Ev Blog Səhifə 3258

Acun Ilıcalı: “Avropada futbol klubu ala bilərəm”

“İdman kanalı açmağı düşünmürəm, Türkiyədə futbolla bağlı mənfi enerji azalarsa, bunu düşünə bilərəm”.

“HaberGlobal”ın məlumatına görə, bunu “TV8”in sahibi, məşhur prodüser və aparıcı Acun Ilıcalı deyib.

“Survivor”da enerji var və bunun azarkeşləri meydana gəlib. İndi ortada ciddi bir gərginlik var. Buna dözə bilərəm, ancaq futbolda bunun 10 qatı olacaq.

Hazırda “Fənərbağça” və “Ərzurumspor” nə istəsə, edərəm. Ancaq belə bir planım var: Avropada bir klub ala bilərəm. Gözəl bir yerdən gözəl bir klub ola bilər”, – deyə A.Ilıcalı bildirib.

Dövriyyədə dollar kütləsi artırılır

FED-in balansının böyüklüyü koronavirus təşviqləri ilə 6,72 trilyon dollara çatıb, bu rekord səviyyədir.

yasamal.tv xəbər verir ki, ABŞ Mərkəzi Bankı -FED-in balans həcmi, koronavirus pandemiyası mühitində maliyyə bazarlarının problemsiz işləməsini təmin etmək üçün külli miqdarda xəzinə istiqrazları və digər qiymətli kağız alışları ilə əlaqədar olaraq 6 trilyon 720 milyard dollara çataraq tarixinin ən yüksək səviyyəsini görüb.

Cümə axşamı günü bankın internet saytından açıqlanan məlumatlara görə, FED tərəfindən alınan cəmi aktivlər 6 May həftəsində 65,5 milyard dollar artıb.(fins.az)

Pandemiya işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək

“Pandemiya ölkədə işsizlik səviyyəsinin artmasına ciddi təsir göstərməyəcək”.

yasamal.tv xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni TV” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Dövlət Statistika Komitəsi ilə birlikdə təhlillər aparılır: “Pandemiya dövründə hökumət qarşısında duran əsas məsələ əhalinin məşğulluğunun təmin edilməsidir. Biz qeyri-formal məşğul əhalini əsas hədəf seçmişik. Bu insanlar yalnız qeyri-formal əməkhaqqı alır, bunlar bütün kompensasiyalardan məhrum olmuş şəxslərdir”.(trend)

Gürcüstan Ukraynadakı səfirini geri çağırdı

Gürcüstan hökumətinin qərarı ilə ölkənin Ukraynadakı səfiri Teymuraz Şareşenidze Tbilisiyə çağırılacaq.

yasamal.tv bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Xarici İşlər naziri Davit Zalkaliani deyib.

XİN başçısı qeyd edib ki, Gürcüstan Ukrayna ilə diplomatik münasibətləri dayandırmaq imkanını və ya strateji tərəfdaşlıq münasibətlərini nəzərdən keçirməyə hazırlaşmır: “Lakin strateji tərəfdaşın Gürcüstan məhkəmə sistemi tərəfindən məhkum edilən və axtarışa verilən şəxsin vəzifəyə təyin etməsi suallar doğurur və ikitərəfli münasibətlərə mənfi təsir göstərir”.

Xatırladaq ki, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Ukraynanın İslahatlar üzrə Milli Şurası İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilib. Bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski müvafiq fərman imzalayıb.

“Taxt oyunları”nın aktyoru dünya rekorduna imza atdı

“Taxt oyunları” serialında Qriqor Kliqan obrazını canlandıran məşhur aktyor Haftor Byornson 501 kiloqram ağırlıq qaldıraraq dünya rekorduna imza atıb.

Axşam.az xəbər verir ki, aktyor bu nailiyyəti ilə qürur duyduğunu və xoşbəxt olduğunu söyləyib:

“Gözəl hissdir. İnsanların səhv olduğunu sübut etməkdən daha yaxşı bir şey yoxdur”.

Qeyd edək ki, əvvəlki dünya rekordu 2016-cı ildə 500 kiloqram ağırlıq qaldıran britaniyalı idmançı Eddi Holla məxsus idi.

Boyu 2,05 metr olan Haftor 2018-ci ildə “dünyanın ən güclü adamı” seçilmişdi.

“Barsa” bu gün məşqlərə başlayır – RƏSMİ

“Barselona” bu gündən məşqlərə başlayacaq.
yasamal.tvxəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Koronavirus testləri mənfi çıxan futbolçular paltardəyişmə otağına girməyəcək. Bazaya məşq geyimində gələcək oyunçular yerli vaxtla 9:30-da fərdi məşqə çıxandan sonra evə qayıdacaq.(fanat.az)

Ukraynada pandemiya qurbanlarının sayı 360-ı ötdü

Ukraynada daha 504 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 14 195-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 21 nəfər artaraq 361-ə yüksəlib.

İndiyədək Ukraynada 2 706 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 270 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Şanlı Kəngərli tarixindən unudulmaz anlar – Araşdırma

General İsmayıl xan Naxçıvanski Bəyazidin müdafiəsində necə iştirak edib?

Musa Rəhimoğlu (QULİYEV)

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

…Tarixin ən amansız döyüşlərindən biri də Bəyazid vuruşması olub. Bəyazid döyüşlərində Osmanlı imperiyasının qoşunlarının önündə Şeyx Şamilin oğlu Qazi Məhəmməd, rus qoşunlarının önündə isə Ehsan xanın oğlanları – Kalbalı xan (Xanlar xanı) və İsmayıl xan Naxçıvanskilər vuruşublar. Bu da taleyin bir işidir…

Bu döyüşdə igid sərkərdə, general-leytenant İsmayıl xanın şücaəti hələ onun sağlığında başqalarının adına yazılıb.

Bu igid sərkərdələrin döyüş hünərləri barədə ermənilər özləri bildikləri yöndə yazıblar. Moskvada və digər şəhərlərdə həqiqətdən uzaq kinofilmlər də quraşdırılıb. İlk dəfə ermənipərəst kinematoqraflara etiraz səsini ucaldan isə Azərbaycanda hamının hörmət bəslədiyi mərhum rus qafqazşünası Rudolf Nikolayeviç İvanov olub.

İvanov tarixçi və qafqazşünas kimi, Şeyx Şamil, Hacı Murad və Qafqaz süvariləri haqqında sanballı kitablar da yazıb. Ən böyük elmi işi isə “General Maqsud Əlixanov – səfər və faciə” adlı sənədli kitabıdır. O, həmin kitabda Naxçıvanskilər haqqında əsl həqiqətləri yazıb, Bəyazid döyüşləri barədə uydurmaları isə sərt tənqid edib.

Rudolf İvanovun “Bəyazidin müdafiəsi: yalanlar və həqiqətlər” kitabı da işıq üzü görüb.

Gürcüstanda Milli Arxivdə axtarışlar apararkən, İsmayıl xanın “Kavkaz” qəzetində  müsahibəsini maraqla oxudum. Müsahibəni general İsmayıl xandan alan və çap etdirənsə Maqsud Əlixanov-Avarski olub.

Qeyd edək ki, Mqsud Əlixanov-Avarski, İsmayil xanın qardaşı Kalbalı xanın qızı Zərrintac bəyimin həyat yoldaşı olub. Və onu azacıq ixtisarla oxucularımızın nəzərinə çatdırmağı özümə borc bilirəm.

Bəribaşdan onu da deyək ki, həmin illərdə Naxçıvanın taleyi İsmayıl xanın Bəyazidi necə müdafiə etməsindən çox asılı idi…

Beləliklə, general-leytenant İsmayıl xan Naxçıvanskinin 12 aprel 1895-ci ildə “Kavkaz” qəzetində dərc edilən müsahibəsini təqdim edirəm:

***

“Bir il bundan əvvəl general Heyns məktubla məndən xahiş edirdi ki, ona Bəyazidin müdafiəsi barədə bildiklərimi yazım. Mən onun xahişini yerinə yetirə bilmədim. O vaxt da, indi olduğu kimi, fikrim belə idi ki, mənim söylədiklərim olub-keçənlərə sönük bir kölgə sala bilər.

Mən artıq qocalmışam – 18 il bundan öncə olan hadisələri ardıcıl danışmaq halında deyiləm. Ona görə də yaddaşıma həkk olunanları danışacağam.

Müharibə başlamazdan əvvəl, mən yerli əhalidən təşkil edilmiş İrəvan süvari polkuna yenidən komandir təyin edildim. Bizə general Terqukasovu rəis təyin edib, Türkiyə sərhədinə göndərdilər.

İrəvan dəstəsinin hücumu zamanı mənim polkum İqdırda, kiçik qardaşım II Kalbalı xanın komandirlik etdiyi briqadanın tabeliyində qaldı. Bizə verilən əsas tapşırıq düşmən tərəfin İrəvan quberniyasının Lındıl tərəfdən olan hücumunun qarşısını almaq idi.

Sərhədi keçəndən 2-3 gün sonra müharibə başladı. Terqukosov Türkiyənin şimal-qərbində, İqdırdan 50 verst uzaqlarda olan Bəyazidə hücum etmək istəyirdi. Avropalıların təbirincə desək, Bəyazid qala deyil, heç qəsr də deyil. Girişi çox çətin olan bir mövqedə yerləşmişdi. Belə ki, su və ərzaq ehtiyatı, həmçinin döyüş sursatı kifayət qədər olarsa, 2-3 batalyonun hücumunun qarşısı alınardı.

O vaxtlar burada yerləşən Türkiyə qarnizonu zəif təchiz olunmuşdu, 3 dağ silahı və 60 atlısı olan batalyondan ibarət idi.

Aprelin 17-də İrəvan dəstəsi Qarabulağa gələn kimi, Türkiyə ordusu Vana tərəf çəkildi. İrəvan dəstəsi səhərisi gün hücuma başlayacaqdı.

O vaxtlar türk qoşunlarının geri çəkilməyini müxtəlif cür izah edirdilər. Bir qisimi söyləyirdi ki, qala minarəsindən çoxsaylı rus qoşunu görünən kimi, onlar geri çəkiliblər. Başqaları isə bunu Muxtar paşanın planı kimi yozurdular – İrəvan dəstəsini şirnikləndirib ölkənin içərisinə gətirmək və əvvəlcədən bərkidilmiş mövqelərdə qarşılaşmaq.

Türklər İrəvan dəstəsinin sayını hələ müharibədən əvvəl öyrənə bilmişdilər. Və onlar, çox güman ki, qoşunun azlığından və müdafiənin zəifliyindən Bəyazid qalasını boşaltmışdılar.

Hansı səbəbdənsə boş qalan Bəyazidi aprelin 19-da iki top və kazak komandasıyla Stavropol batalyonu tutdu. Komandir podpolkovnik Kovalevski idi. Amma İrəvan dəstəsi isə Fərat çayının vadisi ilə Dayaz və Dramdağ  tərəfə getməyə başladı. Rəqibin qoşunları əsasən kürdlərdən və çərkəzlərdən ibarət idi. Terqukasov buradan getdiyi üçün qarnizon Krım polkunun 2 rotası və Surpdan göndərilən 200 kazakla gücləndirildi.

Bəyazid rayonu qoşunlarının hamısına podpolkovnik Paçeviç rəhbərlik edirdi. Ay yarım idi ki, müharibə başlanmışdı. Elə görünürdü ki, hər şey yaxşıdır. Heç bir yerdə müqavimətə rast gəlməyən Terqukasov dayanmadan Dramdağ aşırımına tərəf irəliləyirdi.

Ancaq iyunun 4-də türklərlə üz-üzə gəldi.

Biz İqdırda olduğumuzdan, ilk qanlı toqquşmadan xəbərsiz idik. Səhv etmirəmsə, iyunun 4-də qardaşım təcili xəbər tutdu ki, türklər böyük qüvvə ilə Muş tərəfdən Bəyazidə hücuma başlayıblar. O, yubanmadan bu haqda baş komandan Böyük Knyaza teleqrafla xəbər verdi. Mənə isə əmr etdi ki, polkun 400 əsgəri ilə Bəyazidə gedib işin nə yerdə olduğunu ətraflı öyrənim.

Biz əlüstü toplaşıb yola düşdük. Həmin gecə, ya səhərə yaxın Çınqıl yüksəkliyini aşdıq və Bəyazid vadisinə enməyə başladıq. Boz rəngli dağların sinəsindən Bəyazid tikililəri və onların arasında qala məscidinin minarəsi görünürdü. Təxminən, səhər saat 8-də mən artıq Bəyazid qalasının yarım verstliyində idim. Qaladan göndərilən kazaklardan biri məlumat verdi ki, türk qoşunları Muş tərəfdən gəlirlər. Bu istiqamətdə hərəkət edib gördüm ki, doğrudan da, qarşı tərəfdən çoxsaylı süvari və piyada qoşunları gəlməkdədir. Hamısı kürdlərdən ibarət idi. Artilleriya yox idi. İsmayıl paşanın komandirlik etdiyi qoşun yüksəkliyi ələ keçirərərk, yubanmadan hücuma başladı.

Təxminən, səhər saat 10-da kürdlər üstümüzə güllələri yağdırmağa başladılar. Günortaya yaxın türk piyada qoşunları da onlara qoşuldular. Mənim 400 nəfərdən ibarət milis dəstəm var idi. Onlar da kəndlərdən yığılmışdı və intizamlı deyildilər, həm də dayanmadan 60 km yol gəldiklərindən, yorğun və yuxusuz idilər.

Rəqib tərəfin qoşunları getdikcə artırdı. Bütün güllələri atıb qurtardıq, ona görə də qalaya adam göndərdim ki, müdafiəni möhkəmləndirməkdə mənə kömək etsinlər. Oradan mənə bir zabitlə 25 nəfər göndərdilər. Biz bu azacıq köməklə türklərin cəhənnəm odunu xatırladan atəşlərinə dözürdük. Ancaq kürd dəstələri mənim cinahımı tutmağa başladılar, hətta atlarını çapıb arxaya keçdilər. Ehtiyatlandım ki, qaladan aralı düşə bilərik. Ona görə də geri çəkilməyə qərar verdim. Yaxınlıqdakı kürdlər elə cəld tərpəndilər ki, dəstəmdəkilərin çoxunu öldürdülər, əsir tutdular, qalanları isə geri qaçmağa üz qoydu. Mənimlə 28 əsgər və 4 zabit qaldı. Oğlum da bunların içərisində idi. Əsgərlərimə əmr etdim ki, hər kəs öz atına əlavə olaraq bir əsgər götürsün. Beləcə, atlarımızı Bəyazid qalasına tərəf çapdıq. İki gün idi ki, bizim qoşunlarımız qalada yerləşmişdi.

Bəyazid eyni adlı sultanın şərəfinə tikilmişdi. Onun yerləşdiyi yer əlahiddə mənzərəlidir.

Mən qaladakı vəziyyəti qarnizonun ən yaşlısı podpolkovnik Paçeviçdən öyrəndim. Həmin gün səhər, türklərlə döyüş zamanı podpolkovnik Kovalevski ağır yaralanmışdı və arvadının qolları üstə canını tapşırmışdı.

Bizim qarnizonun əsgərlərinin sayı 1000-ə çatırdı. İki döyüş silahımız və təxminən, 200-ə yaxın yük, artilleriya, kazak və zabit atlarımız vardı. Hərbi lazaretlərdə yüzə yaxın yaralı var idi. Bunların da çoxu general Terqukasovun dəstəsindəniydilər.

Türklər suyu kəsmişdilər. Artıq ikinci gün idi ki, atlar susuz idi. 3-4 günlük azuqəmiz qalırdı. Qarnizonu ərzaqla təmin etmək işi erməni Movses Arakelova tapşırılmışdı. Hətta bu iş üçün ona yaxşıca qızıl pul da vermişdilər. Amma deyirdilər ki, o, ərzaq gətirmək üçün pul xərcləmirdi. Guya, İrandan – Maku xanlığından ərzaq gözləyirdi. Əlbəttə, ona inanmaq olmazdı. Çünki belə vəziyyətdə heç nəyə nail ola bilməzdi.

Birinci gecə türklər bütün yüksəklikləri tutdular. Aclıq yavaş-yavaş öz qanun-qaydasını diktə etməyə başladı: insanlar sutka ərzində bir ədəd suxarı yeyirdilər. Artıq müharibədə idik.

Blokadanın dördüncü günü qəfildən rəqib tərəfin atəşi kəsildi. İsmayıl paşanın elçisi sifətiylə bir kürd ondan bizə məktub gətirdi. İsmayıl paşa yazırdı: “Sizin vəziyyətiniz çıxılmazdır, köməyə ümid yeri yoxdur. Terqukasov məhv edilib. Ağıllı məsləhətimə qulaq asın, təslim olun və bizim mərhəmətli Sultana xidmət edin”.

Həmin kürd elçi bu cümlələri bir neçə dəfə oxudu. Biz ona tapşırdıq ki, İsmayıl paşaya çatdırsın: “Bir əsgər qalanadək, təslim olmaqdan söhbət gedə bilməz”.

Yarım saat keçməmiş, türklər daha qızğın döyüşlərə başladılar.

Axşam mənim adamlarımın sırasından iki ovçunu seçdik. Onlarla qardaşıma və general Terqukasova vəziyyətimizin çox böhranlı olması ilə bağlı xəbər göndərdik. Ona görə “göndərdik” deyirəm ki, qarnizonun bütün zabitləri bir yerə yığışıb hər bir sual ətrafında məsləhətləşmişdik, məktubun altında isə mənim və qalanın rəsmi komendantı Ştokviçin imzası qoyulurdu.

Günlər ötdükcə, qarnizonda vəziyyət daha da pisləşdi. Yaralıların və ölənlərin sayı çoxaldı. Suxarının miqdarı olduqca azaldı. İnsanlar zəiflədilər, atlar qırılmağa başladı. İstilər daha dözülməz oldu. Su əldə etmək xeyli çətinləşdi. Tranşeyin çaya çıxış yerində türk əsgərləri dururdular. Əgər bir qoçaq su içməyə gedirdisə, məhv olurdu. Bir qazança su neçə-neçə həyatı canlandırırdı. Və su içməyə gedənlərin meyidləri artıq tranşeyin çaya yaxın yerini elə iyləndirmişdi ki, suyu yaxına belə tutmaq mümkün deyildi. Bunun nəticəsində insanlar arasında müxtəlif xəstəliklər başladı və adamlar düşmən atəşindən çox, xəstəliklərdən ölməyə başladılar.

Bütün bu çətinliklərə, ağır vəziyyətə baxmayaraq, Bəyazidin müdafiəçiləri, əsl həqiqəti deyirəm, ruhdan düşmürdülər. Bunlar, əsasən, 30 nəfər zabit idi.

Bizim ailədə nadir hallarda yanlışlıq olardı. Podpolkovnik Paçeviç və bir neçə adam mənimlə söhbətlərində dəfələrlə deyirdilər ki, əgər təslim olmasaq, dəhşətli surətdə həlak olacağıq. Əlbəttə, mən belə bir sonluğun olacağını inkar etmirdim. Amma hər dəfə təkrar edirdim ki, Bəyazid qalasının təslim olmasına heç vaxt razı olmaram. Çünki müsəlmanam. Bilirəm ki, bunu əsas götürəcək, digər minlərlə səbəblər axtaracaqlar.

Səhv etmirəmsə, mühasirənin beşinci, yaxud altıncı günü idi, bir nəfər topçu zabit tələsik, qaçaraq yanıma gəldi. O, çox həyəcanlı idi.

– Polkovnik, qalanı təslim edirlər! – deyə o qışqırdı.

– Siz nə danışırsınız, necə yəni təslim edirlər?! – deyərək mən ilan sancmış adam kimi, yerimdən atıldım.

– Paçeviç ağ bayraq qaldırıb, artıq türk qoşunları qalanın ağzına toplaşıb, – deyə o, yenidən qışqırdı.

Bundan sonra mən həyətə qaçdım. Həyətdə zabitlər və əsgərlər toplaşmışdı. Gördüm ki, divara bərkidilmiş bir uzun ağacın ucuna bərkidilmiş ağ bayraq yellənir. Onun ətrafında isə Paçeviç və bir neçə zabit dayanıb.

– Ağalar, siz nə edirsiniz?! – deyə qışqırdım. – Buna görəmi biz and içmişik? Belə təslimlə özümüzü biabır edək?! Ayıbdır! Nə qədər ki, damarlarımızda bir damla qan var, biz padşah (çar) uğrunda vuruşmağa borcluyuq və Bəyazidi müdafiə etməliyik! Kim başqa cür hərəkət etməyi fikirləşirsə, o, satqındır. Mən əmr edəcəyəm ki, həmin adamı dərhal güllələsinlər! Rədd olsun ağ bayraq, atəş açın, uşaqlar!

Buna cavab olaraq ucadan “Ura!” səslərini və “Ölərik, təslim olmarıq!” sözlərini eşitdim.

Bir neçə dəqiqədən sonra bizim tərəfdən atəşlər açıldı və qalanın qapısını balta və daşlarla döyən türk qoşunları geri çəkildi. Yubanmadan rəqib tərəf də güllələri yağdırmağa başladı. Güllələr arı pətəyi kimi, vızıldayırdı. Podpolkovnik Paçeviç ağır yaralandı və ertəsi gün vəfat etdi. Öz gülləmiz, yaxud düşmən gülləsi dəymişdi, bunu qəti deyə bilmərəm. Çünki bu haqda müxtəlif fikirlər var idi. Ancaq Paçeviçi kürəyindən vurmuşdular…

Belə bir epizoddan sonra, elə bil ki, taleyin Bəyazid əzabkeşlərinə yazığı gəldi: leysan yağış yağdı. Həm su içmək, həm də ehtiyat su yığmaq imkanı yarandı. Bu suyu sonrakı günlər biz damla-damla işlədirdik. Günbəgün vəziyyətimiz pisləşirdi. Başqalarının keçirdiyi hisslər haqqında da uzun-uzadı danışmaq olardı. Qarnizonun rəhbəri kimi, mən həmin vəziyyəti mühakimə edə bilərdim.

Savaşın 25-ci günü idi ki, döşəyim daş piltələr üstünə sərdiyim paltom olurdu. Mənimlə yanaşı, eyni vəziyyətdə başından qranat kontuziyası almış oğlum huşsuz halda yatırdı.

Neçə gün idi, ac idim. Paltarım əynimdə, asılqanda oduğu kimi, yellənirdi. Bugünlərdə bizi acından ölməyə qoymayan, adamlarımdan birinin qəbiristanlıqdakı zibillikdən tapdığı türk peçenyeləri idi. Biz ikimiz həmin peçenyeləri bir həftə yedik. Amma aclıq və dəhşətli susuzluq idi. Biz ötən 8 gün ərzində suyu qurtumlarla içirdik. O da cəmi 2 butulka iylənmiş yağış suyu idi. Unutmayın ki, yayın ən qızmar vaxtları idi. Yazıq qarnizonun atları! Mən bir neçə dəfə üzülüb əldən düşmüş, az qala tanınmayacaq dərəcədə dəyişən atlarıma baş çəkirdim. Onlarsa bunun əvəzində yavaş-yavaş öz başlarını mənə tərəf uzadırdılar və qurumuş dillərini sorurdular. Onların tutqunlaşmış gözlərində elə yalvarış var idi ki, özümü saxlaya bilmirdim, gözlərimdən yaş tökülürdü. Onlar hamısı susuzluqdan yıxılırdılar və hamısının təpədən dırnağa əti yeyilirdi.

Mən heç vaxt ağlıma da gətirmirdim ki, rəqib tərəfdən döyüşü dayandırmaq xahişi edim. Ətrafda susuzluqdan ölənləri görəndə, qərara aldım ki, üstümdəki 6 min qızıl pulu İsmayıl paşaya təklif edim. Qoy o, heç olmasa, 1 günlüyə içməli suyu qalaya buraxsın. Paşa razılaşdı.

Mənim uğursuz və yerinə düşməyən su almaq cəhdim qarnizonda vəziyyəti dəyişdirdi. Elə bil ki, insanların sifəti işıqlanmışdı. Bu arada İsmayıl paşanın yenə bir kürd elçisi gəldi. O, bir vaxtlar rus təəbəsi olmuşdu. Müharibə başlayanda isə türklərin tərəfinə keçmişdi. Bu satqın öz yalançılığı ilə məni hiddətləndirdi. Məktubu verməklə kifayətlənmədi, ucadan çığırmağa başladı ki, sizin sayılası günləriniz qalır:

– Öz aramızda, paşa yaxşı bilir ki, insanlar burada milçək kimi qırılırlar. Əgər təslim olmasanız, iki gündən sonra sizin boynunuza kəndir keçirəcəklər.

– Əvvəlcə mən sənə göstərəcəyəm ki, bütün satqınların axırı necə olur, – deyə cavab verdim və əmr etdim ki, onu assınlar.

Əmr dərhal yerinə yetirildi.

28 iyunda səhər çağı Çınqıl təpəliyindən bizə tərəf hərəkət edən rus qoşunu göründü. Ayın 12-də olduğu kimi, az deyildi. Bütün İrəvan dəstəsi qardaşım Kalbalı xanın rəhbərliyi ilə Bəyazid qalasına yaxınlaşırdı.

Hər iki tərəfdən onlarla top guruldadı, on minlərlə tüfəng səsləri şaqqıldadı. Qanlı döyüş gedirdi. Elə bir döyüş ki, bunu heç bir sözlə təsvir edə bilmirəm.

Bu “musiqi”nin altında axşamüstü saat 5-də Bəyazid əzabkeşləri, nəhayət, qala qapılarını açdılar. Öz silahlı qardaşları ilə qucaqlaşdılar. Azadlığa çıxdıqlarına görə dua edənlər və hönkürtü ilə ağlayanlar da vardı. Mənim yaddaşımda qalan əsas bunlardır…

Biz Bəyazid qalasını müdafiə etməklə bütün İrəvan dəstəsinə böyük xidmət göstərdik. Bəyazid müharibəsi Terqukosovun ucbatından baş vermişdi. Çoxlu sayda türk qoşunları onun dəstəsini izləyirdi. Onların 5 mininin başı Bəyazid döyüşlərinə qarışdığından, Terqukosov xilas ola bilmişdi.

Bəyazid müdafiəçilərini Baş komandan yüksək qiymətləndirdi. İqdırda keçirilən paradda arıqlayıb əldən düşmüş döyüşçüləri özünə yaxın buraxdı. Əmr etdi ki, bütün İrəvan dəstəsi “fəxri qarovul”da dayansın və bayraqları aşağı salsınlar”. (Strateq.az)

Azərbaycanda pandemiya dövründə imtahanların keçirilməsi qaydası açıqlanıb

İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilkatikasına dair metodiki göstərişlər açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, sənəd müxtəlif qurumların imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.

Mövcud olan məlumatlara əsasən COVID-19 insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmasdan sonra əllərlə ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür.

Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və/və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur.

Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır.

ÜMUMİ GÖSTƏRİŞLƏR

Aşağıdakıları təmin edin:

• İmtahanlara onlayn qeydiyyatı;

• İmtahan mərkəzlərində sanitar qovşaqlar, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyasını, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunmasını;

• İmtahan təyin olunan tarixdən iki gün əvvəl otaqların dezinfeksiya edilməsi və imtahan təyin olunan günədək həmin otağa/zala girişin qadağan edilməsini;

• İmtahan başlamazdan əvvəl və imtahan müddətində otağın havalandırılmasını;

• Otaqlarda/zallarda, dəhlizlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılmasını;

• Səhhəti ilə bağlı müəssisəyə girişi məhdudlaşdırılan işçiləri əvəz edəcək ehtiyat heyətin əvvəlcədən hazırlanmasını;

• İmtahan nəzarətçiləri qismində yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olmayan şəxslərin təyin olunmasını;

• Şəhərlərarası gediş-gəliş məhdudiyyətini nəzərə alaraq, yerlərdə imtahanların təşkil edilməsini;

• İmtahan mərkəzlərinin tibbi maskalarla təchizatını;

• Hər bir şəxsin imtahan mərkəzində tibbi maskadan istifadəsini;

• İmtahan mərkəzlərində fərdi qoruyucu vasitələrinin atılması üçün müvafiq tullantı qablarının yerləşdirilməsini;

• İştirakçıları müşayiət edənlərin imtahan mərkəzinin ərazisində toplanmamalarını;

• İmtahan mərkəzlərinin girişlərində termometriyanın icra edilməsini;

• Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə sosial məsafənin (2m) qorunmasını və imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtlarının müəyyən edilməsini;

• İmtahanda iştirak üçün sənədlərin iştirakçı tərəfindən təqdim olunmasını, nəzarətçinin sənədlərə əllə toxunmamasını;

• Hər iştirakçının arasında sosial məsafənin (2 m) qorunmasını;

• İmtahan ləvazimatlarının (qələm, karandaş və s.) ortaq istifadə edilməməsini;

• İştirakçıların səhhətində imtahan zamanı yaranan problemləri (COVİD-19-a spesifik olan simptomlar – qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) bildirmələrini və onların xüsusi ayrılmış otaqda izolyasiya edilmələrini, 103 TTTY çağırılmasını, azyaşlını müşayiət edənin bu barədə məlumatlandırılmasını;

• Məlumatlandırma məqsədi ilə yuxarıda qeyd olunan qaydaların imtahana buraxılış vərəqəsində əks olunmasını.

TƏMİZLİK VƏ DEZİNFEKSİYA İŞLƏRİ

Həyata keçirilən təmizlik-dezinfeksiya işləri səthlərin xüsusiyyətləri, təmizlikdezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır.

Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:

• Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;

• Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;

• Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadəedilir;

• Dezinfeksiya: istifadəsinəicazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;

• Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir.

Dezinfeksiyaedici maddələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar:

• İstifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır;

• Lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadəedilməməlidir;

• Digər şəxslərin yanlış istifadəsinin qarşısını almaq məqsədilə dezinfeksiyaedici məhlul hazırlandıqdan sonra qablaşdırma üzərində tərkibi və hazırlanma tarixi barədə qeyd yazılmalıdır;

• Dezinfeksiya işlərinin aparılması tezliyi planlaşdırılmalıdır;

• Dezinfeksiya işlərini həyata keçirən işçi heyəti xüsusi qoruyucu vasitələrlə (əlcək, maska və s.) mütləq təmin edilməlidir;

• Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır;

• Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.

Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri:

• Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);

• Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər);

• Vətəndaşların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);

• Rəflər, masalar və s. (spirt tərkibli məhlul və ya digər);

• Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);

• Döşəmələr (xlor tərkibli məhlul və ya digər);

• Sanitar qovşaqlar (xlor tərkibli məhlul və ya digər);

• Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);

• Tullantı qabları (spirt tərkibli məhlul və ya digər).

İŞÇİ HEYƏTİN ŞƏXSİ GİGİYENASI

• İşçi heyət imtahan müddətində bir çox insanla təmasda olmaları nəzərə alınaraq, maska, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır;

• İşə başlamazdan, sanitar qovşaqdan istifadədən, asqırma və öskürmədən, sənədlərlə təmasdan, siqaret çəkdikdən sonra işçilər əllərini təmiz yumalı və ya dezinfeksiya etməlidirlər.

Əllərin gigiyenasına dair tövsiyələr:

• Əllərinizi axar su ilə isladın və sabunu əllərinizəsürtün;

• Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaqların və dırnaqların arasını yaxşı sabunlayın;

• Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;

• Əllərinizi axar suyun altında mükəmməl durulayın;

• Əllərinizi təmiz salfetlərlə qurudun;

• Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edin.

Tibbi maskalardan ümumi istifadə qaydaları:

• Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərti ilətaxılmalıdır;

• İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaqolmaz;

• Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır);

• Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır;

• Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir;

• Birdəfəlik maskalardan təkrar istifadəedilməsi qəti qadağandır;

• Birdəfəlik maskaların istifadəsindən sonra onların zərərsizləşdirilməsi və kənarlaşdırılması vacibdir.

İŞÇİ HEYƏTİN MÜAYİNƏSİ

• İş zamanı özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY müraciət edilməlidir;

• İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamət(ləri) hiss edən işçi (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalıdır və tibbi xidmətin təmin olunması məqsədi ilə 103 TTTY müraciət etməlidir;

• Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir;

• Həmin işçidəlaborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.

Slovakiya millisinin hücumçusu Bakı klubunda

“Azərreyl” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib. 
Bakı təmsilçisi Slovakiya milli komandasının voleybolçusu Romana Hudeçova ilə danışıqları müsbət yekunlaşdırıb.
27 yaşlı, 178 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, son mövsümü Albaniyanın “Partizani” klubunda keçirib. Hudeçova daha öncə “Nitra”, “Slaviya” və “Strabak” komandalarının şərəfini qoruyub.
Hücumçu 3 dəfə Slovakiya çempionu, 1 dəfə ölkə kubokunun sahibi olub. O, 2010-cu ildən Slovakiyanın gənclər, 2013-cü ildən əsas yığmasının formasını geyinir.
Qeyd edək ki, “Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene ilə müqavilə bağlayıb. (Apasport.az)
Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?