“Aolon” şirkəti “AliExpress” platformasında qeyri-adi bir smartfon satışa çıxarıb.
yasamal.tv xəbər verir ki, istehsalçı “Aolon D100” modelini saat kimi qələmə versə də, sözügedən yenilik texniki cəhətdən tam bir smartfondur.
Kompakt görünüşə malik olan smartfon “Android 7.1 Nougat” bazası üzərindən çalışaraq istənilən tətbiqi yükləyə bilir. Bundan əlavə smartfon; 4G şəbəkə dəstəyi, 2,86 düym displey, MediaTek MT6739 çipi, 3 GB operativ və 32 GB həcmli yaddaş ilə təchiz edilib. Cihaz bütün sadalananlar ilə yanaşı Bluetooth 4.0, 5 MP-lik kamera və “Google Play” kontaktsız ödənişlər üçün NFC modulu ilə təmin edilib.
Aktivliyin izlənməsi üçün “Aolon D100” smartfonunda GPS-modul, nəbz ölçən və digər ötürücülər quraşdırılıb. Cihaz IP67 standartı ilə sudan qorunur.
“Aolon D100” modelinin bir gün ərzində aktivliyini isə 2700 mAh həcmli batareya təmin edir. Maraqlı tapıntının satış qiyməti 152 ABŞ dolları məbləğində qərarlaşıb.