Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib

11

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesablarında 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib.

yasamal.tv xəbər verir ki, paylaşımda deyilir:

“Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.