
“Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam”.
yasamal.tv xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil.
“Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam”, – deyə Rusiya prezidenti bildirib.
V.Putin söyləyib ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və özü Qarabağın statusunu müəyyən edib.