Ev Blog Səhifə 3307

VÖEN-lə işləyənlər arayışı necə almalıdır?

Dünəndən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb.

yasamal.tv xəbər verir ki, artıq bir sıra iş və xidmət sahələrində fəaliyyət bərpa olunub. Bu, həmin sahələrdə çalışanları sevindirsə də, qadağanın götürülməsi başqa problemə yol açıb. Problem isə sahibkarların icazə prosesində çətinlik çəkməsidir. Söhbət müxtəlif biznes və xidmət sahələrində VÖEN-lə çalışan şəxslərdən gedir.

Məsələ burasındadır ki, ötən gündən fəaliyyətinə icazə verilən əksər sahələrdə qeyri-rəsmi əmək münasibətləri mövcuddur. Fərdi fəaliyyət göstərənlərin çoxu vergi ödəyicisi kimi uçota düşməyib və ya “ASAN imza” almayıb.

Belə olan halda isə onların cərimələnməsi qaçılmazdır.

Bəs arayış necə alınmalıdır?

Vergilər Nazirliyindən bildirilib ki, karantin vəziyyətinin davam etməsinə baxmayaraq, fiziki şəxslərin vergi ödəyicisi kimi uçota düşməsində, VÖEN-ə sahib olmasında heç bir problem yoxdur. Hər bir fərdi sahibkar VÖEN almaq üçün vergi orqanına getmədən e-taxes.gov.az vasitəsi ilə qeydiyyata düşə bilər. “ASAN Xidmət” mərkəzlərinə getməklə VÖEN açdırmaq, ASAN imza almaq mümkündür./Baku.Tv/

Qucaqlaşmanın faydaları – Ağrıları azaldır

Happy couple hugging in a train station after arrival

yasamal.tv qucaqlaşmanın 20-ə yaxın faydasını təqdim edir:

– Xoşbəxtlik hormonunun ifrazı sayəsində xoşbəxt olmağı təmin edir.

– Güvən hissi yaradır.

– Narahatlıqları azaldır.

– Tərəflərin sakitləşməsinə şərait yaradır.

– Qarşı tərəfi anlamağı asanlaşdırır.

– Gərginliyi və stressi aparır.

– Şəfqət hissi və rahatlıq verir.

– Bağlılıq yaradır.

– Sədaqəti artırır.

– Hamilə qadınlarda doğuşdan sonrakı ağrıları azaldır.

– Yeni doğuş edən qadınlarda südün artımına səbəb olur.

– Depressiyanı uzaqlaşdırır.

– Psixoloji problemlərin azalmasına kömək olur.

– Aşiq olmağa şərait yaradır.

– Ayrılığa mane olacaq gücə malikdir.

– Ayrılıq acısını azaldır.

Qeyd edək ki, 21 yanvar tarixi bütün dünyada Qucaqlaşma Günü kimi qeyd olunur.

Beynəlxalq Qucaqlaşma Gününün (International Hug Day) əsası 1986-cı ildə ABŞ-da qoyulub. Sonradan bütün dünyada yayılıb.

UEFA milli assosiasiyalara vaxt verdi

UEFA quruma üzv olan milli assosiasiyalar üçün təlimat hazırlayıb.

yasamal.tv-ın məlumatına görə, sənəddə koronavirus pandemiyası üzündən dayandırılan daxili çempionatların bərpa olunması və başa çatdırılması ilə bağlı planın hazırlanması üçün son tarix əksini tapıb.

UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin imzası ilə hazırlanan təlimatda bildirilir ki, assosiasiyalar plan hazırlamalıdır: “Milli assosiasiyalar və liqalar 2020-ci il mayın 25-dək UEFA-ya daxili yarışların bərpası, o cümlədən tarix və formatla bağlı planları barədə məlumat verməlidir”.

UEFA mövsümün ləğvi ilə bağlı veriləcək qərarları da quruma çatdırmağı və bunu əsaslandırmağı xahiş edib.

Öncədən assosiasiyalara plan tərtib etmək üçün verilən son tarixin mayın 27-si olduğu bildirilirdi. Həmin gün artıq UEFA-nın İcraiyyə Komitəsinin videokonfransı planlaşdırılıb.(fins.az)

“Azərbaycanda Əmtəə birjası yaradılmalıdır” – Müsahibə

Azərbaycanda iqtisadi proseslər sürətləndikcə və ölkəmiz dünya iqtisadiyyatı ilə daha sıx əlaqələndikcə, müasir və şəffaf ticarət üsullarına tələbat da yaranmaqdadır.

Son illər ölkədə kənd təsərrüfatına artan diqqət və bu sahədə istehsalın artması, aqrar biznesin yeni yeni sahələri əhatə etməsi kənd təsərrüfatı məhsullarının şəffaf şəkildə topdan satışı mexanizminin yaradılmasına ehtiyac yaradıb. Dünyada bu məqsədlə Əmtəə birjaları fəaliyyət göstərir. Artıq bəzi mütəxəssislər Azərbaycanda da belə birjanın yaradılmasını təklif edirlər.

FED.az xəbər verir ki, maliyyə və əmtəə birjaları üzrə mütəxəssis, «BTB Kapital» İnvestisiya şirkətinin rəhbəri Ruslan Cəfərov Azərbaycanda ilk Əmtəə Birjası layihəsinin yaradılması ilə bağlı rəsmi dövlət qurumlarına təklif edib. FED.az-a müsahibəsində R.Cəfərov təklifin detalarını açıqlayıb.

– Ruslan müəllim, təklif etdiyimiz Əmtəə Birja layihəsi haqqında məlumat və yardılmasında məqsəd nə idi?
– İlk öncə bu işə başlama səbəbimiz son zamanlar Dövlətimizin kənd təsərrüfatının inkişafı üçün ayırdığı xüsusi diqqət və dəstəyi nəticəsində Əmtəə birjasının qurulması üçün yaranmış zəmindir.

Əmtəə birjasını yaratmaqda məqsəd bazar iştirakçıları üçün ədalətli qiymətlərlə ticarəti təmin etmək üçün tam təminatlı, şəffaf, birgə bazar bazası və Azərbaycan əmtəə bazar əsaslarını əhatə edən bir sistem yaratmaqdır. Bu sistem vasitəsi ilə təssərüfat işçilərinin,sahibkarların ehtiyaclarını və gözləntilərini təmin etmək, ölkəmizin ticarət və iqtisadi həyatının inkişafına yardım etmək və fəaliyyətini davamlı şəkildə inkişaf etdirmək üçün keyfiyyətli xidmət göstərmək mümkün olacaqdır .

Bir digər məqsədimiz isə Əmtəə birjasının yaradacağı imkanlardan istifadə edərək beynəlxalq əlaqələri quraraq, xarici investor və müştərilərə yerli bazarlara giriş imkanını yaratmaq eləcədə yerli istehsalçı və fermerlərə beynəlxalq çıxış imkanlarının asanlaşdırmaqdır.

– Əmtəə Birjasının yaradılması bu birjanın iştirakçılarına və iqtisadiyyatımıza nə kimi fayda verə bilər?

– Əmtəə birjası ticarət maraqları olmayan tələb-təklif və ədalətli qiymət çərçivəsində ticarəti təşkil edən bir qurumdur. Bu birjanın yaranması bir sıra üstünlüklər yaradacaq. Bu üstünlüklərdən bəzilərini qeyd edə bilərik:

 Birja listinqinə əlavə edilmiş məhsulun keyfiyyətinə və miqdarına zəmanət

 Vaxtından əvvəl məhsulu alqı-satqı etmək imkanı

 Rəqabət ortamının geniş olması və məhsulu daha yüksək qiymətə satma imkanı

 Xarici investorların yerli əmtəə bazarlarına sərbəst girişinə və yerli şirkətlərin məhsullarının ixracına dəstək (Digər şirkətlərdən fərqli olaraq bu Birja və onun üzvləri vasitəsi ilə daha peşəkar və güvənli olur…beynəlxalq təcrübələrdə olduğu kimi)

 Ölkənin Əmtəə birja indexlərini yaratmaq olar, bu indexlər üzrə futures kontraktları eləcə də Əmtəə deravativ məhsullarının yaranmasına zəmin yaradaraq, investorların ixtayırına yeni investisiya alətləri vermək imkanı

 Yerli fermer və sahibkarın yaradılacaq platforma vasitəsi ilə əmtəə bazarlarını və orda baş verən hadisələri rahat şəkildə izləmə imkanı

 Digər Əmtəə birjalar ilə qurulacaq əlaqələr və onların yerli sahibkarlara yaradacağı əlavə üstünlüklər (məhsulların fiziki çatdırılması,hedc əməliyyatları və.s.)

– Birjada hansı məhsullar və alətlər alınıb satıla bilər?

– Əmtəə malları üzrə birjaya daxil ola biləcək məhsullar çox geniş bir sahəni əhatə edir amma biz ilk növbədə bu istiqamətdə ölkəmizdə daha çox ixtisaslaşmış (əkib-becərilməsi üzrə) kənd təsərüfat məhsullarının özünü,alt qruplarını və onun istehsalçılarının mallarını ticarətə cəlb etməyi təklif edirik. Bundan əlavə birja listinqində yaradılacaq xüsusi alt bölmələr üzrə istehsalı Azərbaycanda səciyyəvi olan mallarında satışını təşkil etmək olar (Xalçaçılıq və.s.)

Kənd təsərrüfatı mallarından əlavə metal məhsullarının da ticarəti əmtəə birjası vasitəsi təşkil edilsə, bu çox böyük rezonansa və marağa səbəb ola bilər. İlkin mərhələdə qızılın ticarətinin əmtəə birjasında təşkili bu məhsul üzrə kifayət qədər iştirakçılar və market meykerlər yaradacaqdır. Çünki bugün birjadan kənar belə qızılın alqı-satqısı üzrə dövriyyənin kifayət qədər olduğunu müşayət etmək mümkündür.

Birja ticarətinin iştirakçıları real malın (spot) alqı-satqısı və törəmə maliyyə alətləri olan fyuçers,forvard,opsion kontraktları üzrə əqdlər bağlaya biləcəklər.

– Keçək birjanın işləmə prinsipinə, Əmtəə birjasının işləmə mexanizmini necə görürsünüz?

– Bizim düşündüyümüz modul bir balaca geniş formada və fiziki təslimat üzərində hazırlanmış bir moduldur.Bu modelə uyğun olaraq işin təşkili bir-neçə mərhələdən ibarətdir.

1) İlkin Müraciət – Fermer və ya sahibkar məhsulunun əmtəə birjasının ticarət rejimləri üzrə satışa çıxarılması üçün müraciət edir;

2) Labaratoriya (uyğunluq sertifkatı) – Məhsulun keyfiyyətinin ölçülməsi prosesi və kateqoriyası üzrə sertifikatlaşdırılması aparılır ;

3) Anbar,saxlayıcı və ya şöbə nəzarəti – Sertifikatlaşdırılma prosesindən sonra məhsulun növü üzrə anbarlarda saxlamaya qəbul edilir və ya yerli əmtəə birja şöbələrinin nəzarəti altına keçir;

4) Listinq və Ticarət- Uyğunluq sertifikatı əsasında məhsulun növü üzrə birjanın ticarət listinqinə daxil edilərək və birja ticarət rejimləri üzrə ticarət təşkili edilir;

5) Reyestr və Klirinq xidməti – Bağlanmış əqd üzrə pul hesablaşmalarının və məhsul sahiblərinin qeydiyyatının aparılır;

6) Təhvil-Təslim – Müraciət əsasında anbardan təhvil verilir və ya fiziki çatdırılma edilir;

Amma buna baxmayaraq daha sadə modullar üzrə də birjanın işləyiş mexanizmini təşkil etmək üçün alternativ variantlarda hazırlamışıq.

– Birjanın işində hesablaşma, reystr xidməti və üzvlərlə bağlı məsələlər necə tənzimlənə bilər?

– Birja əqdlərinin bağlanıldığı zaman pul hesablaşmalarının aparılması üçün klirinq təşkilatını fərqli formatlarda yaratmaq mümkündü. Bu formatlar arasında, bir və ya bir neçə Bank tərəfindən birjaya klirinq xidmətinin göstərilməsi, Əmtəə birjasının tərkibində klirinq təşkilatı yaradılaraq Mərkəzi Bankın sisteminə qoşularaq bu xidmətin göstərilməsi və ya Bakı Fond Birjasında bağlanmış əqdlər üzrə istifadə edilən klirinq hesablaşması formatı da mövcuddur.Bağlanılmış əqdlər üzrə pul hesablaşmaları məhsulun növünə uyğun olaraq bir neçə rejimdə (T+1; T+2; T+ razılaşma və.s). aparılması mümkün olacaq

Bağlanmış əqdlər üzrə isə reyestr xidməti Əmtəə birjası tərəfindən və ya bu xidməti göstərən digər bir təşkilat tərəfindən aparılacaq.

Birjanın üzvləri xüsusi icazəyə malik brokerlər (İnvestisiya Şirkətləri də ola bilər),market meykerlər, individual və instisuonal üzvlər ola biləcək. (Əlavə məlumat üçün bildirim ki, İzmir Ticarət borsasında üzvlərin sayı artıq 250 nəfərdən çoxdur).

– Ruslan müəllim, belə başa düşdüm ki, Əmtəə Birjası kommersiya qaydaları ilə işləyəcək, onun kommensiyə gəlirləri necə formalaşacaq?

– Bİrjanın gəlirlərinin formalaşdırılması əsasən bir neçə istiqamət üzrə nəzərdə tutulub. Bunlar ticarət,üzvlük haqqı, listinqə qəbul, anbarda saxlanma və labaratoriya,daşınma və reyestr xidmətləri komissiyasından ibarət ola bilər. Yəni bir sözlə bu qurumu yaratdıqdan sonra gəlir istiqamətlərini daha da artırmaq mümkün olacaq.

– Birjanın təsisəiləri kim ola bilər? İstənilən şəxs, yoxsa, yalnız maraqlı tərəflər?

– AR Əmtəə birjası haqqında qanuna əsasən dövlət qurumları eləcə də instisional investorlar olan Bank,Sığorta və kredit təşkilatları bu qrumun təsisçisi ola bilməzlər. Layihə iri bir layihə olduğu üçün burda əlaqəli Dövlət qrumlarının,iri istehsalat müəssisələrinin,Bankların,İnvestisiya Şirkətlərinin təsisçilik formasında dəstəyi mütləqdir. Bir sözlə bizim düşündüyümüz bu təşkilatın təsisçilik modelində iri istehsalat müəssisələrinin,Bankların,İnvestisiya Şirkətlərinin təsisçiliyi daha fayda verici ola bilər. Ümumiyyətlə bu işə töhvə verərək, gələcəkdə Əmtəə birjasının yaratdığı imkanlardan istifadə edərək fayda götürə biləcək Dövlət və iri özəl müəssisələr yetəri qədər çoxdur. Bu siyahıdan biz aşağdakıları misal çəkə bilərik:

• Kənd Təsərrüfatı Nazirliyi

• Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyi

• Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC

• Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)

• Dövlət Aqrar Ticarət Şirkəti (KTN tabeliyi)

• Meyvə və Tərəvəz məhsullarının İstehsalçıları və İxracatçıları Assosiasiyaları

• Kənd təsərrüfatı və Metal mallarının iri alıcı və satıcıları (MKT İstehsalat,Azersun,Detal Holdinq və.s)

• Bu işlə bağlı ola biləcək digər özəl sektor şirkətləri (Aqroparklar,ABAD)

• Loqistikayla bağlı dövlət və özəl qurumları

– Əmtəə birjalarının işi ilə bağlı beynəlxalq praktika necədir – xüsusilə də bizim regiondakı və bizə oxşar ölkələrdə?

– Dünyada, Əmtəə birjası mövcud olan və əməliyyat dövriyyəsinə görə fərqlənən əsasən İtaliya,İngiltərə,Çin,Almaniya və digər dövlətlərdir. Bundan əlavə bizə qonşu və yaxın olan dövlətlərdən isə Əmtəə birjası Türkiyə,Rusiya, Belarusiya və Özbəkistanda mövcuddur.

 Türkiyənin əmtəə birjası (filialları) bir neçə bölgəsində mövcuddur.Bunlar əsasən İzmir,Konya, Çanakkale Ticarət Borsalarıdır. Bu birjalarda ticarət olunan məhsullar əsasən taxıl, pambıq və üzümdür.

 Belarusiyada “Belarusian Universal Commodity Exchange” birjası mövcuddur və əsasən metal, taxta, kənd təsərrüfatı məhsulları və sənaye və istehlak malları ticarət olunur.

 Özbəkistanda “Uzbek Commodity Exchange” birjası mövcuddur və əsasən pambıq lif, qara və digər metal növləri, neft məhsulları, maye qaz, polietilen, şəkər və buğda unu ticarət olunur.

 Rusiyada Sankt-Peterburq Beynəlxalq Ticarət Birjası mövcuddur və əsasən neft,qaz məhsulları və metallar ticarət olunur.

– Ruslan müəllim, Əmtəə birjasının Maliyyə bazarlarına və digər şirkətlərə yaradacağı üstünlüklər nədən ibarətdir?

Əmtəə birjasının yaranması maliyyə sektoru üçün də bir sıra yeni gəlir mənbəyləri yaradacaq.Bunlardan başlıcası saxlanması uzun müddətli olan məhsul girov predmeti olaraq Repo borc alətinə çevirilməsi mümkün olacaq. Deravativ bazarın formalaşması və onun maliyyə qrumları üçün yaradacağı yeni imkanlar, Bankların klirinq hesablaşması zamanı klirinq agenti kimi çıxış etmək imkanı və.s.

Geniş formada gəlir imkanları sığorta şirkətləri üçün də yaranacaq. Məhsulun birjada kı ticarətə qədər ki, sığorta növləri və ticarətdən sonrakı slğorta növləri.

Əmtəə birjası qızıl,gümüş lombardı əsasında işləyən kredit təşkilatlarına da üstünlük yaradacaq.Belə ki, qızıl,gümüş məhsulu üzrə ticarətin təşkili və bazarda qızıl ticarəti üzrə yaranacaq likvidliy, həmin təşkilatlara imkan verəcək ki,öz problemli kreditləri üzrə girova götürülən qızılı açıq hərracda sataraq daha uyğun qiymətə pula çevirsin.

Birjanın iştirakçısı qismində İnvestisiya şirkətləri də vasitəçilik xidmətləri göstərə biləcəyindən (bizim hazırladığımız modula əsasən) bu qurumun yaranması onlarada yeni gəlir imkanları yaradacaq.

– Birjanın yaradılması ilə qurulacaq beynəlxalq əlaqələr və onun gətirəcəyi üstünlüklər nədən ibarət olacaq?

– Əmtəə birjası yaradıldıqdan sonra xarici əlaqələri quraraq bir sıra yeniliklər də etmək mümkün olacaq. İkili əməkdaşlığın yerli sahibkarlara və birja iştirakçılarına yarada biləcəyi imkanlar əsasən bunlardır:

 Xarici Əmtəə birjaları ilə əməkdaşlıq quraraq bir platforma üzərindən yerli sahibkarlara dünya Əmtəə birjalarına çıxış imkanı yaratmaq

 Yerli şirkətlərin xaricdən aldıqları əmtəə məhsullarına yerli birja vasitəsi ilə daha rahat formada almağına şərait yaratmaq olar. misal üçün plastik və polimer birjalarına çıxış imkanı yaratmaq olar ki, yerli sahibkarlar Çin və Almanya birjalarına üçüncü, dördüncü tərəfin iştirakı olmada rahat çıxa bilsin

 Xarici broker və investorlarla əlaqələr quraraq onları müəyyən güzəşt əsasında yerli birjanın derevativ bazar üzrə likvidlik provayderi, market meyker və broker xidməti üzrə aktiv iştirakçılarına çevirmək olar.

– Ruslan müəllim, bu layihəni – Əmtəə Birjasını hansısa dövlət qurumuna təqdim etmisinizmi? Etmisinizsə, onların cavabı necə olub?

– Bəli biz bu layihəni təqribən bir il əvvəl Kənd Təsərrüfatı Nazirliyinin törəmə strukturları və Kiçik və Orta Biznesin İnkişafı üzrə Agentliyə (KOBİA) təqdim etmişik.

KOBİA-da cavab belə oldu ki, bu layihə kommersiya formasında olduğu üçün bna davam edə bilməzlər. «Aqrar Təchazat Agentliyi»ndə isə bu format bir qədər həddən artıq böyük göründü. Belə məlum oldu ki, onların özlərinin buna oxşar layihəsi var. Onlar əvvəlcə fərqli bir layihə hazırlayıb, sonra formatı bu hala çatdıracaqlar.

Alimlər qocalığa qarşı peyvənd hazırlayacaq

Rusiya və Litva alimləri qocalma ilə əlaqəli autoimmun xəstəliklərin, xüsusən ateroskleroz, Altsheymer və Parkinson kimi xəstəliklərin qarşısının alınması üçün yeni üsul təklif ediblər.

yasamal.tv xəbər verir ki, bu barədə məqalə beynəlxalq “Expert Review of Vaccines” elmi jurnalında dərc olunub.

“Təbiətdə insan həyatının müddətini məhdudlaşdıran bir neçə bioloji mexanizm var, onlardan biri, bəlkə də ən vacibi immunoloji amildir”, – deyə, müəlliflərindən biri, Baltik Federal Universitetinin (Kalininqrad şəhərində yerləşir – red.) professoru Viktor Seledtsov qeyd edir.

Onun sözlərinə görə, bir insanın həyatı boyunca onun immun hüceyrələri, T-limfositlər getdikcə daha çox autoreaktiv hala gəlir, yəni onların xarici patogenlərə qarşı fəaliyyəti tədricən bədəninin toxumalarına aqressiv hücumla əvəz olunur.(oxu.az)

Bu hücumlar, ümumiyyətlə, orqanizmin yaşlanması ilə əlaqəli autoimmun xəstəliklərə səbəb olur.

Azərbaycan qeyri-neft ixracını 3%-dən çox artırıb

Bui ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində və ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxi ixrac reallaşdırılıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayımlayıb

Məlumata görə, rüb ərzində Rusiyaya 134,4 milyon, Türkiyəyə 104,4 milyon, Gürcüstana 42,9 milyon, İsveçrəyə 40,8 milyon və Çinə 12,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Son 1ildə Rusiyaya qeyri-neft ixracı 16,6%, Türkiyəyə 5,2%, İsveçrəyə 21,1% və Çinə 18,4% artıb.

Yanvar-mart aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) I, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) II, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları) III olub.

Ümumiyyətlə, 2020-ci ilin I rübündə meyvə-tərəvəz ixracı 113,3 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 46,4 milyon, pambıq lifi ixracı 43,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 21,4 milyon, kimya sənayesi məhsullarının ixracı 19,8 milyon, elektrik enerjisinin ixracı 17,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,9 milyon, pambıq ipliyi ixracı 8,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,3 milyon, şəkər ixracı isə 2,9 milyon ABŞ dolları dəyərində olub.

2020-ci ilin mart ayında isə qeyri-neft sektoru üzrə ixrac 133 milyon ABŞ dolları təşkil edib. Ay ərzində qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (46,4 milyon ABŞ dolları), Türkiyəyə (29 milyon ABŞ dolları), İsveçrəyə (12 milyon ABŞ dolları), Gürcüstana (8 milyon ABŞ dolları) və Ukraynaya (6,2 milyon ABŞ dolları) ixrac edilib.

2020-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor – 19,2 milyon ABŞ dolları) I, qabığı təmizlənmiş meşə fındığı (14,1 milyon ABŞ dolları) II, pambıq mahlıcı (12,9 milyon ABŞ dolları) III yerdə qərarlaşıb.

Azərbaycan daha 16 ölkəyə poçt göndərişlərini bərpa etdi

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC daha 16 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib.

“Azərpoçt”dan verilən məlumata görə, qurum tərəfindən yük aviaşirkəti ilə danışıqlar davam etdirilərək, beynəlxalq poçtdaşımaları barədə yeni razılıq əldə olunub.

Hazırda poçt şöbələrində və “Şəbəkə” xidmət mərkəzlərində Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belçika, Böyük Britaniya, Bolqarıstan, Çexiya, Çin, Danimarka, Fransa, Honkonq, Gürcüstan, Estoniya, İsrail, İsveç, İsveçrə, İtaliya, İspaniya, Kanada, Koreya, Qazaxıstan, Qırğızıstan, Litva, Macarıstan, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Sinqapur, Tailand, Türkiyə, Ukrayna və Yaponiyaya beynəlxalq poçt göndərişlərinin qəbulu həyata keçirilir.

Digər ölkələrə də göndərişlərin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. Yeniliklər olduğu halda məlumatlar “Azərpoçt” MMC-nin saytında (azerpost.az) yerləşdiriləcək.

Qeyd edək ki, hazırda xarici ölkələrdən Azərbaycana daxil olan beynəlxalq poçt göndərişlərinin təyinat məntəqələrinə çatdırılmasında məhdudiyyət yoxdur.

Xatırladaq ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla aprelin 14-dən etibarən “Azərpoçt” 18 ölkəyə beynəlxalq poçt göndərişlərinin qəbulunu bərpa edib. Yeni qərarla qeyd olunan dövlətlərin sayı 34-ə çatdırılıb.

Xalq artisti Afaq Bəşirqızının qalmaqallı çıxışından danışdı

“Bu ərəfələrdə insanlar daha da aqressivləşib. Onların üzündən təbəssüm yox olub. Problemlərlə üzləşsək də, gərək simamızdan təbəssümü əskik etməyək. Bu, hamımıza lazımdır”.

yasamal.tv xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial media hesabında açdığı canlı efirdə deyib.

Xalq artisti Afaq Bəşirqızının “Rayondan gəlib, “padyez”də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir” deməsi, ardınca isə ARB TV-də yayımlanan “Elgizlə izlə” verilişinin canlı efirində telefonda qeyri-etik ifadələr işlətməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Xalq artistini sosial media əhli tənqid etdi.

Baş verən qalmaqallı hadisəyə N.Allahverdiyeva belə münasibət bildirib:

“Bilirdim ki, Afaq xanıma dəstək olub, baş verənlər barədə fikirlərimi bölüşsəm, məni də tənqid edəcəklər. Bunları göz önünə aldım. Həmin olaylarla bağlı mövqeyimi “Instagram”da yazdım. Fikirlərimi izləyicilərimlə bölüşdüm. Bu, mənim borcumdur.

Afaq xanımın xasiyyətinə bələdəm. Çox mərd insandır. Açıq sözlüdür. Afaq xanım cəmiyyətdə baş verən problemləri dilə gətirib. Bunu isə hamı bacarmır. Ola bilsin ki, montaj olunub və ya söylədiyi düzgün başa düşülməyib. Biz yaradıcı insanlar Azərbaycan xalqını sevirik. Necə ola bilər ki, biz tamaşaçılarımızın əleyhinə danışaq? Bu ola bilməz!”.(oxu.az)

Kim Çen Inın görünməməsinin səbəbi açıqlandı

Şimali Koreya lideri Kim Çen lnın görünməməsinin səbəbi açıqlanıb.

yasamal.tv teleqraf.com-a istinadən xəbər verir ki, Cənubi Koreyanın birləşmə naziri Kim Yeon-chul “Yonhap” agentliyinə açıqlamasında Şimali Koreya lideri haqqında əsassız məlumatların yayıldığını bildirib.

“Böyük ehtimalla Kim Çen infodemi üzündən evdən çıxmır. O, koronavirus pandemiyasaından ciddi şəkildə qorunur”, – nazir bildirib.

Məlumat üçün bildirək ki, infodemi hər hansı məsələ ilə bağlı ictimaiyyətdə aşırı dərəcədə yaranan qorxudur. Koronavirusla bağlı cəmiyyətdə yaranan xof bu pandemiya qədər təhlükəli həddə çatıb.

Qeyd edək ki, KXDR lideri 11 apreldən indiyədək ictimaiyyət qarşısında görünməyib. CNN telekanalı ABŞ administrasiyasındakı mənbəyə istinadən Vaşinqtonda, iddia edilən cərrahiyə əməliyyatından sonra KXDR lideri Kim Çen Inın sağlamlığının pisləşməsi ilə bağlı kəşfiyyat araşdırılmalarına dair açıqlama verib. Lakin bir qədər sonra Şimali Koreyanın mərkəzi qəzeti “Nodon Sinmun” Kim Çen İnin sənədlərlə işləməyə davam etdiyini söyləyərək Vonsan-Kalmanın şərq sahilindəki turizm bölgəsi inşaatçılarına təşəkkür mesajının göndərdiyini bildirib.

Sumqayıtda mağazalardan oğurluq edildi

Sumqayıtda mağazalarda oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da şəhər ərazisindəki mağazaların birindən 2 620 manat oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini olan bir yeniyetmə saxlanılıb.

Bundan başqa, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da şəhər ərazisindəki mağazaların birindən 858 manat pul və 1 410 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini İ.Əliyev saxlanılıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?