Ev Blog Səhifə 3248

Portuqaliya Futbol Federasiyası iyulu gözləməyəcək

Məlum səbəbdən martda dayandırılan Portuqaliya liqası davam etdiriləcək.
yasamal.tv xəbər verir ki, Portuqaliya Futbol Federasiyası rəsmi saytı vasitəsi ilə çempionatın iyunun 4-ü yenidən başlayacağını bildirib.
Hazırda turnir cədvəlinin ilk pilləsində 60 xalı olan “Portu” qərarlaşıb. “Benfika” (59 xalla) 2-ci, “Braqa” (46) 3-cü yerdədi.(fanat.az)

Sərhədlərdə məhdudiyyətlər aradan qaldırılmalıdır – AP

Yeni növ koronavirusun yayılması ilə mübarizə çərçivəsində Şengen zonası sərhədlərində tətbiq edilən məhdudiyyətlər tezliklə aradan qaldırılmalıdır.

yasamal.tv xəbər verir ki, bu barədə Avropa Parlamentindən edilən çağırışda bildirilib.

“Şengen zonasının funksionallığı tez bir zamanda bərpa olunmalıdır. Vətəndaş Azadlıqları üzrə Komitənin deputatları tələb edirlər ki, epidemioloji şərait imkan verən kimi Şengen zonası sərhədlərində müvəqqəti yoxlamalar koordinasiyalı şəkildə ləğv olunsun”, – AP-nin çağırışında qeyd olunub.(axar.az)

Gitarası 1 milyon dollara xərraca çıxarılacaq

1994-cü ildə məşhur “Nirvana” rok qrupunun 27 yaşında intihar edən üzvü Kurt Kobeynin gitarası xərraca çıxarılacaq.

Axşam.az xəbər verir ki, alət 19-20 iyun tarixində “Juliens” xərrac evində satışa çıxarılacaq.

Gitaranın ilkin qiyməti 1 milyon dollardır (təxminən 1 milyon 700 min manat).

Qeyd edək ki, daha əvvəl Kurtun köynəyi xərracda 334 min dollara satılıb (567 min 800 manat).

Əməkdar artist və ailəsi koronaya yoluxdu – Video

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Şəfəq Əliyeva ailə üzvləri ilə birlikdə koronavirus infeksiyasına yoluxub.

Kult.az xəbər verir ki, artıq sağalaraq xəstəxanadan evə buraxılan aktrisa xəstəlik müddəti və müalicə prosesində yaşadıqlarını Xəzər TV-yə danışıb.

Şəfəq Əliyeva deyir ki, yaxın günlərdə itirdiyi həyat yoldaşı, xalq artisti Rafiq Əliyevin dəfnindən qayıtdıqdan sonra bütün ailə üzvlərinin halı pisləşib, hamısının hərarəti qalxıb. Qızı ilə onun vəziyyəti daha ağır olub.

Onlar 18 gün xəstəxanada müalicə alandan sonra karantin şərtlərinə əməl etmək şərtilə evə buraxılıblar. Şəfəq Əliyeva sağlamlığını tibb işçilərinə borclu olduğunu deyir.

Əməkdar artist koronavirus infeksiyasının daha da yayılmaması üçün insanlardan evdə qalmağı, dezinfeksiya qaydalarına əməl etməyi xahiş edir.

“Paşinyanın susqunluğu çoxlu suallar yaradır” – İqor Korotçenko

Nikol Paşinyanın babası ətrafında qalmaqal və erməni Baş Nazirin Qaregin Njdeni müdafiə etməsi fonunda gözlənilməz susqunluğu çoxlu suallar yaradır.

Azvision.az   xəbər verir ki, bunu rusiyalı ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko “Day.az”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün təkcə Böyük Vətən müharibəsinin tarixini təkrar yazmaq cəhdləri ilə deyil, həm də faşistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılması ilə mübarizə məsələsi daha da aktuallaşır: “Biz görürük ki, nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda fəal şəkildə davam edir. Fikrimcə, bu proseslərin əsasında həmin ölkələrdəki milli elitaların marağı ilə bağlı siyasət dayanır. Nasizm əlaltılarının qəhrəmanlaşdırılması problemi bu gün mövcuddur, onunla mübarizə aparmaq lazımdır və Böyük Vətən müharibəsinin, İkinci dünya müharibəsinin tarixinin təkrar yazılması imkanlarının qarşısını almaq lazımdır. Hər şey aydındır: anti-Hitler koalisiyası var idi, Hitler Almaniyası var idi və Hitler Almaniyasına kömək edənlər var idi”.

Ekspert vurğulayıb ki, Rusiya və Azərbaycanın bu məsələdə mövqeyi üst-üstə düşür: nasistlərin qəhrəmanlaşdırılması və tarixin hansısa maraqlara uyğun təkrar yazılması qəbulolunmazdır.

İ.Korotçenko, həmçinin Ermənistan Baş Naziri Nikol Paşinyanın mərkəzində olduğu iri beynəlxalq qalmaqala da toxunub:

“Vəziyyətin özü kifayət qədər qalmaqallıdır, rəsmi səviyyədə hələ də bir təkzib eşitməmişik və bu, təbii ki, suallar doğurur. Hesab edirəm ki, ilk növbədə erməni xüsusi xidmətlərinin reaksiyası olmalıdır. Niyə? Çünki, şübhə yoxdur ki, Paşinyan müxalifətdə olarkən, onu araşdırıblar. Aydındır ki, onun barəsində müvafiq dosye aparılıb. Sual olunur: hakimiyyət dəyişikliyindən sonra bu araşdırmanın axırı necə oldu? Dosye məhv edildi? Bəlkə, haradasa saxlanılır və Paşinyana qarşı təzyiq və hücum vasitəsi kimi istifadə oluna bilər? Qeyri-müəyyənlik bir çox suallar doğurur”.

Ekspert vurğulayıb ki, N.Paşinyan hələ də ittihamlara cavab verməyib və əlavə edib ki, onun nasistlərin digər əlaltısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını qətiyyətlə müdafiəsi daha çox sual doğurur: “Bu qalmaqal Paşinyanın əlaltısına qoyulan abidəni müdafiə etmək cəhdləri ilə uyuşur. Njde barəsində hər şey aydındır. Onu həbs edən SMERŞ əkskəşfiyyat təşkilatının rəyi var, onun işi ilə bağlı sənədlər var və orada aydın şəkildə qeyd olunub: Qaregin Njde SSRİ ərazisində Qırmızı ordunun arxa cəbhələrinə göndərilməsi üçün təxribatçı dəstələr hazırlayırdı”.

Baş redaktor bildirib ki, beləliklə də heç bir siyasi mübarizdən söz gedə bilməz, o, cinayətkardır: “Ən qəribəsi də odur ki, Ermənistan onu qəhrəmanlaşdırır. Xatırladım ki, Rusiyada da Moskvanı müdafiə etmiş və buna görə ali mükafatlarla təltif olunmuş, amma sonra Almaniya ilə əməkdaşlığa getmiş general Vlasov olub. Njde ilə olduğu kimi general Vlasov da xəyanətkar, cinayətkar elan olunmuş və edam edilmişdi. Amma bizdə heç kim onu qəhrəmanlaşdırmağa çalışmır. Mən, əlbəttə ki, erməni KİV-lərini oxuyuram və hər dəfə onlar yazanda ki, Azərbaycan tərəfi Njdedən Ermənistana qarşı hücumlar üçün istifadə edir, bu, məni təəccübləndirir. Əgər Hitler Almaniyasının rəhbərləri sırasına ermənilər, erməni əsilli şəxslər olsaydı, bu gün onları qəhrəmanlaşdıracaqdınız? Bunu necə başa düşmək olar? Njde cinayətkardır”.

Rusiyalı ekspert Yerevanın mərkəzində Qaregin Njdeyə ucaldılan abidəni də xatırladıb: “Bu abidə hələ əvvəlki hökumətin dövründə ucaldılmışdı. Paşinyanın buna heç bir aidiyyəti yoxdur və o, həmin biabırçılığın sökülməsi barədə qərar verə bilərdi. Amma bu cür qərar qəbul olunmadı. Əksinə, Paşinyan onu müdafiə edir. Yerevanın mərkəzində nasist əlaltısına heykəl və yerli KİV-lərdə Paşinyanın babasının təsvirlərinə uyğun gələn şəxsin erməni legionunda döyüşməsi barədə məlumatlar müəyyən fikirlər yaradır və müəyyən suallar verməyə vadar edir”.

“Dünya koronavirusdan yaxasını qurtara bilməyəcək”

“Dünya koronavirusdan heç vaxt yaxa qurtara bilməyəcək”.

Bu sözləri rusiyalı professor Vladimir Parşin deyib.

Biz hamımız anlamalıyıq ki, bir-birimizlə əlaqə saxlayacağıq və bundan sonra da bu virusla birlikdə yaşayacağıq. O, bəşəriyyətə gəlib və buradan heç bir yerə getməyəcək”, – deyə, V.Parşin bildirib.

Professorun sözlərinə görə, hər kəsi yalnız kollektiv immunitet xilas edə bilər. Ancaq xəstə axını ağır olmamalıdır, yoxsa səhiyyə sistemi bunun öhdəsindən gələ bilməz.

“Reanimasiya şöbələri ağır xəstələrlə tamamilə dolub. Əgər belə xəstlərin sayı 10 dəfə çox olsa, heç bir tibb sistemi tab gətirə bilməz. Ona görə də, tələb olunduğu kimi, çölə çıxmamaq bu kəskin dövrü uzatmaq, kütləvi immunitet qazanmaq imkanı verəcək”, – V.Parşin deyib.

Professor qeyd edib ki, kollektiv immunitet dünyanı dəfələrlə xilas edib. Əgər insanların 93-95 faizi immunitetə sahib olsa, o zaman digərlərinin də xəstəliklə üzləşmək şansı olduqca aşağı olacaq.(Medicina)

“Forbes” milyarderlərin itkilərini açıqladı

Koronavirusun təsiri ilə bu ilin I rübündə dünyanın ən zəngin insanlarının sərvəti, ilin əvvəli ilə müqayisədə 700 milyard ABŞ dolları və ya 8,1% azalaraq 8 trilyon ABŞ dollara enib.

Bu barədə ABŞ-ın “Forbes” jurnalının “Dünyanın ən varlı insanları” araşdırmasında bildirilib.

Məlumata görə, ən zəngin insanların siyahısına ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos başçılıq edir. Onun şirkətinin səhmləri ilin əvvəlinə nisbətən 15% artaraq 113 milyard ABŞ dolları olub. Növbəti pillələrdə 104,1 milyard ABŞ dolları məbləğində sərvətlə “Microsoft” rəhbəri Bill Gates və 91,4 milyard ABŞ dolları ilə Fransanın “LVMH” şirkətinin sahibi Bernard Arnault qərarlaşıb.

Bundan başqa, siyahıda ümumilikdə 241 qadın milyarder yer alıb. Dünyanın ən zəngin qadını “Walmart” varisi Alice Valton isə 54,4 milyard ABŞ dolları ilə 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov isə 19,2 milyard ABŞ dollarla 53 sırada qərarlaşıb.(milli.az)

Qazaxda raket hissəsi aşkar olunub

Qazax şəhəri, Bakı küçəsi 1 ünvanının yaxınlığında mərmi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən APA-ya verilən məlumata əsasən, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və həmin əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 122 mm-lik 9M22U raketinin mühərrik hissəsi aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

COVİD-19-a yoluxanların mobil telefonları izləniləcək

Cənubi Koreyada gecə klublarının və barların fəaliyyətinə icazə veriləndən sonra COVID-19 infeksiyasına yoluxanların sayı artıb.

yasamal.tv oxu.az-a istinadən xəbər verir ki, bununla əlaqədar hökumət mobil telefonlar vasitəsilə əyləncə mərkəzlərinə baş çəkənlərin şəxsiyyətini müəyyənləşdirəcək.

Seul şəhərinin meri Park Von Sun bildirib ki, son günlər koronavirusa yoluxanların əksəriyyəti bar və restoranların yerləşdiyi İtaevon rayonuna baş çəkən şəxslərdir.

P.Sun vurğulayıb ki, son bir neçə gündə bu rayonu 10 905 nəfər ziyarət edib. Həmin şəxslərin hamısının mobil telefonuna koronavirus testindən keçmək barədə mesaj daxil olacaq.

“İşgüzar birliklər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təkan verəcək”

“Yeni ilədək kənar amillərə baxmayaraq, hamı vəziyyətə uyğunlaşacaq”.

“Report”un Rusiya bürosuna verdiyi müsahibədə iqtisadçı ekspert Yeqor Pospelov dünyanı bürüyən böhran, Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyət, Rusiya ilə əməkdaşlıq əlaqələri barədə söhbət açıb.

Koronavirusun dünya iqtisadiyyatına təsiri barədə nələri deyərdiniz?

Koronavirus iqtisadiyyatı yavaşladıb, ticarət dövriyyəsi azalıb, müxtəlif ölkələrdəki bir çox müəssisələr istehsalı dayandırmalı oldu. Eyni zamanda onlayn alış-verişin həcmi dəfələrlə artdı, sahibkarlıq subyektlərinin bir qismi başqa sahəyə yönəldi. Bu da yeni bazarların yaranıb inkişaf edəcəyinə, iqtisadiyyatın daha da şaxələnəcəyinə ümid yaradır.

Bəs MDB ölkələrində iqtisadi vəziyyət necədir?

Sözsüz ki, hər ölkənin öz xüsusiyyətləri var, amma yenə də iqtisadi böhranın yeni yollar axtarışına, iqtisadiyyatı yeni istiqamətlərə yönəltməyə vadar edəcəyini düşünürəm.

OPEC+ formatının iştirakçı ölkələri arasında hasilatı azaltmaq barədə razılaşma neftin qiymətinə necə təsir edəcək? Mövcud vəziyyət nə qədər davam edər, bazar nə vaxt dirçələcək?

Gedişat göstərir ki, iqtisadi və başqa sarsıntılar getdikcə daha çox baş verəcək. Bəlkə də, yaxın vaxtlardan elə bir vəziyyət yaranacaq ki, iqtisadiyyatın hansısa sahələri hər il dağılacaq və qısa müddət ərzində yenidən dirçələcək. Yəni iqtisadiyyat get-gedə sürətlənərək yeni-yeni şəkillər alır. Odur ki, indidən daha çevik, daha şaxələndirilmiş iqtisadiyyat qurulmalıdır. Vəziyyət getdikcə daha sürətlə bərpa olunacaq. Hazırda pandemiyanın nə zaman başa çatacağı, yeni dalğanın gəlib-gəlməyəcəyi, gələcəksə ona nə dərəcə hazır olacağımız bəlli olmadığı üçün əvvəlcədən nəsə demək çətindir. Amma, məncə, yeni ilədək kənar amillərə baxmayaraq, hamı vəziyyətə uyğunlaşacaq.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq hansı sahələrdə daha səmərəli inkişaf edir? Ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün imkanlar nə qədərdir?

İşgüzar birliklər münasibətlərimizin inkişafına yeni təkan verə bilər. Təkcə böyük layihələrdə yox, daha kiçik və ixtisaslı sahələrdə də qarşılıqlı əməkdaşlıq olmalıdır. Əlaqələrin tədricən qurulub sahmana salınması bazara çıxmağın hər iki tərəf üçün aydın olan modellərini ortaya qoyacaq. Həmçinin ən çox tənzimlənmiş, maya dəyərinin az olduğu sahələrdə qarşılıqlı əməkdaşlıq dərinləşdirilməlidir.

Rusiyada Azərbaycan məhsullarına tələbat nə qədərdir?

Sözsüz ki, ölkələrimiz kənd təsərrüfatı sahəsində yaxından əməkdaşlıq edir, bu sahədə ticarət dövriyyəsi artmaqda davam edir. Bu da məhsullara xeyli tələbat olduğuna bariz nümunədir.

Ölkələrimiz bu böhrandan nə qədər tez çıxa bilər?

Fikrimcə, düzgün idarəçilik və böhrana qarşı müvafiq tədbirlər tətbiq olunsa, yaxın vaxtlarda iqtisadiyyat artıma, hətta sürətli artıma keçə bilər. Ona görə də təkcə ölkə daxilindəki bütün qurumlar arasında səmərəli dialoq yox, xarici əlaqələr də səmərəli şəkildə qurulmalıdır.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?