Ev Blog Səhifə 3399

“Milli memarlıq brendimiz yaradılmalıdır” – Ekspertdən təklif

“Azərbaycan, Bakı , Gəncə, Naxçıvan, Qarabağ və digər bölgələrimizin adlarını həmin layihələrə verə bilərik”.

yasamal.tv xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev tikinti brendinin hazırlanması ilə bağlı təklif irəli sürüb.

Tikinti sektorunun ölkəmizdə sürətli inkişafı paytaxt və bölgələrimizdə yüzlərlə yeni tikili yaşayış binaları, ticarət obyektləri və dövlət əhəmiyyətli binaların tikilərək istifadəyə verilməsinə yol açıb. İnşa olunan bu tikililərin böyük əksəriyyətinin layihələri yerli memarlarımız tərəfindən hazırlanıb. Həqiqətən də cox möhtəşəm və dünya arenasına çıxa biləcək tikinti komplekslərimiz, yaşayış binalarımız var. Bu gün yüzlərlə köhnə tikili yaşayış binaları var ki, onları hər kəs proyektlərinə verilmiş adlarla xatırlayırlar.

Misal gətirmək olar ki, Daşkənt, Leninqrad, Bolqar, İtalyanka Fransız, Stalin, Xruşov və sair sadalamaqla bitməyən şəhərlərin və şəxslərin adlarını daşıyan tikinti layihələri var. Bu o deməkdir ki, həmin binalar qaldıqca onlar öz ölkələrinin və təmsil etdiyi şəxslərin adlarını daima yaşadacaqlar. Artıq necə illərdir ki, Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə müxtəlif sahələrdə Azərbaycan brendlərinin yaradılması yönündə işlər gedir və xeyli nəaliyyətlər də əldə olunubmuşdur.

Tikinti sahəsinin sürətlə inkişaf etdiyi ölkəmizdə nəyə görədə öz tikinti brendimizi yaratmayaq?

Tikinti işləri ölkəmizdə hələ uzun illər davam edəcək. Təklif edərdim ki, memarlarımız, inşaatçılarımız, tikinti şirkətləri və bu sahəyə aidiyyatı olan qurumlar tərəfindən müsabiqə yolu ilə yeni bina layihələri çəkilsin və ən mükəmməlinə “Azərbaycan” layihəsi adı verilsin. Və biz bu layihəni Azərbaycan brendi olaraq həm ölkəmizdə, həm də ölkə sərhədlərindən kənarda da inşa edək.

Çox gözəl olardı ki, bu lahiyədə milli memarlıq üslublarından da istifadə olunsun. Bu layihənin xarici görünüşü elə bir mükəmməl formada hazırlanmalıdır ki, binaya kənardan baxarkən Azərbaycanı xatırlatsın. Azərbaycan memarlığının tarixi çox qədim zamanlara gedib söykənir. Yüz illər əvvəllərdə tikilmiş memarlıq abidələrimiz var ki, o abidələr sayəsində bizim keçmiş kökümüz, mədəniyyətimiz və tariximiz bir sübut olaraq bu günə qədər gəlib catıb. Tək Qız qalasını misal çəkmək kifayət edər ki, bu memarlıq abidəsi Azərbaycanı bütün dünyada tanıdır.
Bu gün bizim müasir milli memarlığımız çox aşağı səviyyədədir. Düşünürəm ki, bu sahəyə aidiyyatı olan bütün qurumlar, təhsil müəssisələri və digərləri gec olmadan öz müasir milli memarlığımızın yenidən yaradılması üçün təcili tədbirlər görməlidirlər. Təsəvvür edin ki, hər hansısa bir xarici dövlətdə Azərbaycan layihəli binalar inşa olunarsa, bu binalar artıq ölkəmizin həmin ölkələrdə təmsilçisinə çevrilə bilər və daima Azərbaycanımızın adını yaşadar. Təbii ki, daxili proyektləri mükəmməl formada olmalıdır ki, bugünkü təlabata və standartlara uyğunlaşsın. Müxtəlif ölçülərdə fərqli layihələr hazırlayaraq Azərbaycan, Bakı , Gəncə, Naxçıvan, Qarabağ və digər bölgələrimizin adlarını həmin layihələrə verə bilərik.

Düşünürəm ki, ilk öncə öz ölkəmizdə həmin layihələr üzrə binalar inşa edərək şəhərlərimizin memarlıq ansamblını qoruyub saxlaya bilərik. Bu layihələr aidiyyatı qurumlar tərəfindən qəbul olunarsa, Dövlət Şəhərsalma və Arxitektura İdarəsinin dəstəyi ilə tikinti şirkətlərinə təqdim edərək kompleks şəklində öz müasir milli memarlığımızı dəbə sala bilərik.

Əmlak Eksperti: Elnur Fərzəliyev.

Koronaviruslu xəstələrin 91%-ni bu dərman sağaldır

Fransada koronavirusa qarşı istifadə olunan xloroksin dərmanı 91 faiz insanın sağalması ilə nəticələnib.

yasamal.tv modern.az-a istinadən bildirir ki, Marseldəki Aralıq dənizi İnfeksion İnstitutunun professoru. Dr. Didier Raoult tərəfindən aparılan bir araşdırma nəticəsində, malyariya xəstəliyinin müalicəsində istifadə edilən xloroksinin virusu daşıyan 1061 adamda istifadə edildiyi qeyd edilib.

Bu insanlardan 91.7 faiz 10 gün ərzində sağalıb, 74-95 yaşlarında xəstələrin isə sadəcə 0.5 faizi ölüb.

Qeyd edək ki, sözügedən dərmanın bundan əvvəl Fransada ixracatına qadağa qoyulmuşdu.

Sosial yardım alan ailələrin sayı artıb

 

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, son 10 gündə ünvanlı yardım alan ailələrin sayı 14 faiz və ya 9500 ailə artaraq 78 min 500-ə çatıb, yardım alan ailə üzvlərinin sayı isə 40 min nəfər artaraq 330 mini ötüb.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi müddətində bitmiş ailələrə bu yardımın verilməsi müddəti uzadılıb.

Hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği də artıb. 2020-ci ilin əvvəli ilə müqayisədə bu məbləğ 10 faizədək artaraq 222 manatı ötüb.

Afaq Bəşirqızı: “Dediklərimdən peşman deyiləm”

“Mənim kimi sözün düzünü deyən adamlar çox azdır”.

“Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur”.

Ötən gündən xalq artisti Afaq Bəşirqızının “Azadlı radiosu”na müsahibə verərkən səsləndiriyi bu fikirlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Xalq artistinin həmçinin “Novostroyka”nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır… Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq” kimi fikirləri də tənqidlərə tuş gəlib.

Məsələyə aydınlıq gətirmək üçün Musavat.com-un əməkdaşı Xalq artisti Afaq Bəşirqızının mövqeyini öyrənməyə çalışıb. Afaq Bəşirqızı fikirlərinin kontekstdən çıxarıldığını deyib:
“Bu yazılar qərəzli verilib. Verdiyim müsahibəni diqqətlə izləsəniz, bunu siz də görə bilərsiniz. Beləliklə verdiyim müsahibə kontektsdən çıxarılıb. Mənə verilən suallar tamamilə başqa mövzuda, yaradıcılığım, sənətimlə bağlı olub. Arada mənə digər suallar da verildi və mən bu suallardan yan qaça bilməzdim. Çünki düşünə bilərdilər ki, mən o suallardan çəkinirəm, ehtiyat edirəm.

Müsahibəmi qərəzli başlıqlarla veriblər. Mən onlara “vətən, xalq xaini” deyirəm. Ölkəmizin bugünki çətin dövründə bu cür başlıqlarla açıqlamalarımı verən və onlara qahmar çıxanları ancaq bu cür adlandırmaq olar.

Ola bilsin ki, həmin tənqid yazanların ürəyindən vurmuşam. Bəlkə də adını çəkdiklərim elə onlardır, öz torpaqlarını rayonlarda qoyub, şəhərə qaçanlar, təkər qaraldanlar, sonra da müğənnilərin konsertində oturanlar. Mənə elə gəlir ki, fikirlərimlə məhz onların ürəyinə dəymişəm. Şikəst uşaq doğub gətirirlər verilişlərə, sonra da deyirlər ki, “vətən üçün əsgər doğuram”. O şikəst əsgəri neynirəm? Heç yeri gələndə o cür şərhlər yazanlar uşaqlarını xəstə olmaya-olmaya evdə gizlədir.

Hər zaman öz sözümü üzə demişəm. Mənim kimi sözün düzünü deyən adamlar çox azdır. Mən öz millətimi çox sevirəm, çünki azərvaycanlıyam. Amma o cür şərhlər yazan adamların azərbaycanlı olmasını deyə bilmərəm”.

Xalq artisti səsləndirdiyi fikirlərdən peşman olmadığını deyib.

“Dediyimdən peşman deyiləm, çünki qərəzli fikirlərim yox idi. Afaq Bəşiqızı özü özünü tanıyır, heç kimin qiyməti lazım deyil. Bu günə qədər çox haqsızlıq görmüşəm, amma heç vaxt dinməmişəm. İndi yenə də haqq gəlib öz yerini tapacaq. Sadəcə millətin bu cür çətin, stressli vəziyyətində bu cür təqdimat lazım deyildi”.

Afaq Bəşirqızı karantin günlərindən sonra müsahibəni qərəzli şəkildə təqdim edən jurnalistdən qanun çərçivəsində haqqını tələb edəcəyini bildirib: “Koronavirus bitəndən sonra həmin yazını təqdim edən şəxsi buna görə cavab verməyə vadar edəcəm. Sonra onun bütün havadarları qarşımda diz çöksə belə o jurnalisti bağışlamayacam”. (musavat.com)

Azərbaycanda problemli kreditlərin 85%-i Bakıda cəmləşib

Cari il 1 mart tarixinə əsasən, Azərbaycanın bank sektorunda problemli kreditlərin 85,1%-i və ya 1 053,2 mln, manatı Bakı şəhərində cəmləşib.

yasamal.tv Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu il martın 1-nə bank sektorunun cəmi kredit qoyuluşu 15 299,1 mln. manat təşkil edib ki, bunun da 1 237,5 mln. manatını vaxtı keçmiş kreditlər əhatə edib.

Vaxtı keçmiş kreditlərin regionlar üzrə bölgüsünə gəlincə, ilk üçlükdə Abşeron, Aran və Gəncə-Qazax iqtisadi rayonları yer alıb.

Ermənistanda 977 nəfər koronavirusa yoluxub: 13 ölü

 

Ermənistanda daha 11 nəfər koronavirusa yoluxub.

Millittribuna.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 977 nəfərə çatıb. Hazırda xəstəxanalarda 750 nəfər müalicə alır. İndiyədək 13 nəfər pandemiyadan ölüb.

Bank hesabları bloklanmış sahibkarlara yardım ediləcək

 

Bank hesablarına sanksiyalar qoyulmuş sahibkarlara dövlət kömək edəcək.

yasamal.tv xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov REAL TV-yə müsahibəsində məlumat verib.

O bildirib ki, bəzi sahibkarların bank hesablarına məcburi dövlət ödənişləri, vergi və sosial sığorta ödənişlərini ödəmədiyinə görə müəyyən sanksiyalar qoyulub:

“Sahibkar maliyyə dəstəyindən rahat istifadə edə bilsin deyə, banklara göstəriş veriləcək ki, sanksiyalar götürülsün. Yəni bu vəsait orada bloklanmış şəkildə qalmasın”.

Daha bir beynəlxalq kubok ləğv edildi – Koronavirusa görə

Koronavirus pandemiyasına görə Beynəlxalq Çempionlar Kuboku da ləğv edilib

yasamal.tv xəbər verir ki, təşkilatçıların yaydığı bəyanatda turnirin gələn il baş tuta biləcəyi əks olunub:

“Oyunçuların, personalın, azarkeşlərin, matçlarda iştirak edən hər kəsin sağlamlığı və təhlükəsizliyi həmişə mühüm əhəmiyyətə malikdir. Məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağının qeyri-müəyyənliyi, həmçinin Avropa futbolu oyunlarının təqvimindəki qeyri-müəyyənliyə görə Beynəlxalq Çempionlar Kubokunun bu yay keçirilməsi mümkünsüzdür. 2021-ci ildə ən yaxşı klublar və unudulmaz matçlarla qayıdacağımıza ümid edirik”.

Qeyd edək ki, 2013-cü ildən ənənəvi olaraq yayda keçirilən Beynəlxalq Çempionlar Kuboku yoldaşlıq yarışıdır. Hər il bu turnirdə dünyanın aparıcı klubları iştirak edir. Bu komandalar müxtəlif ölkələrdə, əsasən də ABŞ və Asiyada üz-üzə gəlir.

“Şəkidəki evimi sata bilmədim” – Könül Xasıyeva

“Şəkidəki evimi sata bilmirəm. İndi də koronavirus imkan vermədi”.

Millittribuna.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva “Bizimləsən” verilişinə telefonla zəng edərək deyib. Xanəndə Şəkidə satmağa çalışdığı evində qaldığını bildirib:

“Koronavirusa görə satış qaldı. Əsas sağlıq olsun. Bu da keçib gedər. Allahın bir sınağıdır, hər şey daha yaxşı olacaq. Mən də evdə otururam”. (axsam.az)

Bakıda modul tipli xəstəxananın tikintisi başlandı – Fotolar

Azərbaycanda hər birində 200 çarpayı olan modul tipli xəstəxanaların tikintisinə başlanılıb.

yasamal.tv xəbər verir ki, tikinti işləri Prezident İlham Əliyevin aprelin 7-də koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamla icra olunur.

Sərəncama əsasən, ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində modul tipli xəstəxanalardan birinin tikintisinə başlanılıb.

Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxana quraşdırılacaq. (oxu.az)

Həmin tikinti sahəsindən görüntüləri təqdim edirik:

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?