Ev Blog Səhifə 3312

BP Azərbaycanda neft hasilatını azaldır

Böyük Britaniyanın BP şirkəti OPEK+ sazişində iştirak edən ölkələrdə neft hasilatını azaltmağa hazır olduğunu bildirib.

yasamal.tv-ın məlumatına görə, bunu BP-nin upstream-layihələr üzrə icraçı maliyyə direktoru Mürrey Oçinkloss investorlarla videokonfrans zamanı deyib.

O bildirib ki, hazırda hasilatın azalması barədə danışıqlar aparılır:

“Bu gün biz Anqola, Azərbaycan, Rusiya və Yaxın Şərqdə danışıqlar aparırıq. Konkret rəqəmlər məlum deyil, amma onu deyə bilərəm ki, OPEK+ sazişi ilə əlaqədar ikinci rübdə hasilatın azalmasının şahidi olacağıq”.

Qeyd edək ki, OPEK+ sazişi çərçivəsində hasilatçı ölkələr may-iyun aylarında hasilatı sutkada 9,7 milyon barrel azaldacaq. (trend)

Azərbaycanda 2 kredit ittifaqının lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ölkədə fəaliyyət göstərən daha 2 kredit ittifaqının lisenziyası ləğv edilib.

“Report” xəbər verir ki, bunlar Sumqayıt şəhərindəki “Böyük İstisu” və Quba rayonundakı “Əlif” kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 45-dən 43-ə düşüb.

Saxta arayışlar satan şirkət rəhbəri saxlanıldı

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışların hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib, həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. Orxan Ələkbərov və digər şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

İrandan İsrailə sərt mesaj: “Peşman olacaq!”

“İsrail Qərbi Şəriyənin bir hissəsini işğal etməyə təşəbbüs göstərsə, peşman olacaq”.

yasamal.tv xəbər verir ki, bunu İran parlament sədrinin Beynəlxalq əlaqələr üzrə müşaviri Hüseyn Əmir Abdullahian Tvitter hesabında yazıb.

Qeyd edək ki, İsrailin Qərbi Şəriyədə 250-dən çox yəhudi yaşayış məntəqəsi mövcuddur.(axar.az)

İlham Əliyevlə AYİB-in prezidenti arasında videokonfrans keçirildi

Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.

yasamal.tv xəbər verir ki, videokonfransda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi və Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir Mikayıl Cabbarov iştirak ediblər.

Qurban Qurbanov: “Problem aşkar görünəcək”

“Evdə keçilən məşq ciddi hazırlıq proqramı deyil. Amma futbolçuların az da olsa tonusda qalması üçün verilən məşq proqramıdır”.

Bunu apasport.az saytına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Onlayn rejimdə məşqin xeyrindən bəhs edən təcrübəli çalışdırıcı Peşəkar Futbol Liqasının dünənki qərarına da münasibət bildirib. Qurbanovun fikrincə, mayın 4-də karantin rejimi bitsə, ayın 23-nə qədər komandanı fasilədən sonrakı ilk oyuna hazırlamaq mümkün olacaq: “Əgər mayın 4-də karantin rejimi bitərsə, normal məşqlərə başladıqda ev rejimindəki məşqin az da olsa xeyrini görəcəyik. Düşünürəm ki, bu amil hazırlığımızı 15-20 faiz tezləşdirəcək. Mayın 4-dən 23-nə qədər olan müddət nə çox uzun, nə də qısadır. Hesab edirəm ki, bu müddət ərzində futbolçuları normal vəziyyətə çatdırmaq olar. İstənilən halda, məşq prosesi başqadır. Bütün futbolçular oyun praktikasından əziyyət çəkəcəklər. Meydanda bu problem daha aşkar vəziyyətdə görünəcək. Hətta fiziki hazırlıq, güc yerində olsa belə, oyun baxımından problem yaşanacaq. Təbii ki, rejim bütün komandalar üçün eyni olacaq. Bunları düşünmədən 20 günə yaxın olan vaxtdan səmərəli istifadə etməliyik. Mayın 23-nə qədər komandanı normal vəziyyətə gətirməyə çalışacağıq. Yəqin ki, futbolçuları meydana çıxarmaq üçün bu müddət kifayət edər”.

48 yaşlı mütəxəssis FİFA-nın həm cari, həm də gələn mövsüm matçlar zamanı komandalara 3 deyil, 5 əvəzləmə icazəsi verilməsi təklifini də dəyərləndirib. Ağdam klubunun çalışdırıcısı Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklifi təsdiq etsə, bu, klubların xeyrinə olacaq: “Bu addımı normal qarşılayıram. Bu onu göstərir ki, FİFA, UEFA hazırkı durumu dərindən düşünür, təhlil edirlər. Həm komandaları, həm futbolçuları düşünürlər. Əlbəttə, 5 dəyişiklik heç də az deyil. Bu məqam komandaya bir tərəfdən kömək edə bilər. Amma digər tərəfdən oyun nizam-intizamı pozula bilər. Mən də həmin xəbəri oxumuşam. Səhv etmirəmsə, 5 dəyişikliyin 3 dəfəyə edilməsinə imkan yaradacaqlar. Hər komandanın əvəzləməsi üçün 5 dəfə oyun dayandırılsa, bu, çox vaxt aparacaq. Verilən qərarları normal qarşılayıram. Onsuz da, hər 2-3 ildən bir hansısa dəyişikliyin şahidi oluruq. Futbol qurumları əsasən komandaları və futbolçuları düşünürlər, oyunların daha maraqlı keçməsinə çalışırlar. İndiki durumda ehtiyatımızı qoruyub saxlamalıyıq. 5 dəyişikliklə bağlı düşüncə pis deyil. Gələcəkdə necə olacaq, yəqin ki, bunu hamımız biləcəyik”.

Qeyd edək ki, PFL-in qərarına əsasən, Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini uzatmasa, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan birinci divizion mayın 21-də, Premyer Liqa isə 23-də bərpa ediləcək.

Azər Kərimli 12 deputata rəhbərlik edəcək

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və tərkibi müəyyənləşib.

yasamal.tv xəbər verir ki, nümayəndə heyətinin rəhbəri deputat Azər Kərimlidir.

Deputatlar Tahir Mirkişili, Hicran Hüseynova, Məlahət İbrahimqızı, Nurlan Həsənov, Rauf Əliyev, Müşfiq Cəfərov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, İltizam Yusifov, Qüdrət Həsənquliyev, Razi Nurullayev və Vüqar Bayramov nümayəndə heyətinin tərkibinə daxil edilib.(oxu.az)

İlham Əliyev karantin rejimində deputatların hərəkətini tənzimləyən qanunu təsdiq etdi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

yasamal.tv bildirir ki, sənədə əsasən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir:

“Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir”. (azərtac)

Kapital bazarı iştirakçılarına mənfi təsirlər azaldılacaq

Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarında baş verən kəskin dalğalanmaların kapital bazarı iştirakçılarına mәnfi tәsirini azaltmaq məqsədilə Azərbaycan Mərkəzi Bankının təklif etdiyi dəstəkləyici tədbirlərə əsasən Bakı Fond Birjası (BFB) bir sıra tədbirlər həyata keçirəcək.

BFB-dən bildirilib ki, aprelin 1-dən 2021-ci il yanvarın 1-dək listinqə daxil olan korporativ istiqrazlar üzrə listinq tarifləri ləğv olunacaq, qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlər dairəsi gələn il yanvarın 1-dək minimallaşdırılaraq emitentlərdən yalnız notarial qaydada təsdiq edilmiş qiymətli kağızların dövlət reyestrindən çıxarışı və emissiya prospekti tələb ediləcək.(abc.az)

“Hesablama Palatasının auditorları 561 nöqsan aşkar edib”

2019-cu ildə Hesablama Palatası 47 audit və 6 analitik fəaliyyət həyata keçirib.

Bunu qurumun sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında bildirib.

Onun sözlərinə görə, həyata keçirilmiş auditlərdən 28-i uyğunluq, 7-si maliyyə, 8-i maliyyə və uyğunluq, 4-ü isə ölkədə ilk dəfə səmərəlilik auditi olub.

Bundan başqa, V.Gülməmmədov qeyd edib ki, ötən il Hesablama Palatasının auditorları 561 nöqsan aşkar edib ki, bu da hər auditə orta hesabla 13,1 nöqsan deməkdir.

“Əvvəlki illə müqayisədə nəzarət tədbirlərinin sayı 18,9%, nöqsanların sayı isə 21,4% azalıb, son nəticədə 1 auditə düşən nöqsan sayının azalması 3% təşkil edib.

Maliyyə və uyğunluq auditlərinin nəticələri göstərir ki, əsas pozuntunlar büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları sahələrdədir, eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı hallar üstünlük təşkil edir. Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət ilk növbədə dövlət satınalmalarının şəffaf keçirilməsində və dövlət əmlakının istifadəsinə səmərəli nəzarətin təşkilindən keçir”, – deyə o, qeyd edib. (Report)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?