Evində narkotik aşkarlanan aktrisa həbs olundu

19

Xəbər verdiyimiz kimi, Rusiyanın Əməkdar artisti Ramilya İsgəndərin evinə baxış zamanı oradan iki kiloqram mefedron və bir doza kokain aşkar edilib.

yasamal.tv xəbər verir ki, narkotik alverində şübhəli bilinən aktrisa həbs olunub. Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, evində və avtomobilində qadağan olunmuş maddə olan paketlər tapılan Ramilyanı 15 ildən 20 ilə qədər həbs gözləyir. O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına ifadə verməkdən imtina edib. Onun barəsində cinayət işi açılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin