Ev Blog Səhifə 3204

​“Bakı Metropoliteni”nə yeni rəis təyin edildi.

Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi

Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin olunub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Əli Əliyev Metropolitendə Polis Şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, daha əvvəl bu vəzifədə polis polkovniki Samir Hüseynov idi. O, bir neçə gün əvvəl işdən çıxarılıb.

Netanyahu: “Fələstinlə dialoqa hazıram”

İsrail Baş naziri Binyamin Netanyahu Fələstini ABŞ-ın “Yaxın Şərq Sülh Planı” çərçivəsində danışıqlar masasına dəvət edib.

yasamal.tv xəbər verir ki, Netanyahu bu təklif çərçivəsində dialoqa hazır olduğunu bildirib.

O, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş bu anlaşma planının İsrailin maraqlarına uyğun gəldiyini deyib.(teleqraf.com)

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 21-nə olan statistik göstəriciləri açıqlayıb.

yasamal.tv xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 887 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 252 496 test aparılıb.

“ASAN Xidmət”də orta yaş həddi 32-dir

2019-cu il ərzində Prezident yanında Vətəndaşlar Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) kadr potensialının gücləndirilməsi məqsədilə görülmüş tədbirlər çərçivəsində keçirilmiş müsabiqə və müsahibələrin nəticələrinə görə 84 nəfər Dövlət Agentliyinə qulluğa qəbul olunub.

“Report” xəbər verir ki, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə Dövlət Agentliyinin işçilərinin sayı 180 vahid artırılaraq 895 ştat vahidi təşkil edib.

Əməkdaşların 58,5 faizi kişilər, 41,5 faizi qadınlardır, orta yaş həddi isə 32-dir.

Moldova Azərbaycandan tibbi yardım istəyib – Müsahibə

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus pandemiyasının hələ davam edəcəyini açıqlayıb.

Hətta COVID-19-dan çox təsirlənməyən ölkələrdə də yoluxanların sayı artır. Məsələn, Moldovada 2 600-dən çox insan koronavirusa yoluxub və onların sayı artmaqda davam edir. Hazırda Moldovada neçə Azərbaycan vətəndaşı var, onlar problem yaşayırlarmı?

Media.Az bu barədə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovla söhbətləşib:

– Moldovada vəziyyət necədir, orada qalan azərbaycanlıların sayı çoxdur?

– Moldovada beş minə yaxın azərbaycanlı var. Bura Dnestryanıda olanlar da daxildir. Lakin onlardan bəziləri Moldova vətəndaşıdır və ya daimi yaşamaq icazəsi var. Yeri gəlmişkən, Avropa İttifaqı ilə imzalanan assosiasiya sazişi ilə əlaqədar Moldova vətəndaşlığını almaq olduqca çətindir.

Eyni zamanda, 400-ə yaxın azərbaycanlı ailəsinin köməyə ehtiyacı var. Azərbaycan təcrübəsinə əsaslanaraq, burada operativ qərargah yaratdıq. Həmyerlilərimizə maksimum kömək etdik, sərhədlər bağlandığı üçün bu, daim nəzərə alınmalıdır.

Diasporamızı, biznes nümayəndələrini cəlb etdik, pul yığdıq. Azərbaycanlı biznesmen Feyruz İsayev kömək etdi. Həmin vəsaitlə 400 ailə üçün ərzaq alırıq. Onlara diqqət göstəririk, bizim himayəmizdədirlər. İndi Moldova ilə Dnestryanı arasında sərhədlər bağlanıb. Ancaq ərzaqların həmvətənlərimizə verilməsini təşkil etdik.

Koronavirus məsələsinə gəlincə, təəssüflə qeyd etməliyəm ki, soydaşlarımızdan biri vəfat edib. O, əslən Naxçıvanın Şərur bölgəsindən olan 63 yaşlı həkim idi. Onu şəxsən tanıyırdım, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün soydaşlarımız üçün Azərbaycan məsuliyyət daşıyır. Bir daha təkrarlayıram, bütün vətəndaşlarımız və ölkə sakinlərimiz diqqət mərkəzindədir.

– Moldovadan Azərbaycana təxliyyə olunmaq istəyən var?

– Gəlin, uzaqdan başlayım. Moldova çox da zəngin ölkə deyil. Burada, Kişinyovun mərkəzində Azərbaycan vətəndaşlarının işlədiyi bazarlar var. Lap əvvəl Azərbaycana qayıtmaq istəyən 400-500 nəfər var idi. Qərargah yaratdığımız zaman həmyerlilərimizə izah etdik ki, ölkəyə qayıdandan sonra onlar 14-21 gün ərzində karantində qalmalıdırlar. Bundan sonra evə getmək istəyənlərin sayı kəskin azaldı. Hazırda onların sayı 20 nəfərdir.

– Bir neçə gün əvvəl Moldova tərəfinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Moldova Prezidenti İqor Dodon arasında videokonfrans formatında söhbət oldu…

– Bəli, bundan əvvəl Moldova rəhbərliyi COVID-19 pandemiyası ilə əlaqədar tibbi yardım istəyib. Azərbaycan həmin yardımı göstərib. Bunu Moldova xalqı daim xatırlayacaq. Azərbaycan üçün də çətindir, ancaq kömək etməyə bilməzdik.

Moldova-Azərbaycan münasibətləri ideal vəziyyətdədir. Moldova bütün beynəlxalq məkanlarda, o cümlədən, erməni təcavüzü məsələsində bizi dəstəkləyir. İqor Dodon göstərilən köməyə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür etmək istəyirdi.

Karantin bitdikdən və sərhədlər açılandan sonra ikitərəfli hökumətlərarası komissiyanın iclası gözlənilir. Moldovanın dövlət başçısı İqor Dodon, nazirlər, biznes elitasının nümayəndələri də Azərbaycana gedəcəklər.

Azərbaycan Moldovada yaxşı təmsil olunur. Lakin qonşularımız (ermənilər – red.) burada siyasi səhnədə və hüquq-mühafizə orqanlarında geniş təmsil olunurlar. Bizimkilər isə çox da fəal deyillər – diasporu nəzərdə tuturam. Bir millət olaraq daha güclüyük, ancaq özünütəşkillə bağlı problemlər var…

Medvedev: “Sözsüz ki, dünya fərqli olacaq”

“Pandemiya qloballaşmaya son qoymadı, lakin qlobal dünya sözsüz ki, fərqli olacaq”.

yasamal.tv xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev deyib.

“Güman ki, bazarlar hələ kifayət qədər bağlı qalacaq. Lakin bu, o demək deyil ki, qloballaşma başa çatıb. Qlobal dünya qalır, lakin sözsüz ki, fərqli olacaq”, – D.Medvedev bildirib.

Sabahdan 8 günlük bayram tətili başlayır

Ramazan və 28 May bayramları ilə əlaqədar sabahdan Azərbaycanda 8 günlük tətil başlayır.

Militribuna.az xəbər verir ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar verib.
Baş Nazir Əli Əsədov tərəfindən imzalanmış qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Qeyd edək ki, qərarın müvafiq bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır. Xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir.

Yaşar Bəşirov: “Bizim qorxumuz yoxdur”

“Bu il Dubaydakı dünya çempinatının taleyi bəlli deyil”.

yasamal.tv Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun “Report”a müsahibəsini təqdim edir:

– Ümumdünya Karate Federasiyası (WKF) videokonfrans keçirib. Həmin iclasda hansı məsələləri müzakirə etmisiniz?

– Bu, texniki komissiyanın iclası idi. WKF-in digər iclasından isə məlumat almışam. O barədə danışa bilərəm. Tokio-2020 Yay Olimpiya Oyunları üçün elan olunan lisenziyalar götürülüb, çünki yarışlar davam edir. Yarışlar davam etməsəydi, elan etmək olardı. Amma bizim karateçilərin lisenziya sarıdan qorxuları yoxdur. Çünki yarışlar davam etsə də, Rafael Ağayev 75 kq, İrina Zaretskaya isə 61 kq-dan yuxarı çəkilərdə çıxış etməsələr belə, heç kim onlara çatmayacaq. Bizim iki lisenziyamız var, amma bu, gələn ilin mayında rəsmən elan olunacaq. Sadəcə, elan olunacaq, çünki hələ “finiş” yoxdur. Məsələn, qaçış yarışında öndə gedən atletlər finiş xəttini keçdikdən sonra arxadan gələnlərin onlara çatması qeyri-mümkün olur. Bununla belə, arxadakılar finişə çatmamış necə elan etmək olar ki, hansı idmançı neçənci yeri tutub. Yarış bitməlidir, hər kəs finişə çatmalıdır ki, elan olunsun. Bizim qorxumuz yoxdur, bütün reytinq xalları qalır. Açıq deyə bilərik ki, 1-ci yerdəki Zaretskaya ilə 3-cü yerdəki Ağayevə heç kim çata bilməz. Rafael ən pis halda reytinqdə 4-cü yeri tutacaq. O da olimpiadaya düşür. İrina isə ən pis halda ikinci ola bilər, amma rəqibindən çox irəlidədir. Ona heç kim çatmayacaq. Onlar lisenziyanı təmin ediblər, sadəcə elan olunmaları qalıb.

– Azərbaycanın digər karateçilərin lisenziya üçün şansları nə qədərdir?

– Onlar iştirak etsələr də, reytinq xalları vasitəsilə lisenziya şansları çox azdır. Təkcə Asiman Qurbanlının düşmək ehtimalı var. O da çox çətindir. Parisdə keçiriləcək yarışdan çox şey asılı olacaq. Orada da şansımız var. Asiman Qurbanlı, Ayxan Mamayev, Nuranə Əliyeva, Firdovsi Fərzəliyev, Tural Ağalarzadədən hansının lisenziya qazanacağını bilmirik. Görək, kim Avropa çempionatında və Rabatdakı yarışda necə iştirak edəcək.

– Bu il Bakıda keçirilməsi planlaşdırılan Avropa çempionatının taleyi necə oldu?

– Onu 2022-ci ildə keçirmək istəyirlər. Amma mən İdarə Heyətinə, WKF prezidenti Antonio Espinozaya məktub hazırlamışam. Onlardan soruşacağam ki, niyə çempionatı 2022-ci ildə keçirməliyik? Yaxşı olardı ki, gələn il İsveçin Göteborq şəhərində keçirilməsi nəzərdə tutulan yarış 2022-ci ildə olsun, biz isə çempionatı 2021-ci ildə təşkil edək. Çünki Avropa çempionatına çox güclü hazırlaşmışıq. Tam əminik ki, yüksək səviyyədə olacaq, bunun üçün bütün şəraitimiz var. Tokio olimpiadası 2024-cü il Oyunlarının ev sahibi Parisə keçirilmədi ki… Sadəcə təxirə salındı. Dubaydakı gənclərin dünya çempionatı keçirilməsə, götürürlər bir il sonraya atırlar. Rabatdakı Karate1 Premyer Liqanı təxirə saldılar. Bəs niyə bizdəki Avropa çempionatını götürüb 2022-ci ilə salırlar? Burada da digərləri kimi etmək olar. Yazıb müraciət edəcəyəm, amma necə olacağını deyə bilmərəm. Ola bilsin ki, müraciətimiz müsbət həllini tapsın.

– 2022-ci il Avropa çempionatının ev sahibi hələ bəlli deyil?

– Həmin vaxt yarış Türkiyədə olmalıdır. Gənclər arasında dünya çempionatı da 2021-ci ildə bu ölkədə keçirilməlidir. İstəyirlər ki, böyüklərin dünya çempionatını 2021-ci ilə atsınlar. Belə etsələr, Türkiyədəki gənclərin dünya çempionatı 2022-ci ildə olacaq. Onlar həm dünya, həm də Avropa çempionatını keçirə bilmir. Təbii ki, dünyanı götürəcəklər, Avropa çempionatı isə bizə qalacaq.

– İclasda daha hansı məsələlər müzakirə olunub?

– Hakimlərdə olimpiada üçün lisenziyaların vaxtı bitənlər var. Onların da imtahan vermədən, ödəniş etmədən lisenziyaların müddəti uzadılıb. 2021-ci il yarışlarına bu ilin lisenziyası ilə qatıla biləcəklər. Bu il Dubaydakı dünya çempinatının taleyi bəlli deyil. Vəziyyət yaxşı olmasa noyabrdakı yarış 2021-ci ilə təxirə salınacaq. Bu il axırıncı və əsas yarış dünya çempionatıdır. Onun da nöqtəsi qoyulmayıb.

Daha bir icra başçısı işdən çıxarıldı

Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, 1957-ci il təvəllüdlü A.Seyidov 2006-cı ildən bu vəzifəni tuturdu.

Qazaxda evdən 1200 manat oğurlanıb

Qazaxda evdən oğurluq edən keçmiş məhkum tutulub.

yasamal.tv xəbər verir ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də rayon ərazisindəki evlərin birindən 1200 manat oğurlamaqda şübhəli bilinən Kəmərli kənd sakini, əvvəllər məhkum olunmuş M.Abdulkərimov saxlanılıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?