən öncə içmək məsləhətdir.

Qeyd edək ki, darçını qatığa da əlavə edərək yeyə bilərsiniz. Bu da eyni qaydada sizə arıqlamağa yardım edəcək.

İmişlidə oğlan bacısının ərini bıçaqladı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Yuxarı Qaralar kəndində qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Ələkbərli Əli Bakir oğlu yeznəsi 1990-cı il təvəllüdlü Məmmədov Cavid Ayət oğlu ilə mübahisə edib.

Mübahisə C.Məmmədovun mütəmadi olaraq arvadını döyməsi üstündə baş verib. Bacısının döyüldüyünə görə Ə.Ələkbərli C.Məmmədovu evində bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Ə.Ələkbərli tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlayıb.(modern.az)

Bu gün dörd futbol matçı canlı göstəriləcək

Bu gün futbol üzrə Belarus çempionatında V turun son oyunları keçiriləcək.

Millitrbuna.az xəbər verir ki, koronavirus səbəbindən Avropada bütün futbol matçları dayandırılsa da, bu ölkədə oyunlar öz axarı ilə keçirilir.

Bu səbəbdən futbolsuz qalan azarkeşlərin diqqəti bu oyunlarda olacaq.

15:00 “İsloç” (Minsk) – “Slaviya” (Mozır)

17:00 “Rux” (Brest) – “Minsk”

19:00 “Vitebsk” – “Brest”

21:00 BATE – “Torpedo”-BelAZ (Jodino)

Qeyd edək ki, bütün görüşlər Rusiyanın “Matç TV” telekanalı vasitəsilə canlı göstəriləcək. (oxu.az)

Stalinin heykəli hərraca çıxarıldı

Çexiyanın Komarov şəhər bələdiyyəsi keçmiş SSRİ-nin başçısı İosif Stalinin heykəlini satışa çıxarıb.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı rəsmi elan həmin yaşayış məntəqəsinin saytında yerləşdirilib.

Heykəlin satışı yazılı hərrac formasında həyata keçirilir. Heykəlin ilkin qiyməti 20 min krondur (3405,75 AZN). Hərracda iştirak etmək istəyənlər qiymətlə bağlı təkliflərini poçt vasitəsilə bələdiyyənin ünvanına göndərə bilərlər.

Bələdiyyə nümayəndələri abidənin satışını şəhər büdcəsində vəsait çatışmazlığı ilə əlaqələndiriblər.

Zelenski: “Bu gedişatla Ukraynanın 10%-i epidemiyaya yoluxacaq”

 

“Ən pis ssenarinin baş tutması halında Ukrayna əhalisinin 10%-i (təxminən 4 milyon adam) “COVİD-19” virusunun infeksiyasına məruz qalacaq”.

yasamal.tv xəbər verir ki, bu sözləri söyləyən prezident Vladimir Zelenskidən başqası deyil. Dövlət başçısı belə bir məşum mənzərəni “Savik Şusterlə azad söz” verilişində təsvir edib. Onun sözlərinə görə, hazırda ölkədə epidemiya ilə bağlı situasiya nəzarət altında olsa da, Pasxa bayramı bütün işləri korlaya bilər. Belə ki, bayramdan sonra ukraynalılar ənənəyə uyğun olaraq kilsə və məbədləri ziyarət etməyi planlaşdırırlar.

“Əgər çox sayda adam toplaşsa, o zaman bayramdan sonra daha böyük dalğa gələcək və biz dəhşətli bir statistika ilə üz-üzə qalacağıq. Yəni əhalinin 2-10%-i virusa yoluxacaq. Əgər insanlar özünütəcridi seçməsələr və kilsəyə baş çəksələr, o zaman tibb işçilərini ağır seçim qarşısında qoyacaqar. Biz bunu İtaliyada gördük. Orada elə vaxt olub ki, 10 nəfərdən kimin yaşayacağını həkim müəyyən edirmiş. Bizdə də eyni situasiya olsa, həkimlər bənzər qərarlar verəcək”,-deyə prezident əhaliyə xəbərdar edib.

Ukrayna lideri xalqı səbr etməyə çağırıb: “Bayramlar hamı üçün əziz və mühümür. Gələcək il hamımız kilsəyə gedəcəyik. Amma indi hər kəs səbr etməli və dözməlidir”. (musavat.com)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?