Ev Blog Səhifə 3364

“Siçan ilində yatmış dünya oyanacaq”

2020-nin dəhşətli hadisələrlə başlaması nələrə işarədir?

İctimaiyyət arasında 2020-ci ilin xoş gəlməməsi ilə bağlı fikirlər yayılıb. Bu barədə çoxlu müzakirələr gedir.

General Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ və İran arasında gərginliyin pik həddə çatması, Avstraliyada şiddətlənən yanğınlar, Tovuzda 10 yaşlı qızın yandırılması və s.

Yeni illə bağlı bədbin fikirlər səsləndirənlər arasında azərbaycanlı məşhurlar da var. Əməkdar artist Lalə Məmmədova son günlər baş verənlərdən bəhs edib. Sənətçi bildirib ki, bu hadisələr onu depressiyaya salıb:

“Pessimist insan deyiləm. Amma… 2020-ci il daxil olandan Avstraliyada yanğınlar, orada məhv olan canlılar, bitkilər…Amerikanın İrana zərbəsi, öz vətənimizdə bir-birinə qoşulub qaçan sevgili qudalar… Sonda da dünən noyabrdan bəri itkin düşən 10 yaşlı Nərminin yanmış meyiti. Cənablar, nə baş verir? Yeni ilin birinci həftəsi… Artıq gerisindən nəsə gözləməyə qorxuram. Əsəblərim dözmür”.

Görünür, “Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimlinin 2019-cu ilin son ayında insanların ümidlə gözlədiyi yeni il haqqında verdiyi proqnozlar həqiqətə çevrilir.

Bəs yeni il başlayar-başlamaz yaşananların hansını astrologiya ilə əlaqələndirmək olar? Belə dəhşətli hadisələrlə başlayan 2020-ci ildə bizi başqa nələr gözləyir? Hansı fəlakətlər proqnozlaşdırılır?

Mövzu ilə bağlı S. Rəhimli ilə əlaqə saxladıq. Astroloq “Yeni Sabah”a açıqlamasında Siçan ilinin heç də ürəkaçan olmayacağını deyib:

“Mən bu ildə qızın yanacağını və ya konkret baş verəcək hadisələri öncədən bilmirdim, görücü deyiləm. Sadəcə ümumi olaraq demişdim ki, Siçan illəri üçün etnik qarşıdurma, milli münaqişələr aktivləşir, dini qarşıdurmalar xarakterikdir. Biz tarixin xronologiyasına baxırıq, araşdırırq. Baxanda bu illər üçün bu tip hadisələrin xarakterik olduğu görünür. Amma baş verən hər hadisəyə, məsələn yanğına astrologiya ilə cavab verə bilmir ki. Ümumiyyətlə, hələ tam proqnoz verməmişəm. Hər il üçün 25 siyasi proqnoz verirəm, bu il üçün proqnozlarım tam hazır deyil. Bundan sonra mən baş verən yanğının nə vaxta söndürüləcəyini proqnozlaşdıra bilərəm. Bunların hamısını proqnozlaşdırmaq üçün vaxt lazımdır.

Əslində “siçovul ili” hələ yanvarın 25-dən sonra başlayacaq. Bundan qabaq İt ilində olduğu kimi, Qaban ili də sakit illərdən biri kimi yadda qaldı. Ancaq təəssüf ki, Siçan ili haqqında bunları söyləyə bilmirəm. Siçan ilində yatmış dünya oyanacaq. Bu il heç də ürəkaçan il olmayacaq. Dövlət çevrilişləri, sui-qəsdlər, müharibələr daha çox olacaq. Yəni bu, “siçan ili”nin xarakterik xüsusiyyətlərindən biridir”.

O, baş verən qətilləri astrologiya ilə əlaqələndirməyib:

“10 yaşlı qızın yandırılması qətldir. İstəyir yandırılsın, istəyir öldürülsün – bu artıq cinayətdir. Belə cinayətlər hər zaman olub. Ötən il məktəbdə intihar edən Elinanın hadisəsi də bundan az təsirli deyildi. Hər halda belə cinayətlər proqnozlara daxil deyil”.

S.Rəhimli ətraflı proqnozlarını yaxın günlərdə mediaya açıqlayacağını da bildirib.

Heç vaxt üzr istəməyənlər daha xoşbəxtdirlər

Psixoloq-alimlər heç vaxt üzr istəməyən insanların daha xoşbəxt olduğunu müəyyənləşdiriblər.

yasamal.tv xəbər verir ki, araşdırma “European Journal of Social Psychology” dərgisində dərc edilib.

Tayler Okimotonun rəhbərliyi altında bir qrup avstraliyalı psixoloq insanların üzr istəməkdən qaçınmasından niyə mənəvi məmnunluq aldıqlarını araşdırmaq qərarını verib.

Onlar 228 amerikalıdan indəyədək törətdikləri həm xırda (məs., yol-nəqliyyat), həm də ciddi (məs., oğurluq) qanun pozuntularını yada salmağını istəyiblər. Bundan sonra könüllüləri 2 qrupa ayırıblar: birincilərdən üzr istəməklə, ikincilərdən isə bundan imtina ilə bağlı məktub yazmağı istəyiblər.

Psixoloqlar gözləntilərin tam əksi bir qənaətə gəliblər: üzr istəməkdən imtina edənlər daha çox məmnunluq hiss ediblər, nəinki günahı boynuna alanlar.

“Siz üzr istəməkdən vaz keçəndə özünüzü daha güclü hiss edirsiniz, özgüvəniniz artır”, – Tayler Okimoto açıqlayıb.

Araşdırmaçılar üzr istəməkdən imtinanın heç də düzgün olduğunu iddia etmirlər. Günahı boynuna almağın faydaları çoxdur – bu, nəinki insanlar arasında, hətta ölkələrarası münasibətlərin də bərpasına kömək edir.

T.Okimoto eksperimentlərin insanları üzr istəməyə necə təkan verməyə yardımçı olacağını güman edir.

Murad Dadaşov dəyişikliyə başladı

Xəzər TV-də kadr dəyişikliklərinə start verilib.

yasamal.tv xəbər verir ki, baş direktor Murad Dadaşov islahatlara start verib, işdən çıxarılmalar əsasən Maliyyə və Reklam departamentlərini əhatə edib.

Belə ki, Maliyyə departamenti tam tərkibdə yeniləcək. Departamentin rəisi Rəhman, baş mühasib Amil Məmmədov, Cəbrayıl Alışov və digərləri vəzifələrindən azad ediliblər.

Reklam departamentinin də bəzi əməkdaşları işdən çıxarılıblar. Onlar arasında reklam mütəxəssisi Vüsal Nəbiyev də var.

Qeyd edək ki, Xəzər TV-nin əvvəlki rəhbəri Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli olub.(pravda.az)

Bu il Azərbaycanda asfalt, gips və kərpic istehsalı artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ümumi dəyəri 141,4 mln manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8% azalıb.

yasamal.tv Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk üç ayında ölkədə 683,6 min ton sement istehsal edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 3% azdır.

Bu ilin birinci rübündə ölkədə 39,8 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin üç ayı ilə müqayisədə 9,3% çoxdur, tikinti kərpicinin istehsalı isə 1,5% artaraq 101,5 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 2,8 dəfə artaraq 3,9 min ton olub. Yanvar-mart aylarında tikinti əhənginin istehsalı 29,1% azalaraq 7,3 min ton təşkil edib.

Yanvar-mart ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 13,5 min ton olaraq, ötən ilin birinci rübü ilə müqayisədə 58,8% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 5,1% azalaraq 9,4 min kubmetr təşkil edib.

Hesabat dövründə ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 36,2% azalaraq 2 828,4 ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı 5,2% artaraq 308,6 min ton təşkil edib.

Fransız virusoloq: “Koronavirus süni olaraq yaradılıb”

Koronavirus təbii yollarla meydana gəlməyib, o, laboratoriyada hazırlanıb.

Axar.az xəbər verir ki, bunu fransız virusoloq Lyuk Montanye deyib.

“Biz belə qənaətə gəlmişik ki, bu virusla bağlı manipulyasiya baş verib. COVİD-19-a HİV-in hissəcikləri əlavə edilib. Bu virus molekulyar bioloqların işidir. Bunun hansı məqsədlə olduğu aydın deyil. Mən işim faktları təqdim etməkdir. Mən heç kimi ittiham etmirəm, mən bunu kimin, niyə etdiyini bilmirəm. Yəqin ki, onlar QİÇS-ə qarşı peyvənd yaratmaq istəyiblər”, – deyə o bildirib.

Montanye həmçinin bu virusun Uhan laboratoriyasından çıxdığını deyib.

Qeyd edək ki, Montanye 2008-ci ildə Nobel mükafatı alıb.

Gürcüstanda qalan azərbaycanlı sürücülərə güzəşt edildi

Ötən həftə Gürcüstan hökuməti tərəfindən ölkə ərazisinə daxil olan xarici yük avtonəqliyyat vasitələrinin tranzit keçidinə 24 saat, yük gətirən və ya yük aparmaqla daşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin ölkə ərazisini tərk etməsi üçün 48 saatlıq limit tətbiq edilib.

Həmin müddətdə ölkə ərazisini tərk etməyən xarici daşıyıcılara münasibətdə hər avtonəqliyyat vasitəsi üçün 3000 lari (təxminən 1100 ABŞ dolları) dəyərində cərimə tətbiq olunması nəzərdə tutulur.

Dövlət Avtomobil Nəqliyyatı xidmətinin rəhbəri Nuridə Allahyarova Azvision.az -a bildirib ki, bununla bağlı Gürcüstan ərazisinə yük daşımalarını həyata keçirən Azərbaycan daşıyıcıları tərəfindən onlara müraciət olunub.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlara başlanıb. İzah olunub ki, Azərbaycan daşıyıcıları əsasən Gürcüstanın Poti limanından yük aparıb və oradan yük gətirdiyi üçün, bir istiqamətdə bu məsafə 500 km-dən artıq olduğundan, həmçinin yükləmə və boşaltma işlərinə də əlavə vaxt tələb olunduğundan həmin daşımalara təyin olunmuş 48 saat kifayət etmədiyindən bu müddətə Azərbaycan daşıyıcılarına münasibətdə yenidən baxılması zərurəti yaranıb.

Nəticədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Gürcüstanın İnfrastruktur və Dayanıqlı İnkişaf Nazirliyi ilə müzakirələrdən sonra Azərbaycanla bağlı yükdaşımalarının xüsusiyyətləri nəzərə alınaraq bu məsələyə yenidən baxılıb və göstərilən müddət 7 gün olmaqla uzadılması barədə qərar qəbul olunub. Eyni zamanda Gürcüstan ərazisində qalan yerli daşıyıcılarımıza məxsus avtonəqliyyat vasitələrinə rəsmiləşdirilmiş cərimələr ləğv edilib. Bu həssas dönəmdə Gürcüstan Hökumətinin etdiyi bu köməyə görə onlara təşəkkür edirik və daşımalar sahəsindəki əməkdaşlıqda bu cür anlayış faktorunu yüksək qiymətləndirdiyimizi xüsusi vurğulamaq istəyirik. Qeyd olunan müddətin uzadılması ilə bağlı arqumentlərimizi nəzərə alaraq qonşu dövlətin aidiyyəti qurumları tərəfindən göstərilən özəl dəstəyə görə minnətdarlığımızı bildiririk”.

Mərkəzi Bankın dövriyyədə olan notlarının dəyəri 65% artıb

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının dəyəri 609,9 milyon manat təşkil edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, bu, martın 6-ı ilə müqayisədə 239,9 milyon manat və yaxud 64,8% çoxdur.

AMB-nin dövriyyədə olan notları bundan əvvəl 20 milyon manatlıq artım nümayiş etdirmişdi.

Qazaxıstanda koronavirusa daha 45 nəfər yoluxub

 

Qazaxıstanda koronavirusa yoluxanların sayı 1591 nəfərə çatıb.

yasamal.tv xəbər verir ki, yeni yoluxma halları Turkestan vilayəti (1), Almatı şəhəri (9), Atırau vilayəti (4), Cambul vilayəti (4), Qərbi Qazaxıstan vilayəti (6), Pavlodar vilayəti (2), Nursultan şəhəri (4), Karaqanda vilayəti (2), Şımkent şəhərində (11) qəydə alınıb.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1591 nəfərə çatıb.

Bildirilir ki, ən çox yoluxma halları Nur-Sultan (350) və Almatı (504) şəhərlərində qeydə alınıb.(trend)

Azərbaycan nefti bahalaşıb

Azərbaycan neftinin qiyməti bahalaşıb.

yasamal.tv xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,85 dollar artaraq 21,11 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Pandemiyadan sonra: Yeni dünya düzəninə kim istiqamət verəcək?

Hələlik “böyük üçlük” Stalin, Ruzvelt və Çörçillə assosiasiya olunur. Amma tezliklə o, başqa ad ala bilər, daha doğrusu, Tramp noyabrda yenidən ABŞ prezidenti seçilərsə. O zaman 2021-ci ildə biz yeni dünyanın doğulmasının birinci aktının şahidi olacağıq.

yasamal.tv xəbər verir ki, koronavirusdan sonrakı dünya düzənini daha çox Çin, ABŞ və Rusiyanın formalaşdıracağı barədə fikirlər artıq bir çox müşahidəçilərdə (məsələn, South China Morning Post) nahaq yerdən yaranmır, hələ pandemiyadan əvvəl deyilirdi ki, hadisələrin inkişafı “Böyük üçlüyün” yaranmasını qaçılmaz edəcək.

ABŞ-ın yanına Avropa İttifaqını da qoşmaq olar, amma bütöv Qərb üzrə adət etdiyimiz kiçik partnyor kimi yox, potensial tam müstəqil qüvvə kimi. Bu qüvvənin problemi odur ki, hazırda özünütəsdiq böhranı yaşayır – anlayır ki, gələcəyi Amerika ilə birləşmək, yaxud ona tabe olmaqda deyil, ancaq özünün sərbəst oyun aparmağa nə iradəsi, nə də bacarığı çatır. Avropanın özünün gələcəkdəki yeri və rolunu müəyyən etmək üçün dərindən düşünmək qabiliyyəti çatmır, Emmanual Makron da daim elə bunu deyir, amma koronavirusun yaratdığı böhran onun subyektliyini özünə bu tezliklə qaytarmayacaq, əksinə, bir müddət birlik hissini zəiflədəcək.

Bu səbəbdən də qısamüddətli perspektivdə, yaxın iki-üç ildə, məhz üç aktiv ağırçəkili oyunçu dünya düzəninin yenidən qurulmasına həlledici təsir göstərəcək.

Çin və ABŞ-la müqayisədə iqtisadi zəifliyi Rusiyanı “Böyük üçlük” üzvü statusundan məhrum etmir, çünki bütün cəbhələrdə aktiv geosiyasi oyunları, tarixi təcrübəsi və nüfuzu ilə kompensasiya olunur. 2014-cü ilin yazında Rusiya dünya tarixində yeni səhifə açdı: Krım məsələsi ABŞ-ı Rusiyanı bütün dünyadan təcrid etməyə, boykota təhrik etdi. Uğursuz cəhd idi – hər kəs gördü ki, bütün amerikan dünyası Atlantika, daha doğrusu, NATO çərçivəsinədək daraldı. Rusiya nəinki üzünü Şərqə və Cənuba tutdu, eləcə də bütün dünyanın gözündə Atlantika dünya düzəninə qarşı vuruşan bayraqdara çevrildi. Belə nüfuzu heç bir pula almaq mümkün deyil və bu nüfuz Kremlin usta geosiyasi oyunlarıyla birlikdə Rusiyanın Çin və ABŞ fonundakı zəif iqtisadi çəkisini kompensasiya edir.

Bəs bu “Böyük üçlük” yeni dünya düzəninə necə təsir edəcək? ABŞ – dağılmaq üzrə olan, Çin isə güc yığmağa davam edən superdövlətdir, bəs Rusiyanın təyinatı nədir? Rusiya onları tərəzinin bir gözündən o birinə əyən sadə çəki daşı deyil, daha çox oyun aparan, qaydaları diktə edən, yeni qaydaların formalaşdırılması üçün kifayət qədər nüfuzu olan oyunçudur. Çinlə birlikdə Rusiya postamerikan dünyasından yeni qlobal düzənin konturlarını cızan, bir neçə güc mərkəzinə malik, çoxölçülü dünyaya keçidin yumşaq formasının, balansın və rəqabətin tərəfdarı kimi çıxış edir. Əlbəttə, o, əbədi olmayacaq, amma indi dağılmaqda olan düzəndən daha dayanıqlı olacaq. Bu mənada Rusiya Çinin əsl tətərfdaşıdır.

Birləşmiş Ştatlar üçün Rusiya-ABŞ-Çin üçbucağının daxilindəki münasibətlər son yarım əsrdə Kissincerin məsləhətləri üzrə nəzərdən keçirilirdi: həmişə cəhd edilirdi ki, Vaşinqtonun ayrılıqda Moskva və Pekinlə münasibətləri Rusiya ilə Çinin münasibətlərindən daha yaxşı olmalıdır. Bu düstur çoxdan qüvvəsini itirmişdi, Si Cinpin hakimiyyətə gələndən, yəni 2012-ci ildən isə tamamilə mümkünsüz oldu. Buna rəğmən, ABŞ böyük gələcəyə inanırdı, hətta o qədər inanırdı ki, 2014-cü ildə Kissincer “Rusiya təcrid olunarsa, Çinlə yaxınlaşacaq” deyəndə ona qulaq asmadı. Əslində Rusiya ilə Çin Krım hadisəsindən də əvvəl yaxınlaşmışdılar və bu strateji kurs Krımsız da davam edəcəkdi, sadəcə Qərblə münaqişə bu prosesi sürətləndirdi. Amma Vaşinqton hələ də özünə illüziyalarla təskinlik verirdi: heç nə olmaz, Rusiya ilə Çin arasında o qədər dərin, həlli mümkün olmayan ziddiyətlər var ki, onların alyansı dayanıqlı ola bilməz, istənilən halda münaqişə və soyuqluqla bitəcək, odur ki, ABŞ-ın qlobal liderliyinə bu istiqamətdə heç bir təhlükə yoxdur.

Bu minvalla Ştatlar 2016-cı ilə qədəm qoydular, həmin il isə atlantikaçıların heç gözləmədiyi halda Donald Tramp hakimiyyətə gəldi. O isə Çinlə ticarət müharibəsi başladaraq Rusiya ilə yaxınlaşmağa çalışdı – yəni əslində guya ki, Kissincerin sxeminə dəqiq əməl etməyə çalışdı. Ancaq reallıqda Tramp bundan öncə “Böyük üçlük” daxilində oynayan ABŞ-ı tərənnüm etmirdi – bu, yeni, antiqlobalist Amerikaydı, məramı nəyin bahasına olur-olsun (hətta öz ölkəsinin deqradasiyasını gözə alaraq) fövqəlmilli atlantik elitanın dünyəvi hegemoniyasını dəstəkləmək deyil, milli dövlət kimi möhkəmlənmək idi. Yəni başqa sözlə, üçbucağın içində mövcud dünya düzəninin üç düşməni toplandı – unikal situasiyadır.

Əlbəttə, öz aralarında razılığa gəlmək Tramp, Putin və Si üçün istənilən halda asan deyil – heç kim dövlətlər arasındakı geosiyasi, ticari-iqtisadi və digər ziddiyyətləri hələ ləğv etməyib. Ancaq bu ziddiyyətlər məhz milli dövlətlər (imperiyalar, sivilizasiya-dövlətlər) arasındadır, yəni bu dövlətlər qlobalist unifikasiya layihəsi və (ABŞ ağırlıqlı) dünya hegemoniyası ilə öz sivilizasiya modelinin varlığı hüququnu tələb edən və digərlərinin də belə hüququnu tanıyan dövlətlər arasında deyil, bir koordinat sistemində yerləşir.

Tramp-Putin-Si üçlüyünün koronavirusadək yaranmama səbəbi tam anlaşılandır və heç də Çinlə ticarət müharibəsi üzündən deyil. Bu, məhz Trampın təcridetmə siyasəti ruhunda idi və onun aktiv fazası, demək olar ki, qlobal pandemiya ərəfəsində qismən razılaşma ilə nəticələndi. Əlbəttə, Trampın müntəzəm olaraq əl atdığı və qlobalist ətrafının da xüsusi aktivliklə prezidenti təhrik etdiyi Çinə çoxtərəfli təzyiq siyasəti Çinlə ABŞ arasında böyük strateji danışığı mümkünsüz edirdi, amma bundan başqa, Trampı Putinlə də hər-hansı kontakt yaratmaq imkanından məhrum etmişdilər. Buna rəğmən, bu ilin payızında yenidən seçildiyi təqdirdə Trampın əl-qolu azad ola, “Böyük üçlük” çərçivəsində daha rahat hərəkət edə bilər.

Bu azadlığın yaradılmasında ilk addım Vladimir Putinin bu ilin yanvarında Yerusəlimdə BMT TŞ-nin daimi üzvləri olan nüvə ölkələrinin sammitinin keçirilməsi təşəbbüsü oldu. “Böyük beşlik” mahiyyətcə sadəcə Emmanuel Makronun simasinda Avropa ilə tamamlanan “Böyük üçlük” ola bilər, çünki Brexit fonunda ABŞ və Britaniyanın anqlosaks (üstəlik də geosiyasi) birliyi daha qabarıq özünü büruzə verdi. Putinin ideyası ilə hamı razılaşdı və sammitin ilkin olaraq Nyu-Yorkda sentyabrda, BMT Baş Assambleyasının sessiyası zamanı keçirilməsi planlaşdırıldı.

Koronavirus bütün dünyanı karantinə bağladı. Amma payızadək pandemiya səngiyəcək və Putinlə Si Cinpin, eləcə də Makronla Conson Nyu-Yorka gələ biləcəklər. Təbii ki, əgər Ştatlar antiçin isteriyasına tutulmasalar. Çünki bu isteriyanı həm bilməyərəkdən dayaz düşüncəli, həm də bilərəkdən atlantika tərəfdarı olan siyasətçilər körükləyirlər. Məsələn, biri senator Lindsi Qrem. O bəyan etdi ki, Çin amerikalıların koronavirus infeksiyasından ölmələrinə, eləcə də çoxlarının işsiz qalmasına görə günahkardır, buna görə də ABŞ Çini sərt cəzalandırmalı və “davranışını dəyişməyə məcbur etməlidir”: “Və mən bizim Çinə olan borcumuzun bir hissəsini silmək istəyirəm, çünki onlar bizə pul verməlidirlər, biz onlara yox!”

Aydındır ki, bu, yaxud buna bənzər sözləri Tramp desəydi, sentyabrda hansısa sammitdən danışmaq yersiz olardı – Si Cinpin sadəcə onunla görüşməkdən imtina edərdi. Ancaq Tramp bu tonda danışmayacaq, çünki zirvə görüşü Çindən daha çox, Amerika üçün vacibdir, koronavirusun törətdiyi qlobal böhran isə “Amerika hegemoniyası” (ABŞ sayəsində) siyasətini qoruyub saxlayan qlobalistlərlə mübarizəsində Trampın mövqelərini gücləndirib. Görüş Rusiyaya da lazımdır – postkoronavirus dünya düzəni haqda danışıqlar nə qədər tez başlasa, bu üç ölkə üçün daha yaxşı olacaq. (sputnik.az)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?