Ev Blog Səhifə 3206

Üzgüçülük üzrə Avropa çempionatının vaxtı dəyişdirilib

Orono, Maine—02-13-2016— Emma Blair of Brunswick competes in the girls 100 yead freestyle during the Class A girls swim championships at Wallace Pool on the University of Maine campus in Orono on Saturday. Kevin Bennett Photo

Azərbaycan idmançılarının qatılacağı daha bir yarışın vaxtı dəyişdirilib.

Bunu Avropa Üzgüçülük Liqası (LEN) açıqlayıb.

Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatının vaxtı dəyişdirilib. Rusiyanın Kazan şəhərində təşkil olunacaq yarış nəzərdə tutulduğundan bir ay tez keçiriləcək. 2021-ci ilin dekabrında baş tutması planlaşdırılan yarış noyabrın 2-7-də təşkil olunacaq.

Buna qısa hovuzda üzgüçülük üzrə dünya çempionatının təxirə salınması səbəb olub. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə bu il qəbul etməli olduğu mundial koronavirus pandemiyası üzündən 2021-ci ilin dekabrında baş tutacaq.

NATO fövqəladə toplantı keçirəcək

ABŞ-ın “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxmaq barədə qərarından sonra NATO fövqəladə toplantı keçirəcək.

“Report”un məlumatına görə, bu barədə “TASS”a Brüsseldəki mənbə bildirib.

İclas, 22 mayda səfirlər səviyyəsində baş tutacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi “Açıq Hava Sahəsi Müqaviləsi”ndən çıxır.

Parlamentdə komitə iclası keçiriləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

Layihələrin müzakirəsindən sonra komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

ÜST rəsmisi: “İkinci dalğadan qorxmaq lazım deyil”

“İkinci dalğadan qorxmaq lazım deyil. Nə qədər çox dalğa olarsa, biz virusa qalib gələ bilərik”.

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransı deyib.

Onun sözlərinə görə, yumşalma tədbirlərindən sonra yoluxma sayında artım var.

“Lakin bunun ikinci və ya üçüncü dalğa olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir”.

ÜST rəsmisi qeyd edib ki, insanların virusa yoluxub-yoluxmadığını təyin edəcək yeni testlər çıxıb: “Hər bir ölkə yeni test dəstləri almağa təşəbbüs göstərir. Azərbaycan streoloji testlər almağa da üstünlük verir. Laboratoriyaların sayı isə gün-gündən artır”.

30 nömrəli marşrut xətti üzrə “BakuBus” avtobusları işləyəcək

Vətəndaşlara keyfiyyətli, rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə “Transkontrol” MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin (“Neftçilər” m/st- Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Keçirilən monitorinqlər nəticəsində “Transkontrol”un fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

İstehsalat bazasının olmadığından avtobusların reysqabağı texniki yoxlanılması və sürücülərin tibbi müayinəsi həyata keçirilmir. Avtobuslar natəmiz olaraq xəttə buraxılır.

Marşrut xətti ilə bağlı vətəndaşlar tərəfindən də çoxsaylı şikayətlər daxil olub. Təkcə 2019-cu ildə yazılı olaraq və “Alo 141” Çağrı Mərkəzinə sürücülərin davranışı barədə 123, avtobusların istismar vəziyyəti barədə 64 müraciət daxil olub. Müraciətlər əsasında sürücülər barəsində 103 dayanacaqdan kənar, 15 sükan arxasında siqaret çəkmə və 20 hərəkət sxemindən yayınma faktı müəyyən edilərək inzibati cərimələr tətbiq edilib. Dəfələrlə daşıyıcıya yazılı və şifahi olaraq xəbərdar olsa da bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub.

Sabahdan 30 nömrəli xətt üzrə sərnişinlərimizə ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstəriləcək. Bu isə gündəlik 30 minə yaxın sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verəcək. Eyni zamanda bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 34 olacaq.

Keçirilən müsabiqə əsasında “BakuBus”a həvalə edilən marşrut xətləri üzrə dəyişikliklər mərhələli şəkildə icra ediləcək və bu barədə əvvəlcədən məlumat veriləcək.

Bakıda yol qəzası: piyada öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

yasamal.tv-ın məlumatına görə, Binəqədi rayonu, S.Axundov küçəsində Yevlax rayon sakini Rəşad Şıxıyev idarə etdiyi “BMW” markalı avtomobillə 1956-cı il təvəllüd Rahid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılsa da orada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaların pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Atəşkəs 23 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Azərbaycanda daha 118 nəfər yoluxdu

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 118 yoluxma faktı qeydə alınıb, 87 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 252.496 test aparılıb.

“Bolqarıstan Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirəcək” – Rumen Radev

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

yasamal.tv xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, Azərbaycana və onun xalqına ürəkdən gələn rifah və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm.

Mən bu əlamətdar gündə Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq əlaqələrinin inkişafını davam etdirmək niyyətini bir daha təsdiqləyirəm.

Xalqlarımızın dostluq əlaqələri ölkələrimiz arasındakı əməkdaşlığın təməl hissəsidir. Mən qəti əminəm ki, bizim əməkdaşlığımız inkişaf tempi ilə davam edəcəkdir və bu gün rastlaşdığımız qlobal pandemiya şəraitinin ortaya çıxardığı çətinliklərin öhdəsindən gəlməkdə əsas olacaqdır.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin”.

Oğurladığı əşyaları “Instaqram”da satan şəxs saxlanıldı

Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan paytaxt sakini Səbuhi Hüseynovun evindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Zərərçəkən ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinə şikayət edərək bildirib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1 200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda, həmin qəsəbədə yaşayan daha 5 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da mənzillərindən pul və digər qiymətli əşyalar oğurlandığını bildiriblər.

Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiklər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, təkzibedilməz faktlar və mötəbər sübutlar qarşısında törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.

Araşdırma zamanı müəyyən olunub ki, Elşən İsayev evlərdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini “Instagram” sosial şəbəkəsində satıb. Əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib. Onun ümumilikdə zərərçəkənlərə 9 min manata yaxın maddi ziyan vurduğu məlum olub.

Elşən İsayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?