Ev Blog Səhifə 3255

“O qədər ağrıyırdı ki, morfi vururdular”

Model və pilates müəllimi Ebru Şallı 10 yaşlı övladını itirdikdən sonra ilk dəfə müsahibə verib.

yasamal.tv axşam.az-a istinadən müsahibənin qısaldılmış formasını təqdim edir:

– Ebru, övlad acısı yer üzündəki ən ağır dərtdir. Bu dərtlə necə mübarizə aparırsan?

– Mübarizə apara bilirəm ki… Belə bir şey mümkündürmü, onu da bilmirəm. Hər zaman güclü olmağa çalışdım. Amma bu başqa bir duyğudur. Heç bir acıya bənzəmir. Bitirdsən. Hələ acının əvvəlindəyəm. 22 gün oldu . Həyat olmadığını, nəfəs almadığını, mənə bir də “gözəl anam” deməyəcəyini qəbul edə bilmirəm. Hələ də Ponçiklə yaşayıram.

– Hələ də xəstəxanadadır deyə düşünürsən?

– Biz iki il bu xəstəliklə mübarizə apardıq. Son üç ayımız pis idi. Amma xəstəxana ərəfəsində gözəl günlərimiz də oldu. İndi də elə hiss edirəm ki, oradadır və gedib görəcəm. Amma Ponçik Zekeriyaköydə bir qəbiristanlıqdadır. Torpağın altındadır. Baş daşında 10 yaşındakı oğlumun adını görəndə inanmıram… 10 yaş nədir ki?! Hələ qarşısında yaşayacağı bir həyat var idi. Doymadım oğluma… Yanına tez-tez gedirəm. Söhbət edirəm, sanki məni eşidir. Şükür ki, yamyaşıl bir yerdir, quşlar civildəyir, qəbiristanlığın gözəli olmaz, amma bura balaca uşağı qorxutmayacaq bir yer. Orada dua edərkən “Hə, getdi” deyirəm. Artıq xəstəxanada və evdə olmadığına ancaq qəbiristanlıqda olanda inanıram. Ağlım gedib-gəlir. Durduğum yerdə ağlamağa başlayıram. İki ildir acı çəkirdim, göstərməməyə çalışırdım.

– Niyə gizlədirdin?

– Çünki mənə ehtiyacı olanlar vardı. Mənim iki oğlum var. Berenin də mənə ehtiyacı var. Amma ən çox Poncikin… O, çox çətin bir xəstəliklə mübarizə apardığı ərəfədə duyğulu ana ola bilməzdim. Sağalacağına o qədər inanmşdım ki… Biz ana-oğul birlikdə keçəcəkdik bu ərəfəni. İki il bütün ailə mübarizə apardıq. Əlimizdən getdin…

– Depressiya əleyhinə dərmanlar içirsən?

– Yox… İlik nəqli edildi… Donor mən idim. Həkimlər antidepresant qəbul etməyimi istədi. Amma Pars da, Harun da istifadə etmədi. Ondan sonra çox xəstəliklər keçirdim. Gecələr dişlərimi sıxırdım, çatladılar. Gözümün üstündə kist çıxdı, əməliyyat olundum. İndi anamın verdiyi bitki dərmanları içirəm. Amma faydası yoxdur. İçimdəki ateş yanır.Nə edim, atəş düşdüyü yeri yandırır, ömürboyu da yandıracaq.

– Səhərlər oyananda nə hiss edirsən?

– Yatmıram ki… Bir az yuxuya gedirəm, dodaqlarımda gülümsəmə ilə oyanıram. Bir neçə saniyəyə oyanıram. Onu son gördüyüm anı xatırlayıram. Cansız bədəninə son dəfə sarıldığım an… Mələk üzü heç gözümün önündən getmir. Dərmanla yatmağa çalışıram və yalvarıram ki, nə olar, oğlumu yuxuda görüm.

– Necə bir uşaq idi?

– Çox fərqli idi. Dostum idi… Mənə hər dəfə məsləhətlər belə verirdi. Bir uşaq xəstədirsə 7/24 yanında olursan. İkimiz bir otaqda qalırdıq. Çünki gecə baxımı var idi. Bir dəfə belə soruşmadı ki, nə vaxt sağalacam, məktəbə gedəcəm. Üsyan etmədi… Çünki mənim üzülməyimi istəmirdi. Bəlkə axmaqlıqdır, amma indi də onu düşünürəm: Üşüyür? Acdır? Mənim üçün darıxır, mənsiz qala bilməz… Qorxur?

– Xəstəlik necə başladı?

– İki il əvvəl… Ponçikin o zaman 8 yaşı var idi. O qədər çox şey yaşadıq ki… Heç vaxt nə hisslərimi, nə də fotomuzu paylaşdım. 5 dəfə saçı töküldü, yenidən çıxdı… 5 dəfə kirpiyi, qaşı töküldü. Hər zaman sağalacağına inandım. Dedim, böyüyəndə əsəbiləşəcək, deyəcək niyə paylaşdın? İki qardaşı var: biri İspaniyada, digəri Londonda. İki il oğlumu xilas etmək üçün əlimdən gələni etdim, amma işimdə saxladım. Gündə 8 litr su içizdirirdim. Çox çətindir, amma edirdim. Gülə-gülə kimyaterapiyanın vurduğu ziyanları təmizləməyə çalışırdıq. Pis hüceyrələr bədənini ələ keçirəndə ağrıları şiddətli olurdu. Allaha yalvarırdım ki, o ağrıların eynisini mən hiss edim. Bir müddət sonra məndə də ağrılar başladı.

Londonda səfərdə idik. Boynunun ağrıdığını dedi. İki qardaş oynayırdılar, düşündüm ki, yorulub. Təyyarəyə mindik, ayağının ağrıdığını söylədi. Səhəri xəstəxanaya apardım. Sümük ağrısı dedilər. Analizlər təmiz çıxdı. On gün nə olduğunu bilmədik. Lenfomaydı… Gecələr ağrıdan yata bilmirdi. MRT-yə getdik. Həkim ayağındakı kistin bədənin 22 nöqtəsində olduğunu söylədi. Ayaqlarım tərpənmirdi, Harunla başa düşdük ki, xərçəng uşağın bütün bədəninə yayılıb. Ponçiğin ağrılarını kəsmək üçün morfi vuruldu. Özünə dedik ki, bədənində mikrob var, ona görə ağrıyırsan. Kimyaterapiya oldu, tez də müsbət nəticə verdi. Bütün kistlər yox olmuşdu. Kimyaterapiya sağlam hüceyrələri də öldürürdü. İlk dəfə ağzından yaralar çıxdı. Nə danışa, nə yeyə bilirdi. 32, 72 saatlıq kimyaterapiyalar… Xəstəxanada bir dünya qurmuşduq. Əməliyyatlar da edilirdi…

– Ponçik nə edirdi?

– Xəstəxananın sevimlisi olmuşdu. Gülür, güldürürdü. Xəstəxanada atasının, nənəsinin verdiyi pulları yığırdı, balaca bir uşağa əlil arabası aldı. Sonra yaxşılaşdı, evə gəldik. Amma sonra təkrar başladı… Barselonaya qardaşı Berenin yanına gedəcəkdik. Qəfil ayağındakı ağrılar başladı. Bu dəfə xəstəlik lösemi formasında qarşımıza çıxdı. Yenə müalicələr başladı, saçları, qaşları, kirpikləri töküldü. Sonra da ilik nəqli… Həmin ərəfədə o biri oğlumun yanına Barselonaya getməliydim. Ağlaya-ağlaya getdim, qayıtdım… Yenidən kimyaterapiya. Bu dəfə 72 saat… Hər şeyə dözürdü, saçlarını kəsəndə ağlayırdı.

Ötən ilin mart-aprel və may ayları ən çətin ərəfə oldu. 3 ayı yüksək risq müalicəsi ilə keçirdik. İlik nəqli asan deyildi. İlik və kök hüceyrə axtarmağa başladıq. Qardaşlarına, mənə, atasına, dünyadakı bütün donorlara baxıldı, tapılmadı. Dedilər ki, kənardan alanda gərək tam uyğun olsun. Yoxsa pis nəticələr ola bilər. Məndə uyğunluq tapıldı. İyunda müalicə bitdi və xəstəxananın təcrid otağına getdik. Orada dəhlizə belə çıxa bilməzsən. Ora birlikdə girdik. 9 ilik nəqli var, 9-10  gün hazırlıqlar gedir. 6 addımlıq bir otaq idi. Pəncərəsi var, amma açılmır. Bir gün dedim ki, gl oyun oynayaq. Sual verdi ki, istədiyin iki şeyi söylə: Tək istəyim sənin sağalmağındır. Qayıtdı ki, ilik verəcəksən və hər şey bitəcək. Ondan nə istədiyini soruşdum. Dedi ki, qocalma, qocalsan da Gülay kimi ol. Gülay nənəsidir. Sonra söylədi ki, görünməz olub hər zaman sənin yanında qalmaq istəyirəm. O gün mənə öləcəyini, ruhunun mənimlə olacağını demək istəyirmiş.

İspaniya çempionatı bu tarixdə bərpa oluna bilər

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya Futbol Çempionatı mövsümü iyunun 12-dən bərpa oluna bilər.

yasamal.tv-ın məlumatına görə, bu barədə La Liganın prezidenti Xavyer Tebas bildirib.

X.Tebas deyib: “İyun 12-dən oyunların bərpa olunmasını istərdim. Birinci və ikinci divizionlar eyni vaxtda bitəcəkdir. Bəzi qarşılaşmalar 35 gün ərzində hər gün keçiriləcəkdir”.

Bildirilib ki, pandemiya ilə bağlı vəziyyət tələb edərsə, liqa turnirin bərpa olunmasını bir həftə təxirə sala bilər.(modern.az)

“Lider TV”də bu verilişlər BAĞLANDI

Lider TV bütün əməkdaşlarını işdən kənarlaşdırıb.

yasamal.tv “Musavat.com”a istinadən xəbər verir ki, bu barədə telekanal əməkdaşları redaksiyaya məlumat veriblər. Onların bildirdiyinə görə, kanal rəhbərliyi onlara öz hesablarına üç aylıq məzuniyyətə çıxmaları barədə ərizə yazmalarını tapşırıb. Telekanal əməkdaşları da bu tapşırığa sözsüz əməl etmək zorunda qalıblar. İşçilərdən ancaq texniki heyətin kiçik bir qismi saxlanılıb.

Bütün layihələr dayandırılıb, efir isə köhnə veriliş və filmlərlə doldurulacaq. İşdən çıxarılan şəxslər artıq digər telekanallara, media qurumlarına iş üçün müraciət ediblər. Çünki onlara yenidən kanala qaytarılmayacaqları bildirilib.

Telekanal əməkdaşlarının sözlərinə görə, bu qəfil qərarın verilməsinə səbəb Lider TV-dəki maliyyə problemləridir.

Rəhbərlik telekanalın büdcəsini düzgün idarə edə bilmədiyi üçün çıxış yolu olaraq işçiləri işdən kənarlaşdırmağı uyğun bilib. Prosesin nə ilə yekunlaşacağı, telekanal rəhbərliyinin əl dəyişdirib-dəyişdirməyəcəyi isə suallar sırasındadır.

Sahil Babayev: “250 manatlıq iş təklif edirik, işləmək istəmirlər…”

“Ödənişi ilk ayda alan, ancaq sonradan işə düzələn və ya sahibkarlıq fəaliyyətinə başlayan olarsa, onlar bu ödənişlərdən kənarlaşdırılacaq”.

Bunu “REAL TV”yə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir qeyd edib ki, bu mexanizm davamlı olaraq icra edilir və may ayının sonunadək 2 aylıq ödəniş tam şəkildə yekunlaşdırılacaq: “Artıq 6 mayda 600 mininci insana 190 manatlıq ödəniş edildi. Paralel olaraq bu insanların hər birinə bank kartlarının açılmasına dair tapşırıqlar verildi və bank kartları onlara təqdim olunmağa başlayıb. İkinci ay ödənişləri artıq bank kartları üzərindən alınacaq. Bu proses mayda da davam etdirələcək”.

Sahil Babayev bildirib ki, 250 manatlıq ictimai iş təklifinə cəmi 21 nəfər müsbət cavab verib: “Haqqı ödənilən ictimai iş qat-qat üstündür. Burada əmək müqaviləsi var, vətəndaşın sosial sığortası, işsizlikdən sığortası ödənilir, onun gələcək pensiya təminatı yaranır və bu insan işləməyə başlayır. Digər tərəfdən, bu, aktiv məşğulluq tədbiridir, 190 manat isə passiv məşğulluq tədbiridir. Passiv məşğulluq tədbiri getdikcə portfel olaraq azalmalıdır və biz bu trendi koronavirus pandemiyası başlayana qədər tutmuşduq. Əksər insanları işsizlik müavinəti və sığortasından, ünvanlı sosial yardımdan özünüməşğulluğa, haqqı ödənilən ictimai işlərə və digər proqramlara cəlb edirdik. Burada da məqsəd insanların əmək bazarına qazandırılmasıdır.

İmtina alan 4500 vətəndaşdan cəmi 21 nəfər ictimai işə razılaşdı. Bu onun göstəricisidir ki, həqiqətən, insanın o məbləğə ehtiyacı yoxdur. Ehtiyacı olan insan əməkhaqqı ilə işləməyə razı olardı.

İkincisi isə onun göstəricisidir ki, vətəndaş işləmək istəmir. Onun qeyri-formal işi, gəlir mənbəyi var, ona görə işləmək istəmir”.

Ekspertdən tarix yazacaq TƏKLİF – Bu şəxslərin adı əbədiləşdirilsin!

 

 

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev maraqlı və eyni zamanda vacib təklif irəli sürüb.

Bu gün ölkəmizdə 2000-dən artıq yeni tikili çoxmənzilli yaşayış binaları mövcuddur. Hər binada müxtəlif sayda mənzillər var. Mənzillərin sayı binaların və komplekslərin həcminə görə uyğun olaraq, təxmini 30-dan 3000-ə qədər dəyişə bilir. Əksər yeni tikili binalardakı mənzillərin və həmin mənzillərdə yaşayan sakinlərin sayı demək olar ki, böyük kəndlər və qəsəbələrdə yaşayan sakinlərin sayına bərabərdir. Yəni, hər bir bina artıq böyük bir kəndə bərabərdir. Tikən şirkətlər Mənzil Tikinti Kooperativləri (MTK) və Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) olduğuna görə, həmin binalar vətəndaşlar arasında ünvanına görə deyil, həmin MTK və MMC-lərin adları ilə adlandırılır.

Məlumdur ki, ölkəmizdə yüzlərlə alimlər, professorlar, elmi xadimlər, milli qəhrəmanlar və digər ziyalılar var. Təklif edirəm ki, tikilən hər bir çoxmənzilli yaşayış binasına ünvan adı kimi MTK və MMC-nin deyil, müxtəlif sahələrdə dövlətimizə və xalqımıza fayda vermiş insanların adları müəyyən olunsun. Belə ki, həmin şəxslərin adları rəsmi olaraq yeni tikilən binalara verilsin və binaların girişində kiçik lövhələrdə haqlarında qısa məlumatlar yazılsın. Bu cür təşəbbüs gerçəkləşərsə, ölkə üçün faydalı insanların adlarını əbədiləşdirməklə yanaşı, vətəndaşlarımızın yaddaşında iz qoymaq olar.

Bu gün ölkəmizdə 215 milli qəhrəman, minlərlə professor, şair, yazıçı və yüzlərlə digər adları əbədiləşdirilməli olan insanlar var. Aidiyyatı qurumlardan bu təklifimə baxılmasını və reallaşdırılmasını xahiş edirəm. Bu təşəbbüs reallaşarsa, yüzlərlə layiqli insanların adlarını əbədiləşdirmək mümkün olacaq.

yasamal.tv

Ağcabədili xeyriyyəçidən aztəminatlı ailələrə – Növbəti dəstək

Ölkəmizdə karantin rejiminin tətbiqindən sonra xeyli sayda xeyriyyəçi həmvətənlərimiz şəxsi vəsaitləri hesabına işsiz və aztəminatlı ailələrə yardım etməyə başlayıb.

Təbii ki, bu cür addımlar mövcud çətin günlərdə həm dövlətin, həm də xalqın yanında olmağa xidmət edir. Bu xeyriyyəçilərdən biri də Ağcabədi rayon sakini Məmmədov Rəfail Hüseyn oğludur. O, karantin müddətində şəxsi vəsaiti hesabına Ağcabədi rayonunda çox sayda ailələrə mütəmadi olaraq, ərzaq yardımları edir və bacardığı qədər aztəminatlı ailələrə dəstək olmağa çalışır.

Bu gündən etibarən isə Rəfail Məmmədov Ağcabədi rayonu Üzeyir Hacıbəyov prospektində yerləşən “EKONOM № 1” mağazasında satılan bütün mallara ciddi endirimlər edərək, alış qiymətinə satış kampaniyasına başlayıb. Bu kampaniya karantin rejimi tamamilə ləğv olunan vaxta qədər davam edəcək. Kampaniyanın əsas məqsədi çətin günlərdə rayon sakinlərinə dəstək olmaq və hər bir aztəminatlı şəxslər üçün bütün malları əlçatan etməkdir.

Bununla yanaşı, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar ruhuna ithaf olaraq, sosial vəziyyətləri daha çətin olan rayon sakinləri üçün bütün geyimlər pulsuz veriləcək. Karantin müddəti bitənə qədər aztəminatlı ailələrə xeyriyyə məqsədi ilə təmənnasız verilən geyimlər xeyriyyəçi Rəfail Məmmədov tərəfindən həyata keçiriləcək.

yasamal.tv olaraq, məlum çətin günlərdə aztəminatlı ailələrə dəstək olan hər bir xeyriyyəçi vətəndaşımıza təşəkkür edirik!

Elnur Fərzəliyev

Atəşkəs 26 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

yasamal.tv Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Bərbərxana və gözəllik salonlarını işlədənlərin DİQQƏTİNƏ – Şərtlər açıqlandı

Bərbərxana və gözəllik salonlarında onlayn növbə qəbul sisteminin tətbiqi təmin olunmalıdır.

İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır. Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidirlər. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır.

yasamal.tv xəbər verir ki, bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair hazırladığı metodiki vəsaitdə əks olunub.

Bildirilir ki, həmin xidmət sahələrində əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir. Kosmetoloji xidmətlər göstərənlərin proses zamanı sipərlik, tibbi maska və əlcəkdən istifadəsi vacibdir. Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır. Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir. Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir. Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.

Mehriban Əliyeva: “Heydər Əliyev sevimli İnsan – dost, ata və baba idi”

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı İnstaqram hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, Birinci xanım yazıb:

“Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi. Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.

Tacikistan Qırğızıstana nota verdi

Tacikistan mayın 8-də sərhəddə baş vermiş insidentlə əlaqədar Qırğızıstana nota verib.

Belə ki, Qırğızıstan səfiri Janış Rustenbekov Tacikistanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.

“Səfirə silahlı insidentə səbəb olan Qırğızıstan vətəndaşları və hərbi personalın hərəkətlərinə etiraz olaraq Xarici İşlər Nazirliyi tərəfindən nota verildi. Hadisəyə səbəb Qırğızıstan vətəndaşı tərəfindən atəşin açılması və sərhədçilərin sonrakı əməlləridir. Tacikistanın sərhəd bölmələri cavab tədbirləri görməyə məcbur olub”, – deyə məlumatda bildirlib.

Hadisə nəticəsində iki Tacikistan vətəndaşı ağır yaralanıb, onlar xəstəxanaya yerləşdirilib.

Azvision.az xatırladır ki, Qırğızıstan və Tacikistanın sərhəd bölgələrinin sakinləri arasında Batken vilayətinin Çek bölgəsində torpaq məsələsi ilə bağlı münaqişə baş verib. Hər iki tərəfdən təxminən 30-40 vətəndaş bir-birilərinə daş atmağa başlayıblar. Daha sonra ov silahından atəş açılıb. Münaqişənin kəskinləşməsinin qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın sərhədçiləri havaya bir neçə xəbərdarlıq atəşi açıblar.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?