Ev Blog Səhifə 3397

“Arka sokaklar” yenidən yayıma başlayır

İllərdir yayımlanan “Arka sokaklar” serialı koronavirus səbəbi ilə çəkilişlərə fasilə vermişdi.

Millittribuna.az axşam.az-a istinadən xəbər verir ki, baş rollarını Zafer Ergin, Şevket Çoruh, Özgür Ozanın canlandırdığı ekran işi yenidən yayıma start verəcək.

Serialda az sayda köməkçi aktyorlar iştirak edəcək və çəkiliş olan ərazilər dezinkefsiya olunacaq.

Karantin rejimini pozan Yevlax sakinləri saxlanılıb

Generic

 

Generic

Kürdəmir rayonunda karantin rejimini pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

yasamal.tv xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimini kobud şəkildə pozaraq rayona daxil olmaq istəyən Yevlax rayon sakinlərini saxlayıb.

Belə ki, polis əməkdaşları yas yerinə getmək bəhanəsi ilə Kürdəmir rayonuna daxil olmaq istəyən Yevlax rayon sakinləri, 1968-ci il təvəllüdlü Hacıyev Allahverdi Cəlal oğlunu və 1978-ci il təvəllüdlü Cabbarov Tofiq Tapdıq oğlunu saxlayıblar.

Yoxlama zamanı məlum olub ki, saxlanılanlardan biri Allahverdi Hacıyev “8103” qaynar xəttinə mesaj göndərərək yaxınlarının yas yerinə getməsi ilə bağlı icazə alıb. Lakin, polis şöbəsinin əməkdaşları ilə söhbət zamanı həmin şəxsin heç də yas yerinə getmədiyi məlum olub.

Onun həmyerlisi, Tofiq Cabbarov isə özünü su idarəsinin işçisi kimi təqdim edərək icazəsiz rayon ərazisinə girmək istəyib.

Hər iki şəxs saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq olunub. İlkin dindirilmə zamanı onlar karantin rejimini bilərəkdən pozduqlarını etiraf ediblər.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

Pandemiya dövründə əmlak sahibi olmaq əlverişlidirmi?

Elnur Azadov: “Qiymətlərin ucuzlaşması proqnozlaşdırılmır”

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov deyir ki, mənzil sahibi olmaq istəyənlərin müraciətləri artıb.

2020-ci ilin fevralında Azərbaycan bankları tərəfindən 20,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azdır.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Sputnik Azərbaycan-a deyir ki, ötən ilin son aylarında olduğu kimi bu ilin əvvəlində də daşınmaz əmlak bazarında stabillik olduğu kimi davam etdi:

“Fevralda devalvasiya riskləri ilə əlaqədar qiymətlərdə artımlar baş verdi. Hazırda koronavirus pandemiyası ilə əlaqədar daşınmaz əmlak bazarında durğunluq müşahidə edilir. Amma dövlət ipotekası yolu ilə mənzil sahibi olmaq istəyənlərin müraciətləri artıb. Bazarda təkliflərin azlığı və qiymətlərin yüksək olması davam edir. Bu il ipoteka üçün ayrılan vəsait aşağı olsa da, maraq yüksəkdir. Tələbat yüksək oluğundan qiymətlərin ucuzlaşması proqnozlaşdırılmır”.

İcbari Sığorta Bürosuna mətbuat katibi təyin edilib

“Azad Azərbaycan” televiziya kanalında (ATV) yayımlanan “ATV Səhər” verilişinin baş redaktoru Aytən Əliyevaya İcbari Sığorta Bürosunda vəzifə verilib.

yasamal.tv report.az-a istinadən bildirir ki, o, Büroya mətbuat katibi təyin edilib.

Koronavirus ABŞ və Çinin ortaq layihəsidir? – Sensasion iddia

Amerikanın Milli Sağlamlıq İnstitutu Çinin Uhan şəhərində yerləşən və bioloji sınaqların həyata keçirildiyi laboratoriyaya 3.7 milyon dollar ianə edib.

yasamal.tv azvision.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə İngiltərənin “Daily Mail” nəşri çıxış edib.

Nəşr iddia edir ki, ABŞ tərəfindən edilən ianələrlə Uhan Virusologiya İnstitutu laboratoriya şəraitində yarasalar üzərində təcrübələr aparıb. İddiadakı digər bir maraqlı detal isə virusun gen düzülüşünün Uhandan 1600 kilometr məsafədə yerləşən Yunnan mağaralarında yaşayan yarasalarla oxşarlıq təşkil etməsidir.

Çin hökuməti iddiaları qəbul etməsə də, yeni məlumatlar virusun laboratoriya şəraitində hazırlandığının doğruluq payını artırır. Təsdiqlənməmiş digər bir iddiaya əsasən, İnstitutdakı alimlər viruslu qanı səhvən havaya püskürdüb və daha sonra COVİD-19 yerli əhaliyə yoluxub. Beləliklə, virus geniş yayılaraq pandemiyaya çevrilib.

Təsdiq olunan isə odur ki, COVİD-19 viruslara qarşı güclü immuniteti olan yarasalardan insanlara yoluxub. Belə ki, yarasaların güclü immunitetinə müqavimət göstərən virus sürətli şəkildə özünü çoxalda bilib və mutasiya olunub. Beləliklə, yarasalarda güc toplayan COVİD-19 zəif immunitetli insanları öldürə bilən təhlükəli xəstəliyə çevrilib.

COVİD-19-un ən təhlükəli tərəfi isə SARS-dan fərqli olaraq gizli inkubasiya dövrü keçirməsidir. Çünki SARS virusunda xəstəlik özünü dərhal büruzə verirdi və həkimlər onu erkən təsbit edə bilirdi. Bu səbəbdən SARS pandemiyaya çevrilə bilmədi. COVİD-19 isə ilk vaxtlarda əlamətlərini gizlədə bilir.

Yəni bir çox insan COVİD-19-a yoluxduğunu bilmədən günlərlə başqalarını da virusa yoluxdura bilər.

Ermənistanda hərbçi özünü asdı

Ermənistanda 32 yaşlı hərbi qulluqçu intihar edib.

Millittribuna.az oxu.az-a istinadən xəbər verir ki, onun meyiti ağacdan asılmış şəkildə tapılıb.

İntihar edən şəxs Ararat rayon sakini 32 yaşlı A.Rafikdir. Onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb.

A.Rafik Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində müqaviləli hərbi qulluqçu kimi xidmət edirmiş.

Goranboy sakini koronavirusun dərmanını tapıb? – Video

Dünyanı cənginə alan koronavirusdan qorunmaq, xəstəliyin hər hansı vaksinini, dərman bitkisini tapmaq hər kəs üçün maraqlıdır.

yasamal.tv Baku.Tv-ə istinadən xəbər verir ki, əslində dünya alimləri son üç ayını elə koronavirusun dərmanını tapmağa sərf ediblər, desək yanılmarıq.

Goranboyun Borsunlu kəndində yaşayan 67 yaşlı Ələddin Abbasov isə iddia edir ki, o, alimlərdən fərqli olaraq, xəstəliyin dərmanını tapıb. Bunu axtarmaq üçün də uzağa getməyə ehtiyac yoxdur. Elə bizim “milli mənəvi dəyərimiz” sayılan üzərlik bitkisi həmin virusu məhv edir. Yabanı halda bitən bitkinin qurusunu yandırmaqla, onun tüstüsünü qoxulayıb, mikrobları öldürmək mümkündür.

Aran rayonlarında rast gəlinən üzərlik daha çox nəzər qaytarmağı ilə tanınır. Ələddin kişi isə bitkini gündəlik evdə yandırmaqla nəzərləri yox, virusları məhv etdiyi bildirir.

Bir neçə müddət əvvəl Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da ölkəsində kornovirusdan qorunmaq üçün üzərlikdən istifadəyə üstünlük verilməsinin vacib olduğunu demişdi.

http://

Hasilatın azaldılması nefti bahalaşdıracaqmı?

Beynəlxalq ekspertlər aydınlıq gətirdi.

yasamal.tv xəbər verir ki, dünya bazarlarında neftə olan tələbat koronavirus pandemiyası ilə əlaqədar xeyli azalıb. “OPEC+” alyansının G20 ölkələrinin Enerji nazirlərinin də iştirakı ilə bu həftə keçirilən müzakirələri hasilatın azaldılması problemini həll edib. Hasilatçı ölkələr iki ay müddətinə istehsalın gündəlik 10 milyon barrel azaldılması barədə razılığa gəliblər. Təkcə Meksika ondan tələb olunan 400 min barrel həcmində azaldılma ilə razılaşmayıb. OPEC digər ölkələrin hasilatı 5 milyon barrel azaldacağını gözlədiyini elan edib və G20 qrupu da bu qərarı dəstəkləyib.

Beynəlxalq ekspertlər Al-Arabiya telekanalında yaxın aylarda qlobal neft bazarında vəziyyəti şərh ediblər.

“OANDA” treydinq firmasının marketinq üzrə analitiki Ceffri Halley bildirib ki, Meksika ilə ABŞ arasında sövdələşmə o qədər də aydın deyil. Belə ki, Prezident Donald Tramp Meksikanın imtina etdiyi gündəlik 250 min barrel nefti kimin kompensasiya edəcəyinə aydınlıq gətirməyib. Digər tərəfdən, ABŞ-da da hasilatın azaldılmasına kimin sərəncam vermək hüququna malik olduğu da bilinmir. Ekspertin sözlərinə görə, növbəti addım aprelin 12-də Meksika ilə Səudiyyə Ərəbistanı arasında aparılacaq müzakirələr olacaq. O əlavə edib ki, Ər-Riyad bu görüşdə qarşı tərəflə kompromis əldə edə bilər. C.Halley onu da qeyd edib ki, bazar ertəsi Brent markalı neftin qiyməti yenidən kəskin azala və hər barrel üçün 25 dollara düşə bilər. Onun sözlərinə görə, gündəlik 10 milyon barrel azalmanın yaxın bir ayda neftin qiymətlərinə əhəmiyyətli dərəcədə təsiri də şübhə altındadır. Belə ki, Kanada və ABŞ-ın hasilatın azldılması ilə bağlı mövqeyi tam aydın deyil.

“Verocy&Global Head Startegy and Risk of Berry Commodities” Fondunun direktoru Siril Viddershoven isə qeyd edib ki, hazırkı vəziyyət tamamilə aydındır. Onun sözlərinə görə, “OPEC+” alyansı və G20 qrupu gündəlik hasilatı 17-25 milyon barrel azltmayana qədər bazarları idarə etmək mümkün olmayacaq. Expert əlavə edib ki, neftə tələbatın ən aşağı səviyyədə olduğu hazırkı vəziyyətdə 10-15 milyon barrel həcmində azalma təkcə qiymətlərin indiki səviyyədə qalmasını təmin edə bilər. Viddershovenin sözlərinə görə, anbarların dolu olduğu və əlavə ehtiyac olmadığı anda qiymətlərin yenidən aşağı düşəcəyi istisna olunmur, çünki koronavirus pandemiyasının ciddi təsiri davam edir. Eyni zamanda, ekspert vurğulayıb ki, OPEC ölkələri, xüsusən Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri və Küveyt arasında mübahisələr davam edir və sonuncuların öz öhdəliklərini yerinə yetirəcəyi də şübhə altındadır.

Viddershoven diqqətə çatdırıb ki, ABŞ Administrasiyası da ölkədəki neft şirkətlərini hasilatı azaltmağa məcbur etmək gücündə deyil. Onun sözlərinə görə, Birləşmiş Ştatların neft ehtiyatlarının həcmi müvəqqəti olaraq yerli istehsalçılardan xam neft qəbul etməyə imkan verir və onların da dolması yerli şirkətlərin iflası ilə nəticələnə bilər. Eyni zamanda, şist neftinin gündəlik 2-4 milyon barrel azalması bazarlarda sabitlik yarada bilər.

“Rystad Energy” şirkətinin neft bazarları üzrə analitiki Luis Diksonun fikrincə, hazırkı vəziyyətdə “OPEC+” alyansının əməkdaşlığı və atdığı addımlar misilsizdir. O qeyd edib ki, indi neft hasilatçısı ölkələr daha çox həmrəy olmalı, kompromis variantlara üstünlük verməlidir. Ekspert əlavə edib ki, 2020-ci il ərzində hasilatın gündəlik 10 milyon barrel azaldılması və koronavirus pandemiyası ilə bağlı vəziyyətin sabitləşməsi qlobal neft bazarında müsbət meyillər yaradacaq. Lakin Dikson mayın 1-dək Brent markalı neftin qiymətlərinin hər barrel üçün 30 dollardan yuxarı olmayacağını bildirib. Çünki Həmin tarixədək öhdəlik götürən ölkələr hasilatın azaldılması istiqamətində tədbirlər görməlidir. “Neft maşını o qədər də çevik deyil və ani olaraq düyməyə basıb hasilatı azaltmaq da mümkünsüzdür”, -deyə o vurğulayıb.

“IHS Market” şirkətinin vitse-prezidenti Rocer Diven proseslərin xeyli mürəkkəb olduğunu və qlobal neft bazarında sabitlik yaranması üçün xeyli iş görülməsi zəruruliyini qeyd edib. Alınan qərarların “yaxşı başlanğıc” olduğunu da diqqətə çatdıran ekspertin sözlərinə görə, daha mühüm amil koronavirus pandemiyasının tezliklə sona çatması olacaq. R.Diven, həmçinin Meksika ilə bağlı problemin də həllinin vacib olduğunu söyləyib.

“Derasat” treydinq şirkətinin analitiki Ömər Əl-Ubaydil isə bildirib ki, Meksika ilə bağlı problem həll edilsə belə, əsas məsələ qarşıdakı aylarda hasilatın azaldılmasının monitorinqi və razılaşma tərəflərinin öhdəliklərinə əməl etməsi olacaq(azərtac).

Boris Conson xəstəxanadan evə buraxıldı

Böyük Britaniyanın Baş naziri Boris Conson xəstəxanadan evə buraxılıb.

Millitribuna xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü məlumat verib.

Boris Consonun müalicəsi davam etdiyi üçün həkimlərin tövsiyəsi ilə o, dərhal işə geri dönməyəcək, Çequersdəki Baş Nazirə məxsus evdə müalicəsini davam etdirəcək.

Xatırladaq ki, koronavirusa yoluxduğu təsdiqləndikdən sonra B. Conson 11 gün ev şəraitində karantində olub. Ancaq o, sonuncu videomüraciətində bildirib ki, virusun simptomları hələ də özünü göstərir və yüksək hərarəti var. Aprelin 5-də B. Conson müayinə üçün xəstəxanaya göndərilib. Baş Nazir həkiminin məsləhəti ilə xəstəxanaya aparılıb.

Baş Nazirin ofisi B. Consonun xəstəxanaya getməsinin təcili hal olmadığını, ehtiyat xarakterli olduğunu deyib. Aprelin 6-da isə Baş Nazir koronovirus simptomları kəskinləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib. Aprelin 9-da axşam saatlarında isə Boris Conson reanimasiyadan palataya köçürülüb. (apa)

Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66 677 test aparılıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?