Ev Blog Səhifə 3250

Pandemiyadan öncə alınan aviabiletlər geri qaytarılacaq? – Video

Koronavirusla bağlı sərhədlərin bağlanması artıq bir müddətdir ki, aviareyslərin təxirə salınmasına səbəb olub.

Pandemiyadan əvvəl bilet alan bəzi vətəndaşlar isə ödədiyi vəsaiti tam şəkildə tələb etsə də, ala bilmirlər.

Mövzu ilə bağlı ARB TV-nin “Günə doğru” proqramında süjet yayımlanıb.

http://

Şəbnəm Tovuzlu: “15 yaşına kimi atamın qucağında yatmışam”

“Həyatım boyunca atam qədər bağlı olduğum ikinci adam olmayıb. Məni onun qədər heç kim tanıya, anlaya bilməz”.

Oxu.Az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu ATV kanalında yayımlanan “Şou ATV” səhər şousunda deyib.

Atasına hədsiz bağlılığından danışan sənətçi oğlan kimi böyüdüyünü etiraf edib:

“Atam yaşlıdır, 65 yaşı var. Efirdə məni izləyəndən sonra deyir ki, niyə bikef idin, üzün gülmürdü, danışanda çəkinirdin. Hər zaman məni hiss edir. Evdə tək uşaq olduğumdan atam məni oğlan kimi, ərköyün böyüdüb.

14-15 yaşına qədər yubka geyinməmişəm. Az yaşlarımdan avtomobil idarə etmişəm.15 yaşına kimi atamın qucağında yatmışam. Nənəm də irad tuturdu ki, belə olmaz, sən artıq böyümüsən. Atamdan ayrıla bilmirdim. Onu çox sevirəm”.

Qızdırmanı aşağı salan – Təbii vasitələr

Qızdırma qalxdıqda dərhal kimyəvi preparatlara üz tutmayın.

Hərarət çox yüksək deyilsə (38,5 C qədər) təbii vasitələrdən istifadə edin. Sizə ən effektli təbii qızdırma salan vasitələri təqdim edirik.

1. Moruq

Saglamolun.az bildirir ki, moruq mürəbbəsi, təzə, dondurulmuş və ya qurudulmuş moruq, moruğun yarpaqları və qabığı çox effektli təbii qızdırma salan vasitədir. Moruğun tərkibində çoxlu miqdarda asetilsalisil turşusu (biz bu turşunu “aspirin” kimi tanıyırıq) var. Asetilsalisil turşusu ən güclü hərarətsalan maddələrdir biridir.

Moruq mürəbbəsini çaya əlavə edin, meyvələrdən, yarpaqlardan və qabıqdan dəmləmə hazırlayın.

2. Cökə ağacının çiçəkləri

Çökə ağacı də qədim zamanlardan qızdırma salan, iltihabəleyhinə vasitə kimi istifadə olunur. 1 x.q. cökə ağacının çiçəklərini 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün, adi çay kimi için.

3. İtburnu

Bu da tanınmış qızdırma salan, iltihabəleyhinə və imuniteti möhkəmləndirən vasitədir. Axşamdan termosa 1 ovuc qurudulmuş itburnu tökün (əvvəlcədən meyvələri əzin), üzərinə yarım litr isti su tökün, səhərə qədər saxlayın, səhər yaxşı süzün və gün ərzində için. Çaya bal əlavə etmək olar.

4. Çobanyastığı

Çobanyastığı iltihabı azaldır, immuniteti möhkəmləndirir. 1 x.q. çobanyastığı 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və adi çay kimi için.

5. Portağal və ya qreypfrut şirəsi

Bu vasitə də soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir – hərarəti salır, vəziyyəti yüngülləşdirir, immuniteti gücləndirir.

6. Ərik qurusu və kişmiş dəmləməsi

Ərik qurusu və kişmiş də asetilsalisil turşusu ilə zəngindir. Dəmləmə hazırlamaq üçün axşamdan termosda 5-6 ərik qurusu və 1 ovuc kişmiş yarım l isti suda dəmləyin, növbəti gün ərzində için. Meyvələri yeyə bilərsiniz.

Lukaşenko məmur və həkimlərə qəzəbləndi

“Başları ilə cavab verəcəklər”.

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin məmur və həkimlərə xəbərdarlıq edib.

Azvision.az “Sputnik Belarus”a istinadən xəbər verir ki, Lukaşenko bununla bağlı hökumət üzvləri və prezident administrasiyasının rəhbərliyinin iştirakı ilə keçirilən iclasda danışıb.

O bildirib ki, koronavirusun yayılması kontekstində insanların ölümünə görə məmurlar və həkimlər başları ilə cavab verəcəklər. Buna görə də onlar insanların həyatını xilas etmək üçün lazım olan hər şeyi etməlidirlər.

“İnsanları müalicə edəcəyik, bundan sonra nə olacağını görəcəyik. Ancaq qətiyyətlə xəbərdarlıq etmək istəyirəm ki, əhalinin ölümünə görə hamı məsuliyyət daşıyır”.

Lukaşenko məsələni diqqətdə saxlayacağını qeyd edib.

Saakaşvili Tiflisə ismarış göndərdi – Analiz

Ukraynadan uzadacağı əl keçmiş prezidentin partiyasına kömək edəcəkmi?

Georgi Dvali, Vladimir Solovyov

“Kommersant”, 12.05.2020

Mixail Saakaşvilinin Ukrayna prezidenti Vladimir Zelenski komandasında yerini tapması tamamladıqdan sonra məlum olub ki, keçmiş Gürcüstan liderinin fəaliyyəti Milli İslahatlar Şurası İcra Komitəsinin rəhbəri kimi daxili gündəliklə məhdudlaşmayacaq. O, Gürcüstan hakimiyyətinin hərəkətlərini şərh edir və ümumiyyətlə, yeni vəzifəsində vətənindəki siyasi proseslərdən yayınmaq niyyətində olmadığını açıqlayır. Mütəxəssislər əmindirlər: Mixail Saakaşvili Kiyevdəki hazırkı vəziyyətdən Gürcüstanda keçiriləcək parlament seçkilərinə təsir etmək üçün istifadə edəcək.

Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna siyasətinə hay-küylə qayıdıb. 2 həftə boyu o, yerli medianın qəhrəmanı idi. Aprelin 22-də onun baş nazirin islahatlar üzrə müavini ola biləcəyi barədə məlumatlar ortaya çıxandan Milli İslahatlar Şurası İcra Komitəsinin rəhbəri təyin olunana qədər Ukraynada siyasi karyerasının necə inkişaf edəcəyi barədə davamlı yazırdılar.

Vladimir Zelenski sərəncamı mayın 7-də imzalayıb. Mixail Saakaşvilinin qarşısında duran vəzifələri açıqlanıb: gömrük islahatı, biznesdə de-tənzimləmə, investisiyalar cəlb etmə.

Saakaşvilinin 2013-cü ildən bəri görünmədiyi və qiyabi həbsə məhkum edildiyi Gürcüstanda bu məsələ diqqətlə izlənilir.

Rəsmi Tiflis Kiyevə xəbərdarlıq edib ki, Mixail Saakaşvili heç bir yerə işə qəbul edilməməlidir, intriqa və təyin həll olunandan sonra Gürcüstan məsləhətləşmələr üçün səfirini geri çağırıb.

Oktyabr parlament seçkilərinə hazırlaşan Gürcüstan müxalifəti, əksinə, təyinatı alqışlayıb. Vahid Milli Hərəkat Partiyasının (VMHP – Mixail Saakaşvili tərəfindən təsis edilib) sədri Qriqol Vaşadze cənab Saakaşvilinin Ukrayna siyasətinə qayıdışından məmnundur.

Vaşadze “Kommersant”-a bildirib: “Əgər Gürcüstanın üçüncü prezidentinin, Mişanın dəstəyi olarsa və dəstək ilk növbədə, siyasi olmalıdırsa, planlaşdırdığı hər şeyi alacaq və hətta daha çox şey olacaq. Onu Ukraynada intriqa, idarələrarası mübarizə və digər cəfəngiyatlarla məşğul olmaqdan yayındırsalar, inanıram ki, Mişanın Ukraynadakı fəaliyyətinin real nəticələrini çox tez görəcəyik”.

Mixail Saakaşvilinin özü Gürcüstan hakimiyyətinin hərəkətləri barədə şəxsən açıqlama verməkdən çəkinə bilməzdi. O bunu mayın 11-də VMHP-yə yaxın olan müxalif “Mtavari Arxi” telekanalıma müsahibəsində edib. Təyinatı ilə əlaqədar Ukrayna və Gürcüstan arasındakı münaqişəni şərh edən cənab Saakaşvili deyib ki, ölkələr arasında münasibətlər korlanarsa, Tiflis daha çox itirəcək.

“Gürcüstan Ukrayna üçün yox olarsa, bu, Ukraynadakı insanlara təsir etməyəcək. Ukrayna Gürcüstan üçün yoxa çıxsa, bu, mağazalardakı boş piştaxtalar, kütləvi aclıq, çətinliklər olacaq”, – deyən Mixail Saakaşvili qeyd edib ki, Gürcüstan mağazalarında insanların aldıqları şeylərin çoxu, məsələn, dənli bitkilər, qarabaşaq yarması, ət məhsulları, kolbasa, süd Ukraynadan gətirilir.

Eyni müsahibədə Gürcüstan hakimiyyəti ilə uzun müddət münaqişə edən Mixail Saakaşvili iqtidara və hökumətin arxasında dayanan oliqarx Bidzina İvanişviliyə gürcü siyasətindən və VMHP-nin seçki kampaniyasından iraq qalmaq niyyətində olmadığını açıqlayıb: “Mən azad bir ölkədə, Ukraynada və sosial şəbəkələr və qacetlərin olduğu azad bir dünyada yaşayıram”.

Bu, Gürcüstanın baş naziri Georgi Qaxariyaya verilən cavab sayıla bilər. O, təyinat ərəfəsində Ukrayna hakimiyyətinə rəsmi Tiflisin Mixail Saakaşvilinin Gürcüstanın siyasi həyatına müdaxiləsinin qarşısını almaq üçün prosesi “yaxından izləyəcəkləri” barədə xəbərdarlıq edib.

Gürcüstan Strateji Təhlil Mərkəzinin regional proqramlarının direktoru Qela Vasadze əmindir ki, Mixail Saakaşvilinin Ukraynadakı təyinatı Gürcüstan və qarşıdakı seçki kampaniyası baxımından çox faydalı ola bilər. “O, Qərbdəki təmaslarını yeniləyir. Ən əhəmiyyətli beynəlxalq maliyyəçilər və digər əhəmiyyətli insanlarla görüşlər keçirəcək. Statusu onlarla görüşməyə imkan verir. Saakaşvili Ukraynaya pul axıdacaq, ancaq bu əlaqələrdən Gürcüstan hakimiyyətini qapazlamaq üçün də istifadə edə biləcək. Bu da partiyasına kömək deməkdir. Məncə, o Kiyevdəki hazırkı vəzifəyə razılıq verdikdə, ilk növbədə, bunu nəzərə alıb”.

Tərcümə: Strateq.az

İlham Əliyev və Mehriban Əliyeva Sumqayıtda tibbi maska fabrikinin açılışında – Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

yasamal.tv xəbər verir ki, “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlət başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətdə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisəsinin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.

 

DİM-dən subbakalavrlarla bağlı açıqlama

“Ərizələrin qəbulu iyunun 1-dən 15-dək internet vasitəsilə aparılacaq”.

Dövlət İmtahan Mərkəzi subbakalavrlara ərizə qəbulu ilə bağlı müraciət edib.

Militribuna.az-ın məlumatına görə, bu barədə DİM-in 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.

Məlumatda bildirilir ki, orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər (bundan sonra – subbakalavrlar) qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər.

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.

Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2020-ci il iyunun 1-dən 15-dək internet vasitəsilə aparılır. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (http://eservices.dim.gov.az/erizebak/erize/subbak.aspx) daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlu­matlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar yuxarıda qeyd olunanlarla yanaşı, təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyat DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/qabiliyyet internet səhifəsində aparılır. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qeydiy­yatdan keçmək üçün subbakalavr şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.

Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilir (bax: “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı) və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Möhlət hüququnu təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiy­yatın aparılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Məlumatda deyilir ki, ixtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

– Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG),

– Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO).

Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

“Deyirdik ki, pul belə bizi yan-yana gətirməz…”

“Bu gün də Aygün Kazımovanın yanında qazandığım təcrübədən istifadə edirəm”.

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu Samir Bayramlının aparıcısı olduğu “Söhbətsiz” proqramında deyib.

O, Xalq artisti Aygün Kazımova ilə illər sonra eyni səhnədə çıxış etməsindən danışıb:

“O, ulduzluqdan əlavə həm də yaxşı prodüserdir. Bəzən bir səhnədə çıxış edirik. Əvvəlcə “Heç bir pul bizi yan-yana gətirməz” deyirdik, ancaq bunlar arxada qalıb. Münasibətimiz “salam-sağ ol” səviyyəsindədir. Aramızda bir neçə dəfə problem olub. Bir dəfə Emin Musəvi xahiş edib, ona görə eyni səhnəyə çıxmağa razılaşdıq. Bu yaxınlarda da bir prodüser danışmışdı, bizim adımızdan beh götürmüşdü. Xahiş etdi ki, məni pis vəziyyətdə qoymayın. Bu, həyata keçdi. Münasibətlərimiz soyuq olanda da səhnəyə rahat çıxırıq. Ünsiyyətimiz normaldır”.

Sabahın hava proqnozu – 13 may

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeronda gecə 10-14° isti, gündüz 19-23° isti, Bakıda gecə 12-14° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoz:

Mayın 13-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər .

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Azərbaycan – Ermənistan qarşılaşmasının vaxtı açıqlandı

Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatının yeni tarixi açıqlanıb.

“Report” Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, yarış 28 iyun – 3 iyul 2021-ci ildə olacaq.

Qeyd edək ki, B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparacaq. Avropa çempionatının bu il iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməsi nəzərdə tutulmuşdu.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?