Bakı sakinindən silah-sursat götürüldü

11

Bakı şəhər sakinindən “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ş.Həsənov saxlanılıb.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança və 4 ədəd patron götürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin