Lukaşenko Putinlə görüşəcək

15

Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin oktyabrın 15-də Qırğızıstanda görüşəcəklər.

yasamal.tv xəbər verir ki, bunu A.Lukaşenko Belarusda səfərdə olan Rusiya Federasiyasının Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko ilə görüşündə deyib.

Belarus Prezidenti bildirib ki, o, sentyabrın 25-də Putinlə telefonla danışıb və iki layihəni – təyyarələrin istehsalı və Leninqrad vilayətinin limanları istiqamətində dəmir yolu xəttinin tikintisini müzakirə edib: “Oktyabrın 15-də biz Qırğızıstanda bu barədə ətraflı danışacağıq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin