Ev Blog Səhifə 3313

Əmək müqaviləsinin müddəti nə qədər olmalıdır?

İşəgötürənlə işçi arasında imzalanan əmək müqaviləsi ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsində əksini tapıb

İşəgötürənlə işçi arasında imzalanan əmək müqaviləsi ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsində əksini tapıb.

Əmək Məcəlləsinin 45-ci maddəsində əmək müqaviləsinin müddəti haqqında izahat verilib. Göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

Oruc tutmağın – Faydaları

Ramazan mənəvi cavanlaşma ayı sayılır. İslamın beş şərtlərindən biri olan orucluğa düzgün yanaşılsa, ondan çoxsaylı faydalar əldə etmək olar.

yasamal.tv xəbər verir ki, bizim pəhrizlə bağlı vərdişlərimiz dini etiqadımızla həmahəng olanda enerji mənbəyinə çevrilə, bizim şüurumuzu, bədənimizi və ruhumuzu zənginləşdirə bilər.

Ramazanda tutulan orucun aşağıdakı üstünlükləri var

Orqanizmin istirahəti

İftar ərəfəsində adam özünü süst hiss etsə də, əslində, oruclu olduğu müddətdə daxili orqanlarımız gündəlik yüklənmədən dincəlir. Qida və maye qəbulundan imtina etməklə, beyin qidanın həzm olunması üçün nəzərdə tutulan enerjini orqanizmin digər funksiyalarına yönəldir.

Detoksikasiya

Orqanizm həzm prosesindən dincələn zaman, əsas diqqəti bədənin toksinlərdən təmizlənməsinə və özünübərpaya yönəldir.

Xroniki xəstəliklər riskinin azalması

Amerika Müalicəvi Qidalanma Jurnalında dərc olunmuş Krist A. Varadi və Mark K. Hellerstaynın başçılığı altında aparılmış “Alternativ ac qalma və xroniki xəstəliklərin profilaktkası: heyvanlar və insanlar üzərində aparılan sınaqların icmalı” adlı tədqiqat haqda məqaləyə görə, Ramazan ayında tutulan oruca analoji olaraq bir həftə ərzində fasiləsiz şəkildə saxlanılan pəhriz ürək-damar xəstəlikləri, diabet və xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.

Beynin müdafiəsi

Kaliforniyanın Skripps Elmi-Tədqiqat İnstitutunun immunologiya və mikrobiologiya kafedrasının Alirezai M.İ və digər alimlərin (Alirezaei M1, Kemball CC, Flynn CT, Wood MR, Whitton JL, KiossesWB.) başçılığı altında apardığı tədqiqat göstərib ki, oruc tutan zaman insanın orqanizmində beynin hüceyrədaxili immunitet mexanizmi işə düşür. Bu isə öz növbəsində beyin hüceyrələrinin stress faktorlarından qorunma funksiyasını aktivləşdirir.

Tədqiqatda qeyd olunur ki, oruc tutan zaman ac qalmaqla insanın bədənində “neyron autofagiya” mexanizmi işə düşür. Bu mexanizmə görə, ac qalan vaxt, hüceyrələr zədəli orqanelləri və köhnə zülalları məhv etməklə özünü bir növ detoksikasiya edir, zərərli zərrəciklərdən təmizləyir.

Başqa bir tədqiqata görə, ac qalmaq beynin neyrotrofik faktorunu (brain neurotrophic factor BDNF) artırır. Bu isə hafizənin güclənməsinə, öyrənmə prosesinin yaxşılaşmasına, analitik bacarıqların artımına vəsilə olur. Aşağı BDNF səviyyəsi daha çox altsheymerdən əziyyət çəkən xəstələrdə müşahidə olunur.

Qida həzmində iştirak edən hormonların nizamlanması

Oruc tutan adamın orqanizmində insulin, leptin və qrelin normal səviyyəyə düşür. İnsulin qanda şəkər səviyyəsini normada saxlamağa imkan verən hormondur, leptin toxluq, qrelin isə aclıq hormonudur. Bu hormonların miqdarının nizamlanması o anlama gəlir ki, bədən həmin hormonlara daha həssas olur və orqanizmin öz funksiyalarını yerinə yetirməsi üçün külli miqdarda hormona ehtiyac qalmır.

İnsulinə qarşı tolerantlıq diabet şəklində özünü biruzə verə bilər, leptin və qrelinə qarşı tolerantlıq isə piylənməyə yol aça bilər. Mədənin qrelin hormonu iştahı artırır, eyni zamanda, beyində yeni hüceyrələrin artımını stimullaşırır, onu qocalmanın fəsadlarından qoruyur. Oruc tutan bəzi adamların, oruc vaxtı diqqətlərinin itiləşməsini demələrində bu baxımdan həqiqət var.

Aclıq hormonu sayılan qrelinin iş mexanizmi belədir: bir neçə saat ac qaldıqdan sonra, yəni mədə tam boşaldıqdan sonra, bu prosesə cavab olaraq qanda qrelinin miqdarı artır.

Ayrı-ayrı tədqiqatlarda isbat olunub ki, yüksək qrelin səviyyəsi qavrama, öyrənmə, hafizəyə müsbət təsir göstərir, beyində neyron bağlarının miqdarını artırır; neyron bağlar, məlum olduğu kimi, insanın analitik bacarıqlarının artırılması baxımından əsas mexanizm sayılır.

Böyük Britaniyanın Suonsi Universitetindən olan Ceffri Devis və onun komandası qrelinin beyin hüceyrələrinin parçalanması və çoxalması prosesini – yəni neyrogenezi stimullaşdırdığına dair daha bir elmi sübut tapıb. Onlar laborator şəraitdə beynin hüceyrələrinə hormon əlavə edən zaman bunun (neyrogenez prosesini işə salan) fibroblastların artımı faktorunu aktivləşdirdiyini görüblər. Qrelinin bu effekti C.Devisin dediyinə görə, hafizəyə yaxşı mənada təsir göstərir. Alimin başçılığı altında aparılan tədqiqatın nəticələri Britaniya Neyro-Elmi Assosasiyasının Konfransında təqdim olunub.

Hesab olunur ki, beynin gənc hüceyrələri yeni yaddaşın formalaşmasına vasitəçilik edir. Bu, cavan beyin hüceyrələrinin impulslara daha çevik reaksiya verməsi ilə izah olunur.

“Bu neyronlar qocalardan fərqli olaraq, daha asan aktivləşir və yeni xatirələrin hafizəyə həkk olunması prosesində iştirak edir”, – deyə Devis bildirib.

Bu hələ harasıdır, məhdud kalorili pəhriz həm də ömrü uzadır

Bu tədqiqatların nəticəsi bir sıra neyrodegenerativ xəstəliklərin, o cümlədən, Parkinson xəstəliyinin müalicəsində mühüm rol oynaya bilər. Parkinson xəstəliyi zamanı, məlum olduğu kimi, beyin hüceyrələri itirilir. Buna qədər aparılmış tədqiqatlar, o cümlədən, Devisin tədqiqat qrupunun apardığı elmi təcrübələr göstərib ki, qrelin Parkinson xəstəliyinin bir formasından qorunmağa kömək edə bilir.

Növbəti eksperimentlərin gedişində Devisin komandası qrelinin Parkinson xəstəliyini təqlid etməsi təklif olunan beyin hüceyrələrini mühafizə etdiyini üzə çıxarıb. Devisin həmkarı Amanda Hornsbi təcrübədə iştirak edən demensiyalı 28 könüllünün hər birinin qanında qrelin miqdarının normadan aşağı olduğunu müəyyən edib. Tədqiqatın nəticəsi onu göstərir ki, qrelin və oxşar şəkildə fəaliyyət göstərən digər kimyəvi maddələrdən Parkinson xəstəliyinin müalicəsində istifadə etmək olar.

Fasiləli oruc

Müntəzəm olaraq pəhriz saxlayan insanlarda (qəbul etdiyi kalorilər tövsiyə olunan gündəlik rasiondakından 25 faiz az olan pəhriz nəzərdə tutulur) qanda normal şəkər səviyyəsi müşahidə olunur. Bu cür qidalanma həm də, koqnitiv bacarıqları yaxşılaşdırır. Habelə, alimlər bu məsələdə iki cəbhəyə bölünür. Bəzi tədqiqatçılar aşağı kalorili pəhrizin, əksinə, insanın zehnini zəiflətdiyini iddia edir.

Məhdud kalorili pəhrizin bəzi faydalarından yararlanmağa çalışan insanlar fasiləli oruc tutur. Məsələn, 5-2 sistemi ilə; yən beş gün ərzində normal qida rasionu qəbul edirlər, növbəti iki gündə isə aşağı kalorili qidalarla qidalanırlar (günə təxminən 500 kalori), beləcə orqanizmdə qrelin miqdarını artırırlar. Almaniyanın Münhen Texniki Universitetindən olan Nikolas Kunatın bildirdiyinə görə, yeni beyin hüceyrələrinin daha effektiv fəaliyyətinə bir neçə gün və ya həftə tələb olunur. Ona görə insanlar müvəqqəti aclığın onların zehni qabiliyyətlərini dərhal artıracağını gözləməməlidirlər.(yenicag.az)

Ödənilməyən alimenti nənə və babadan tələb etmək olarmı?

Nikahın pozulmasından sonra tərəflər arasında yaranan əsas problemlərdən biri də alimentin ödənilməsi ilə bağlı olur.

Nikahın pozulmasından sonra tərəflər arasında yaranan əsas problemlərdən biri də alimentin ödənilməsi ilə bağlı olur. Belə ki, bir çox hallarda ata alimenti ödəməkdən boyun qaçırır və ya müəyyən səbəblərdən həmin alimenti ödəmək imkanına sahib olmur. Belə olduğu halda alimenti nənə və ya babadan tələb etmək olarmı?

Hüquqşünas Nemət Ağalarov e-huquq.az-a açıqlamasında bildirib ki, bu, istisna hallarda mümkündür.

“Alimentin ödənilməsi ilə bağlı qətnamədə tərəflər ata və anadan ibarət ola bilər. Ata əmək qabiliyyətinə malikdirsə, o, müəyyən edilmiş alimenti ödəmək məcburiyyətindədir. Lakin yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir”, – deyə N.Ağalarov qeyd edib.

Badam südünün faydaları

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır.

Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqnezium və spermatogenezi yaxşılaşdıran selenlə zəngindir.

Badam təbii afrodiziakdır və libidonu gücləndirmək xüsusiyyətə malikdir.

Saglamolun.az bildirir ki, xalq təbabətində potensiyanı yaxşılaşdırmaq və gücləndirmək üçün badam “südü”ndən istifadə olunur. Badam südünü hazırlamaq üçün bizə 1 ovuc (təxminən 30 qr) badam, 1 stəkan qaynanmış su, 1 ç.q. bal və 1 çimdik darçın lazım olacaq.

Badamı axşamdan ilıq suda isladın, səhər yaxşı yuyun, qabıqlarını soyun. Badamı 1 stəkan su əlavə edib təxminən 5 dəqiqə ərzində blenderdə əzin. Südə oxşayan ağ rəngdə maye alınır.

Sonra qarışığa bal və darçın əlavə edin, qarışdırın və səhər yeməyindən 20-30 dəqiqə əvvəl için.

Tokio Yay Olimpiya Oyunları ləğv oluna bilər

“Əgər gələn il koronavirus pandemiyası üzərində nəzarət ələ alınmazsa, yarış keçirilməyəcək”.

yasamal.tv xəbər verir ki, bu açıqlama ilə Oyunların Təşkilat Komitəsi çıxış edib.

Qeyd edək ki, Tokio Olimpiadası bu il keçirilməli olsa da, yarış koronavirus təhlükəsinə görə gələn ilə qədər təxirə salınıb.(oxu.az)

Yüksək təzyiqdən əziyyət çəkənlərə HİL kömək edəcək

Hilin faydaları saymaqla bitmir. Bu möcüzəvi ədviyyat orqanizmə mikrob, virus və iltihab əleyhinə təsir edir, həzm proseslərini yaxşılaşdırır, arıqlamağa kömək edir, orqanizmi cavanlaşdırır və s.

Lakin hilin ən böyük faydası onun ürək-damar sisteminə olan inanılmaz müsbət təsiridir.

Saglamolun.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, araşdırmaların nəticələrinə görə, hil yüksək təzyiqi aşağı salmağa çox yaxşı kömək edir.

Elmi araşdırma zamanı hipertoniyadan əziyyət çəkən bir qrup xəstə hər gün hil qəbul edirdi. Eksperiment göstərib ki, bu xəstələrin təzyiqi tədricən normallaşırdı və 3 aydan sonra 140/90 c.st aşağı, bəzilərində hətta norma daxilində (120/80 c.st.) idi.

Mütəxəssislər yüksək təzyiqdən əziyyət çəkənlərə hər gün hil qəbul etməyi tövsiyə edirlər. Hili çaya və ya südə, yeməklərə əlavə etmək olar.

Həmçinin hili çeynəmək də olar. Bu həm təzyiqi salmağa yardım edəcək, həm də ağız boşluğuna antiseptik təsir göstərəcək və nəfəsi təravətləndirəcək.

Bakıda hədə-qorxu gələn sürücü tutuldu

“Paytaxtda hərəkət zamanı digər avtomobilin qarşısını kəsərək, sürücüyə qarşı nalayiq ifadələr işlədən şəxs saxlanılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan süjetlə bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal tədbir görülüb:

“Həmin şəxs saxlanılıb. Hazırda araşdırma davam etdirilir. Şikayətçi və eləcə də, məsələdə adı hallanan şəxslərin izahatları alınıb. İnsident olan əraziyə baxış keçirilib. Şikayətçinin dediyi əsasında müvafiq araşdırmalar aparılıb”.

“Toplanılan sənədlər Suraxanı Rayon Məhkəməsinə göndəriləcək”, – deyə V.Əsədov qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Qaraçuxur qəsəbəsi, Zığ-Mədən yolunda hərəkətdə olan avtomobilin arxasından gələn “Mercedes” markalı, 99-RZ-878 qeydiyyat nişanlı avtomobilin sürücüsünün yüksək sürətlə hərəkət edərək, qarşıdakı sürücüdən yol istəməsinin görüntüləri yayılıb.

Qarşıdakı sürücünün yol vermədiyini görən “Mercedes”in sürücüsü səs siqnalı verərək, onun qarşısını kəsib. O, daha sonra avtomobildən düşərək, sürücünün yanına gəlib, nalayiq söyüşlər söyməyə başlayıb. Üstəlik, sürücüyə əl-qol ataraq, hadisə yerindən qaçmağa başlayıb.

Bill Qeyts: “Dünya 1-2 ildən tez olmayaraq normal həyata qayıdacaq”

“Koronavirus pandemiyası fonunda tətbiq olunan məhdudiyyətlərin ləğvi normal həyata qayıdış anlamına gəlməyəcək – bu, bir ildən və ya hətta iki ildən sonra olacaq”.

Milltribuna.az trend-ə istinadən bildirir ki, bu fikri xeyriyyəçi və Microsoft korporasiyasının qurucularından biri Bill Qeyts Le Figaro qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, biz normal həyata bir ya da iki ildən tez olmayaraq qayıdayacağıq:

“Test və izləmə sisteminin vasitəsi ilə infeksiya sahələrini tez bir zamanda müəyyən edə və onlara nəzarət edə bilərik. Ancaq tamamilə normal fəaliyyətə qayıtmayacağıq, çünki insanlar yoluxma ehtimalı ilə əlaqədar çox narahat olacaqlar və davranışlarını kəskin şəkildə dəyişdirəcəklər”.

Sahibkarın fikrincə, müalicə metodları üzərində iş son dərəcə vacibdir və davam etməlidir, bununla birlikdə peyvəndlərin inkişafı normal həyata qayıtmaq üçün əsas addım olmalıdır.

“Peyvəndin hazırlanması üçün demək olar ki, bütün işlər özəl sektorda aparılır və biz [Bill və Melinda Qeyts fondu] neytral oyunçu olduğumuzdan və bütün mütəxəssislərlə əlaqə qurduğumuzdan (şirkətin əksər rəhbərləri ilə əlaqə saxlayıram), onların istehsal müəssisələrinin təqdim etmələrini xahiş edirik. Onlardan 7 milyard doza, bəlkə də 14 milyard doza peyvənd istehsalının mümkünlüyünü nəzərdən keçirmələrini xahiş edirəm”.

Tramp Kimin səhhətindən danışıb

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının sədri Kim Çen Inın səhhəti ilə bağlı açıqlama verib.

“Report” xəbər verir ki, Ağ Ev lideri keçirdiyi brifinqdə jurnalistlərin Kim Çen Inla bağlı yaxın gələcəkdə dəqiq məlumat ala biləcəklərini söyləyib:

“Sizə dəqiq bir şey deyə bilmərəm. Çox yaxşı bir fikrim var, amma indi bu barədə danışa bilmərəm. Ona yalnız ən yaxşı arzularımı çatdırıram. Ümid edirəm ki, onunla hər şey yaxşıdır. Mən onun hazırda özünü necə hiss etməsindən xəbərdaram. Bu barədə siz yaxın vaxtlarda məlumat ala biləcəksiniz ”.

Rusiya kəşfiyyatı Praqa merini zəhərləmək istəyib? – Qalmaqal

Çexiya jurnallarından biri Rusiyanın Praqa merini zəhərləmək planlarından yazdıqdan sonra şəhər rəhbərinin polis qorumasına alındığı bildirilir.

Həmin jurnal iddia edirdi ki, Rusiya Praqa merindən başqa, bir çex rəsmini də hədəfə götürməyi planlaşdırır.

Praqa meri Zdenek Hrib aprelin 27-də Rusiyanın “Exo Moskvı” radiosuna müsahibəsində artıq bir neçə həftədir ki, polis mühafizəsində olduğunu təsdiq edib. Bundan əvvəl Çexiyada çıxan “Respekt” jurnalı yazmışdı ki, Rusiya kəşfiyyatı Hribi və Praqa 6-cı rayonunun bələdiyyə başçısı Ondrej Koları zəhərləməyi planlaşdırır.

Kəşfiyyat orqanlarındakı mənbələrə istinad edən “Respekt” yazıb ki, Rusiya kəşfiyyat zabiti olduğu ehtimal edilən şəxs Çexiya paytaxtına üç həftə bundan əvvəl diplomatik pasportla gəlib. O da qeyd olunurdu ki, həmin şəxsin çemodanında risin maddəsi tapılıb.

Hrib Praqada Rusiya səfirliyinin yerləşdiyi meydana Putinin qətlə yetirilmiş opponenti Boris Nemtsovun adının verilməsi ideyasını dəstəkləməklə Moskvanı qəzəbləndirmişdi. Kreml Koları Praqanın eyni rayonunda sovet marşalı Ivan Konevin abidəsinin sökülməsi qərarının qəbulunda ittiham edir.

Bu iki hadisədən sonra Praqa və Moskva arasında münasibətlər daha da gərginləşmiş və bunun dərhal ardınca Çexiya Səhiyyə və Daxili İşlər nazirliklərinə, habelə xəstəxanalara və hava limanına haker hücumları edildiyi bildirilmişdi.

Çexiya hökuməti zəhərləmə cəhdi iddiaları ilə bağlı rəsmi mövqe bildirməyib. Çexiya polisinin sözçüsü Jiri Danek “Azadlıq” radiosuna bu işə Daxili İşlər Naziyliyinin baxmadığını deyib.

Çexiya Mütəşəkkil Cinayətkarlıq İdarəsi də hadisə ilə bağlı şərh verməyib.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov ittihamları saxta adlandırıb.

“Exo Moskvı” radiosuna müsahibəsində Hrib deyib ki, o həyatının üzləşdiyi riskə baxmayaraq mövqeyində qalır: “Məni mühafizə ilə Çexiya polisi təmin edir. Bu onların qərarıdır. Amma mən bunun səbəbləri barədə şərh verə bilmərəm”.

Hribin sözçüsü Vit Hofman isə deyib ki, xüsusi mühafizənin hələ nə müddətdə davam edəcəyi bilinmir. Hofman əlavə edib ki, Hrib son günlər izləndiyi barədə şübhələrini və narahatlığını polisə bildirmişdi. Kolar da Çexiya mediasına polis mühafizəsi altında olduğunu təsdiq edib. “Mən həyatıma görə narahat deyiləm. Mən ondan narahatam ki, respublikamız bu tamamilə səriştəsiz hökumətə görə yerlə sürünür və xarici bir dövlətə öz ərazisində istədiyini etmək imkanı verir”.

“Respekt” jurnalı yazmışdı ki, kəşfiyyat zabiti olduğu güman edilən şəxsi hava limanında diplomatik maşın qarşılayıb və o Rusiya səfirliyinə aparılıb. Jurnal diqqəti belə bir məqama çəkir ki, sözü gedən şübhəli Praqaya, Çexiya Respublikasında şübhə altında olan başqa kəşfiyyat zabitləri Avropanın müxtəlif yerlərinə göndərildikləri bir vaxtda gəlib.

Kolar onun rəhbərlik etdiyi paytaxt rayonunda aprelin 3-də marşal Konevin heykəli götürüldükdən bəri Moskva tərəfindən hücumlara məruz qalırdı. Moskva heykəlin götürülməsini özü üçün təhqir saydığını bildirmişdi.

Praqa və Moskva arasında münasibətlər Praqadakı Rusiya səfirliyinin yerləşdiyi meydana Putinin qatı tənqidçisi Boris Nemtsovun adı verildikdən sonra daha da gərginləşib. Rusiya səfirliyi bildirib ki, gələcək fəaliyyətində “Boris Nemtsov meydanı” ünvanından yox, bu meydana bitişik küçələrdən birindəki ünvandan istifadə edəcək.(azpolitika.info)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?