Ev Blog Səhifə 3266

“Göyçay-Çörək” ASC-ninin rəhbəri intihar edib

Göyçayda sahibkar intihar edib.

yasamal.tv-ın xəbərinə görə, Göyçay şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib.

O, zəhərləndiyi üçün təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. F.Abdullayevin vəziyyəti sonradan ağırlaşdığı üçün ailə üzvləri onu müalicə üçün Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə aparıblar.

Həkimlərin səyinə baxmayaraq, F.Abdullayev dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil.

Qeyd edək ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fəqan Abdullayev “Göyçay-Çörək” ASC-ni işlədirdi.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(apa)

Araz Əlizadə Vilyam Hacıyevin həbsindən danışdı

“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsioner icra başçılarına qarşı keçirdiyi əməliyyatlar təqdirəlayiqdir”.

yasamal.tv xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə İmişlinin icra başçısı Vilyam Hacıyevin həbs olunmasına münasibət bildirərkən deyib.

O söyləyib ki, Azərbaycanda bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri özbaşınalıqlar edirlər.

A.Əlizadə qeyd edib ki, Prezident İlham Əliyev xalqın rifahının daha da yaxşılaşması üçün əlindən gələni etsə də, dələduz icra başçıları öz şəxsi maraqlarını güdürlər.

“Bununla da həmin icra başçıları dövlətin siyasətinə qarşı çıxırlar. Mən elə düşünürdüm ki, bir-iki icra başçısının həbs olunmasından sonra digərləri də ağıllanarlar. Görünür, bunların heç də hamısı ağıllı deyil”.

Eks-deputat qeyd edib ki, bütün dələduzlar ifşa olunmalı və layiqli cəzalarını almalıdırlar.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər aşkar edilib. Habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

DTX-də aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 6-da imzaladığı sərəncamla Vilyam Hacıyev vəzifəsindən azad edilib.

Atəşkəs 26 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

yasamal.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Kəngərli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Şuşanın işğalından 28 il ötür

Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 28 il ötür.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər də məlumat yoxdur.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. 

Ekspress avtobusların fəaliyyəti əhalini qane edirmi? – VİDEOSORĞU

Bakıda karantin rejimi ilə əlaqədar metronun fəaliyyəti dayandırılandan sonra yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müntəzəm marşrutlarla bərabər ekspres marşrut xətləri də istifadəyə verilib.
Hazırda paytaxtda metro stansiyaları arasında 7 ekspres marşrut xətti fəaliyyət göstərir.

“Report” paytaxt sakinlərinin ekspres avtobusların fəaliyyətindən razı olub-olmadıqlarını öyrənib.

Ekspres avtobusların dayanacaqlarında keçirilən sorğuda sakinlər bu tip avtobusların fəaliyyətindən razı olduqlarını bildirib, onların hərəkət intervalında gecikmələrin olmadığını, sərnişinləri mənzilbaşına vaxtında çatdırdığını qeyd ediblər.

Nazir: “Qiyabi təhsillə bağlı ciddi problem olacağını gözləmirik”

“Qiyabi təhsillə bağlı hər hansı ciddi problem olacağını gözləmirik”.

“Report” xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Çünki əyani təhsil alma formasından fərqli olaraq, qiyabi təhsil alma formasında tələbələrin daha az müddətdə olması və müstəqil işi özündə ehtiva edirdi: “Hesab edirik ki, mövcud vəziyyətdə qiyabi təhsil alma formasında tədrisin təşkili və məzmunun tələbələrə çatdırılması və imtahanların təşkil edilməsi əyani təhsil alanlardan daha sadə şəkildədir. Bu səbəbdən ciddi problemlərin olması gözlənilmir”, – o qeyd edib.

MTRŞ bəyanat yaydı

 

Milli Televiziya və Radio Şurasının son qərarları ilə bağlı bəyanatı yayıb.

yasamal.tv xəbər verir ki, bəyanatda deyilir:

“Milli Televiziya və Radio Şurası tərəfindən televiziya kanallarının efirinin məhdudlaşdırılması praktikası vətəndaşlarda, o cümlədən, media nümayəndələrində müəyyən haqlı suallar doğurur. Bununla bağlı, Milli Televiziya və Radio Şurası ölkə ictimaiyyətinə aşağıdakıları bildirməyi vacib sayır:

Yayımçıların efirinin məhdudlaşdırılması praktikası bütün dünyada geniş tətbiq olunur. Belə məhdudlaşdırıcı tədbir Azərbaycan Respublikasının Qanunvericiliyində də (“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsi) öz əksini tapmışdır ki, bu da, Milli Televiziya və Radio Şurasına “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulması hallarında televiziya və radio kanalların fəaliyyətini 1 ayadək müddətə məhdudlaşdırmağa (dayandırmağa) əsas verir.

Milli Televiziya və Radio Şurasında yayımçılar tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının siyahısı hazırlanmışdır. Hər bir qanun pozuntusuna görə müəyyən sanksiya nəzərdə tutulmuşdur ki, bu ya efirin 1, 3, 6 saat müddətə dayandırılması, yaxud qanunvericiliyə əsasən cərimə sanksiyalarıdır.

Son zamanlar yayımçılar tərəfindən törədilən çoxsaylı qanun pozuntuları, əsasən texniki xarakterdə olub teleradio yayımçılarının bu tədbirlərə hazırsızlıqları ilə əlaqədardır. Milli Televiziya və Radio Şurası ümid edir ki, may ayının sonlarına doğru belə qanun pozuntularının sayı azalacaq və ümumilikdə ölkənin teleradio məkanının təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Milli Televiziya və Radio Şurası bəyan edir ki, tənzimləyici orqan olaraq bütün yayımçılara bərabər və tərəfsiz münasibət bəsləyərək mövcud qanunvericiliyin tələblərinə əməl olunması təmin edilməlidir. Şuranın bu mövqeyi həm teleradio yayımçılarının, həm də milyonlarla tamaşaçının marağına xidmət edir”.

Məşhur futbol klubunda 38 nəfər koronavirusa yoluxdu

Braziliyanın əsas futbol liqasında çıxış edən “Flamenqo” klubunda 38 nəfərin yeni tip koronavirusa yoluxduğu açıqlanıb.

yasamal.tv-ın məlumatına görə, klubda futbolçular, inzibati işçilər və ailə üzvləri də daxil olmaqla, 293 nəfərin koronavirus testindən keçirildiyi bildirilib.

Yoluxanlardan üçünün futbolçu olduğu bildirilib. Ümumilikdə, testləri müsbət çıxmış 38 nəfərin heç birində xəstəlik simptomları müşahidə olunmayıb.(oxu.az)

Yay imtahan sessiyası bu tarixdə keçiriləcək – RƏSMİ

“Yay imtahan sessiyasının iyun – iyul aylarında keçirilməsi planlaşdırılır”.

Yenicag.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Ceyhun Bayramov qeyd edib ki, bu il universitetlərdə tədris ilinin uzadılması isə nəzərdə tutulmur:

“Hərbi çağırış dövrü nəzərə alınaraq, oğlan tələbələr üçün təcrübənin iyun ayı ərzində başa çatdırılması nəzərdə tutulub. Yay imtahan sessiyası iyun – iyul aylarında keçirilməsi planlaşdırılır. Bu aylarda imtahanda iştirak edə bilməyən tələbələr ali təhsil müəssisələrinə məlumat verməlidirlər. Həmin tələbələr üçün yeni tədris ili öncəsi, yəni avqustda imtahan təşkil ediləcək”.

Alimlər: Koronavirus şizofreniyaya yol aça bilir

ABŞ-ın San-Dieqo şəhərində yerləşən Kaliforniya universitetinin mütəxəssisləri bu qənaətə gəliblər ki, koronavirus mərkəzi sinir sistemini zədələmək gücünə sahibdir.

“İzvestiya” xəbər verir ki, koronavirusa yoluxan hamilə qadınların uşaqlarında şizofreniya kimi psixoloji problemlər yarana bilər.

Onlar ana bətnində xəstəliyə yoluxan körpələrinmüşahidə edilməsinin vacibliyini vurğulayırlar.

“Bəzən ağır infeksiya zamanı pasiyentlərdə hallüsinasiya, illüziya kimi iti və davamlı psixotik simptomlar müşahidə edilir. Xəstənin vəziyyəti yaxşılaşdıqda bu simptolar yox olur. Lakin infeksiya mərkəzi sinir sistemini zədələdikdə onlar qalır”, – deyə alimlər qeyd edir./oxu.az

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?