Ev Blog Səhifə 3398

Sürücülərin nəzərinə: Sığorta şəhadətnamələri belə veriləcək

Nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələri onlayn qaydada verilir.

İcbari Sığorta Bürosundan verilən məlumata görə, bunun üçün nəqliyyat vasitəsi sahibinin sığorta şirkətinə gəlməsinə ehtiyac yoxdur.

Karantin rejimində hərəkətdə olan avtomobillərin xüsusi texniki vasitələrlə aşkarlanması prosesinin dayandırılması barədə qərar müddəti bitən cbari sığorta müqavilələrinə aid deyil. Avtomobilin icbari sığorta müqaviləsinin müddəti bitibsə və sürücü buna baxmayaraq nəqliyyat vasitəsini idarə etməyə davam edirsə, həmin avtomobil xüsusi texniki vasitələrlə aşkarlanacaq və müvafiq qaydada cərimə tətbiq olunacaq.

Karantin müddətində sığorta şirkətlərinin fəaliyyətində heç bir məhdudiyyət olmadığı üçün İcbari Sığorta Bürosu sürücüləri nəqliyyat vasitələrinin icbari sığorta şəhadətnamələrinin alınmasını onlayn şəkildə həyata keçirməyə çağırır. (pravda.az)

“Arsenal” 15 tonluq ərzaq yardımı edib

“Arsenal” klubu koronavirusla mübarizəyə dəstək olub.

yasamal.tv goal.az-a istinadən xəbər verir ki, London təmsilçisi ehtiyacı olan insanlara 15 tonluq ərzaq yardımı edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bundan əlavə, “Arsenal” koronavirusla mübarizə üçün yaradılan fondlara 150 min funt-sterlinq ianə edəcək.

Bu paltarlar xərçəng yaradır

Gündəlik həyatımızda geyindiyimiz paltarlara vurulan kimyəvi maddələr sağlamlığımız üçün təhlükəlidir.

yasamal.tv xəbər verir ki, aparılan araşdırmalar nəticəsində geyimlərə vurulan bəzi kimyəvi maddələrin siçanlarda xərçəng yaratdığı məlum olub.

Bu kimyəvi maddələrlə məşğul olan insanlar isə xərçəng xəstəliyinə tutulur. Geyimlərin qırışmaması üçün istifadə edilən formaldehit maddəsi dəridə allergik reaksiyalara səbəb olur. Sintetik geyimlərdə olan hidrofil maddəsi bir sıra ciddi xəstəliklərlə yanaşı, əlvan dəmrov və göbələk kimi xəstəliklərə də yol aça bilər.

Geyimlərdə bakteriyaların səbəb olduğu qoxunun aradan qaldırılması üçün istifadə olunan nanosilver maddəsi isə beyin hüceyrələrinin ölməsinə yol açır. Araşdırmalardan məlum olub ki, bu kimyəvi maddələrin xərçəng yaratmaq riski yüksəkdir. Bəs, nə geyinək?

Mütəxəssislərə görə, sağlamlığı qorumaq üçün pambıq, yun, ipək, kəşmir, qanovuz, dəvə tükü, kətan kimi parçalardan tikilən geyimlərə daha çox üstünlük verilməlidir.

Ötən gün 1753 sürücü cərimələndi

Ötən gün respublika yollarında xüsusi karantin rejiminin qaydalarını pozanların sayı məlum olub.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11.04.2020-ci il saat 00:00-dan 12.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Heyvanlardan insanlara keçən dəhşətli viruslar

 

Bu viruslar on minlərlə insanın ölümünə səbəb olur və əksəriyyətinin dərmanı hələ də tapılmayıb.

yasamal.tv xəbər verir ki, koronavirus bəlası hər keçən gün daha dəhşətli halını alır. Rəsmi statistikaya görə, son olaraq dünyada 1 milyon 500 mindən çox insan bu virusa yoluxub, 88 mindən çox insan isə dünyasını dəyişib.

Qeyd edək ki, bu virusun vəhşi heyvanlardan, xüsusən də yarasalardan insanlara keçdiyi bildirilir. Alimlər əvvəlcə virusun digər heyvanlardan keçə bildiyini iddia etsə də, sonradan insan orqanizmindən götürülmüş “Covid-19” koronavirusunun genetik kodunu tapandan sonra şübhələr məhz yarasaların üzərində cəmləndi.

Nottingem Universitetinin professoru Conatan Ball bu haqda bildirib: “Yarasaların həyat tərzinə diqqət edəndə aydın olur ki, orqanizmlərində çox sayda müxtəlif viruslar yaşayır. Məməlilər sinfinə aid olmaları isə birbaşa və ya dolayı yolla – digər canlılar vasitəsilə həmin virusları insanlara yoluxdurma ehtimalını artırır”.

Bəzi mütəxəssislərin iddiasına görə isə nəinki yarasalar, hətta dəvələr də koronavirus daşıyıcısı ola bilər. Ümumiyyətlə, son illərdə heyvanlardan insanlara virus yoluxma halları xeyli artıb. Çox təəssüf ki, həmin viruslar pandemiyaya, minlərlə insanın ölümünə səbəb ola bilir və əksəriyyətinin də vaksini, dərmanı hələ də icad edilməyib.

Məlum olduğu kimi, heyvanlarda müxtəlif mikroblar, bakteriyalar, viruslar var ki, onlar uzun müddət yaşayır və insanlara keçə bilir. Çox maraqlıdır ki, insanlar yüz illər boyu heyvanlarla, vəhşi təbiətlə təmasda olub, lakin heyvanlardan qorxunc virusların insanlara keçməsi daha çox son yüz ildə aşkar edilib. Alimlərin fikrincə, bu cür epidemiyaların çoxalmasının əsas səbəblərindən biri insanların vəhşi təbiətə müdaxiləsinin artması, landşaft dəyişikliyi və nəticə etibarı ilə əvvəllər bilinməyən viruslarla təmas hallarının yaranmasıdır.

Bəs, hazırda dünyanın bəlasına çevrilmiş koronavirusdan başqa hansı epidemiyalar heyvanlardan yoluxub?

Bir neçə il öncə ortaya çıxan, koronavirusun növlərindən olan SARS və MERS epidemiyaları da məhz yarasalardan müşk pişiklərinə, onlardan da insanlara keçmişdi.

2003-cü ildə Asiyada başlayan SARS virusuna 8 mindən çox insan yoluxmuşdu ki, onların da 10 faizi dünyasını dəyişmişdi. Həmin illərdə koronavirusdan yaranmış SARS epidemiyası zamanı bir çox ölkələrdə vəhşi heyvanların satışına qadağa qoyulmuşdu. Lakin az keçməmiş Çin, Vyetnam və Cənub-Şərqi Asiyada bu qadağa aradan qaldırılmışdı. 2012-ci ildə ortaya çıxan MERS virusu da yarasalardan insanlara keçmişdi. Bu virus da yüzlərlə insanın ölümünə səbəb olub.

QİÇS. Məlumata görə, təxminən 1950-ci illərdə virus Mərkəzi Afrikada meymunlardan insanlara keçib. Ehtimallara görə Afrikada şimpanze ovlayan insanlar aldıqları yaralar vasitəsi ilə və ya sonra şimpanze əti ilə təmas etdikləri üçün bu virusa yoluxub. Maraqlıdır ki, meymunlarda SİV kimi görünən bu virus insan bədəninə keçdikdən sonra HİV-ə çevrilir. Daha bir ilginc fakt, SİV-li meymunlar bu virusdan ölmürlər.

Beləliklə, Afrikadan başlayan xəstəlik daha sonra Amerika, Qərbi Avropaya yayılıb. ABŞ-da ilk dəfə bu xəstəlik 1981-ci ildə homoseksuallar arasında aşkar edilib. Hazırda təkcə Şərqi və Cənubi Afrikada 20 milyon insanın bu virus daşıyıcısı olduğu deyilir. Ümumilikdə isə hazırda dünyada 38 milyona yaxın insanın bu virusdan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci ildə verdiyi hesabata görə 1981-ci ildən 74,9 milyon insan HİV-ə yoluxub, 32 milyon insan bu virusdan dünyasını dəyişib.

Dünyasını dəyişənlər arasında dünyaca məşhurlar var. Onlardan biri məşhur rok ifaçısı, “Queen” qrupunun yaradıcısı, əsl adı Fərrux Bulsara olan Freddi Merkuridir. 1987-ci ildə QİÇS diaqnozu qoyulan ifaçı virusa yoluxduğunu 1991-ci ilə qədər gizlədib. Lakin həmin ildə mətbuat konfransında virusa yoluxduğunu etiraf edib və bir gün sonra dünyasını dəyişib.

Daha bir virus qurbanı “Psixoz” filmindəki obrazı ilə məşhurlaşan Alfred Hiçkokdur. O, 1992-ci ildə 60 yaşında QİÇS xəstəliyindən dünyasını dəyişib. Dünyaca məşhur reper Erik Linn Rayt da 31 yaşında QİÇS-dən dünyasını dəyişib.

Azərbaycanda QİÇS-lə bağlı vəziyyətə gəldikdə isə rəsmi məlumata görə ölkədə ilk dəfə bu virus 1987-ci ildə afrikalı tələbədə aşkar edilib. Ümumilikdə, 1987-ci ildən 2019-cu ilin ilk 6 ayına qədər 6502 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 4568-i kişi, qalanı qadındır. QİÇS mərhələsində olanların sayı 1757, İİV-dən ölənlərin isə 1076 nəfər olub.

Ebola. Yarasalardan birbaşa insanlara keçən dəhşətli viruslardan biri də Eboladır. Nadir halda rast gəlinsə də Ebola çox təhlükəli bir xəstəlikdir. Epidemiyanın ilk başlanması 2014-cü ildə Mərkəzi və Qərbi Afrikada müşahidə olunub. Orta hesabla bu virusa yoluxanların 50 faizi dünyasını dəyişib. Təkcə Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 11 min 310 nəfər olub.

Hələ də Ebola üçün etibarlı peyvənd yoxdur. Virus daşıyıcısı təkcə yarasalar deyil, meymunlar da ola bilir. Virus insandan insana qan, bədəndaxili mayelər yolu ilə keçir. Hətta dəfn mərasimlərində ölü insana toxunmaq yolu ilə də virusa yoluxmaq mümkündür.

Donuz qripi. Bu xəstəliyə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox insan bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çox olub. Virus nəfəs yolu ilə yoluxma nəticəsində ortaya çıxır. Mütəxəssislər bildirir ki, “Donuz qripi” donuzlarda bütün il boyu özünü biruzə verə bilər. Bu virusa qarşı da hələlik heç bir peyvənd yoxdur. Ümumdünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Lakin mütəxəssislər bildirir ki, “quş qripi”nə qarşı təsirli olan “Tamiflu” və “Relenza” kimi dərmanlar donuz qripinə yoluxanlara da müsbət təsir edir. Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

Quş qripi. Quş qripi hələ qədim dövrlərdə mövcud olub. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-ci ildə ilk dəfə olaraq elmi dildə onu “Toyuq tifi” adını verib. Sonralar Avropada onu “Quş taunu” adlandırıblar. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə “Quş qripi” xəstəliyi adlandırıblar. Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində biruzə verməyə başlayıb. Onun ilk qorxulu nəticələri 2003-2004-cü illərdə Belçikada, Almaniyada, Honkonqda, Hollandiyada, Cənubi Koreyada, Pakistanda və sonrakı illərdə isə dünyanın bir sıra ölkələrində özünü biruzə verməyə başlayıb. Hal-hazırda yüksək dərəcəli patogen quş qripi bütün dünyada yayılıb. Avropa, Amerika və dünyanın digər inkişaf etmiş ölkələrində xəstəliyin qarşısını almaq üçün daimi monitorinqlər keçirilir.

Quşların qrip xəstəliyinin geniş yayılmasına səbəb törədicinin iki tipindən mutasiya nəticəsində 3-cü yeni yüksək patogen tipin – rekonfinantın əmələ gəlməsidir. Alimlər bildirir ki, bunun gələcəkdə çox qorxulu nəticələri ola bilər. Belə ki, mutasiya nəticəsində quş qripi virusunun insandan insana keçə bilən sero variantı əmələ gələrsə, gələcəkdə epidemiya və pandemiya yayıla bilər. Virusların donuzların orqanizminə eyni vaxtda düşməsi nəticəsində (H5N1 virusu donuzların qrip virusu) mutasiya gedə bilər, nəticədə həm insan, həm də quş üçün yeni yüksək patogen sero variantlar yarana bilər.

Quş qripi bütün növ ev quşları, vəhşi quşları, o cümlədən sinantrop quşları yoluxdurur. Xəstəliyin əsas yayılma mənbəyi əsasən xəstəliyə tutulmuş quşlardır. Quş virusu ilə yoluxmuş quşlar aerogen, ağız suyu, kal kütləsi və digər ifrazatlarla virusu xarici mühitə yayırlar. Xəstəlik hava axını, insanlar, nəqliyyat, milçək, böcək və ölü quşlar vasitəsilə yoluxur.

Quş qripi insana keçdikdə və vaxtında müalicə edilmədikdə ölümlə nəticələnir. (musavat.com)

İranda əyalətlərarası səfərlər bərpa olunur

İran hakimiyyəti koronavirus səbəbiylə bölgələr arasında qadağan edilmiş səfərləri bərpa etməyə hazırlaşır.

yasamal.tv azvision.az-a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, aprelin 20-dən əyalətlərarası səfərlərin bərpa olunacağı planlaşdırılır. Ruhani, həmçinin deyib ki, bu bazar günündən etibarən əyalətlər daxilində şəhər və rayonlara səyahət qadağası ləğv edilir.

Abşeronda yol qəzası: 1 yaralı

 

Abşeronda xəsarətlə nəticələnən yol qəzası olub.

yasamal.tv xəbər verir ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Kərimov Mahir Vahid oğlu xəsarət alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı M.Kərimova qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Rusiyada 2 min 186 nəfər koronavirusa yoluxub

Rusiyada bir gün ərzində 2 min 186 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb.

yasamal.tv xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 min 770 nəfərə çatıb.

Həmçinin son sutka ərzində 24 nəfərin sözügedən virusdan öldüyü deyilir. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 130 nəfərdir. (oxu.az)

Atəşkəs 25 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

yasamal.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Azərbaycanda koronavirusa yoluxanların müalicə aldığı xəstəxanadan – REPORTAJ

AzTV koronavirus xəstələrinin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb.

yasamal.tv xəbər verir ki, reportajda ağır xəstələrlə yanaşı, koronavirusla mübarizənin görünməyən qəhrəmanlarının, həkimlərimizin göstərdiyi fədakarlıq nümayiş olunub.

Azərbaycan Televiziyasının (AzTV) Bakıdakı xəstəxanalardan birində hazırladığı və “Xəbərlər” proqramında efirə gedən xüsusi reportajında bir çox mətləblərdən xəbərdar ola bilərlər. Tamaşaçılar həkimlərin hansı əziyyətlərə qatlaşdıqlarını, xəstələrin necə həyat mübarizəsi verdiklərin şahidi ola bilərlər. Virusa yoluxan şəxslərin son vəziyyəti videoda daha aydın göstərilir. Bir çox xəstələrin süni nəfər aparatına qoşulması koronavirusun ciddi xəstəlik olduğununun bariz nümunəsidir.

Həmin reportajı təqdim edirik:

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?