Ev Blog Səhifə 3257

Emin Ağalarov rusiyalı ulduzlarla müharibə qəhrəmanlarını yad etdi – Video

Rusiyanın “Jara TV” musiqi kanalı və populyar sənətçilər İkinci Dünya müharibəsinin qəhrəmanlarına həsr olunmuş mahnıya çəkdikləri klipi təqdim ediblər.

“Jara TV”nin təşəbbüsü və dəstəyi ilə ərsəyə gələn bəstə müğənnilər tərəfindən özünütəcrid şəraitində lentə alınıb.

Musiqi kompozisiyası qələbənin 75 illiyinə həsr edilib. Layihədə Xalq artisti Emin Ağalarov, Qriqori Leps, Dima Bilan, Nikolay Baskov, Larisa Dolina, Stas Mixaylov, Brandon Stone, Zara, Denis Klyaver, Olqa Buzova, Artik&Asti, Sergey Jukov (Hands Up!), Julianna Karaulova, TSOY, JONY, Nazima, həmçinin aktyorlar Vladimir Maşkov, Sergey Burunov, Aleksandr Baluyev, Stas Dujnikov, Kamille Larin, Azamat Musaqaliyev, Sergey Nikonenko yer alıblar.

Layihədə müxtəlif yaşda olan, fərqli üslubda ifa edən sənətçilər iştirak ediblər.

“Təəssüf ki, bu il Ölümsüz Alay küçələri gəzə bilməyəcək, amma bu, ürəyimizdə və yaddaşımızda qalır. Bu gün veteranları təbrik edin. Həlak olmuş qəhrəmanları bir dəqiqəlik sükütla yad edin. Bu mahnını ön cəbhədə və arxada döyüşən qəhrəmanlara həsr edirik! Qələbə gününüz mübarək!”, – deyə E.Ağalarov söyləyib.(oxu.az)

Sərnişin qatarlarına tibbi maskadan istifadə etməyənlər buraxılmayacaq

Bugündən etibarən tibbi maskadan istifadə etməyənlər Bakı Dəmir yol vağzalı, eləcə də digər stansiyaların ərazisinə və elektrik qatarlarına buraxılmayacaqlar.

Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC yayıb.

Məlumata görə, sərnişinlərin bu qaydaya əməl edib-etməmələrinə nəzarəti Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları yerinə yetirəcək.

“Sərnişinlərimizdən özlərinin və başqalarının sağlamlıqlarına biganə yanaşmamaları, tibbi maskalardan istifadə etmələri xahiş olunur”,deyə məlumatda qeyd edilib.

Qeyri-adi dizayna malik smartfon satışa çıxarılıb

“Aolon” şirkəti “AliExpress” platformasında qeyri-adi bir smartfon satışa çıxarıb.

yasamal.tv xəbər verir ki, istehsalçı “Aolon D100” modelini saat kimi qələmə versə də, sözügedən yenilik texniki cəhətdən tam bir smartfondur.

Kompakt görünüşə malik olan smartfon “Android 7.1 Nougat” bazası üzərindən çalışaraq istənilən tətbiqi yükləyə bilir. Bundan əlavə smartfon; 4G şəbəkə dəstəyi, 2,86 düym displey, MediaTek MT6739 çipi, 3 GB operativ və 32 GB həcmli yaddaş ilə təchiz edilib. Cihaz bütün sadalananlar ilə yanaşı Bluetooth 4.0, 5 MP-lik kamera və “Google Play” kontaktsız ödənişlər üçün NFC modulu ilə təmin edilib.

Aktivliyin izlənməsi üçün “Aolon D100” smartfonunda GPS-modul, nəbz ölçən və digər ötürücülər quraşdırılıb. Cihaz IP67 standartı ilə sudan qorunur.

“Aolon D100” modelinin bir gün ərzində aktivliyini isə 2700 mAh həcmli batareya təmin edir. Maraqlı tapıntının satış qiyməti 152 ABŞ dolları məbləğində qərarlaşıb.

Axtarışda olan 30 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb.

FİFA VAR-dan imtinaya icazə verib

FİFA milli çempionatlarda mövsümün davam edəcəyi təqdirdə videotəkrar sistemindən (VAR) yararlanmamağa icazə verib.

Ali futbol qurumu bununla bağlı liqaların rəhbərlərini məlumatlandırıb.

VAR-ın tətbiq olunduğu ölkələrdə çempionatlar bərpa olunarsa, yerli federasiyalar bunun istifadəsinə ehtiyac duymaya bilər. Bundan yararlanmaq istəyən liqalarda VAR protokolu qüvvədə qalacaq.

Qeyd edək ki, bu gün daxili birinciliklərdə ilin sonuna qədər 5 əvəzetmədən istifadə ilə bağlı rəsmən icazə verilib. (Apasport.az)

Neftin bahalaşması davam edir

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 4,82% artaraq 1 barelə görə 30,88 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,54% artaraq 24,62 dollar təşkil edib.

Metroya daxil olan sərnişinlərin hərarəti yoxlanılır

“Metro stansiyalarına daxil olan sərnişinlərin hərarəti yoxlanılır”. 

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyaların girişində yoxlamalar zamanı hərarəti olan sərnişinlər metroya buraxılmır:

“Əgər stansiya daxilində hansısa sərnişində yüksək hərarət və digər ağırlaşdırıcı hal aşkarlanarsa, bu barədə dərhal təcili tibbi yardım xidmətinə məlumat verilir.

Həmin sərnişin həkim briqadası gələnə qədər digər sərnişinlərdən təcrid olunur. Daha sonra isə həmin sərnişinin olduğu ərazi dezinfeksiya edilir. Ümumiyyətlə, metrodan istifadə edən sərnişinlərin tam təhlükəsizliyini təmin etmək üçün qaydalara uyğun bütün tədbirlər görülür”.

B.Məmmədov bildirib ki, səhər saat 06:00-dan indiyədək heç bir stansiya daxilində hərarəti olan sərnişin müşahidə edilməyib.

ÜST koronavirusu müəyyən edən tətbiq yaratdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) may ayında resursu zəif olan ölkələrdə insanlara koronavirus simptomlarını qiymətləndirməyə imkan verən tətbiqi istifadəyə verəcək.

yasamal.tv xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.

Tətbiq istifadəçiləri simptomları ilə bağlı sualları cavablandıra və koronavirusla bağlı tövsiyələr ala biləcəklər. İstifadəçinin ölkəsinə əsaslanan proqram vasitəsilə vətəndaşın virusa görə testi harada və necə keçirə biləcəyi haqqında da məlumat veriləcək.

Təşkilatın nümayəndələri “Bluetooth” əsasında virusa yoluxan şəxsi izləmə funksiyasının əlavə edilməsi imkanlarını nəzərdən keçirdiklərini deyiblər.

Hər hansı bir dövlət ÜST proqramını əsas götürə, lazımi funksiyaları əlavə edə və öz tətbiqini dərc edə biləcək.(oxu.az)

Tramp: “Koronavirus özü yox olacaq”

ABŞ prezidenti Donald Tramp koronavirusun sonda öz-özünə yox olacağına inandığını bildirib.

yasamal.tv open.az-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə məlumat verib.

“Mən yalnız həkimlərin dediklərinə güvənirəm. Deyirlər ki, özü yox olacaq. Bu o demək deyil ki, bu il payızda və ya payızdan sonra yox olacaq. Bəzi məqamlarda bəlkə də özü yox olacaq. Lakin, peyvəndimiz olsaydı daha faydalı olar”.(open.az)

Pakistanda çəyirtkələrə görə fövqəladə vəziyyət elan edildi

Pakistan son 3 ayda ikinci dəfə çəyirtkələrin hücumuna məruz qalıb.

yasamal.tv xəbər verir ki, əvvəlcə Heydərabad şəhərinə hücum çəkən həşəratlar Pəncab və Sind əyalətlərini də zəbt edib. Bu səbəbdən ölkədə fövqəladə vəziyyət elan edilib.

Türkiyə və İran böyük əkin sahələrini yox edən və milyonlarla insanın qida təhlükəsizliyini riskə atan çəyirtkələrə qarşı mübarizədə Pakistana işbirliyi təklif edib.

Xatırladaq ki, ötən aylarda Çin çəyirtkələrlə mübarizə üçün Pakistana 100 min ədəd ördək yollamışdı. Ördəklər gündə 200 ədəd çəyirtkə yediyindən və əkin sahələrinə toxunmadığından bu mübarizədə əlverişli vasitə hesab edilir.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?